Həyat şahmatı

Gənc bir adam öz bölgəsində çox tanınan bir müdrikin yanına getdi. Dərdi bir az fərqli idi. Gənc yaşında həmişə müvəffəqiyyət qazanmışdı. Atasından götürdüyü kiçik işi sürətlə böyütmüş, zəngin olmuşdu. Ətrafındakı hər kəs ona hörmət göstərirdi.
Düşməni yox idi. Evlilikləri müvəffəqiyyətli olmuş, çox gənc yaşlarda başlayaraq bir neçə dəfə ata olmuşdu. Və gənc adamın dərdi də bundan sonra başlayırdı. Bu qədər erkən müvəffəqiyyət, sayılıb hörmət edilmək üzündən bütün ətrafındakı insanları "kiçik" görməyə başlamışdı.
Gənc adam üçün "əhəmiyyətli" heç bir iş, heç bir insan, heç bir vəziyyət qalmamışdı. Heç bir danışığı bir neçə dəqiqədən çox dinləyə bilmir, oxumağa başladığı hər şeyi bir neçə dəqiqə içində əlindən buraxırdı.
həyat və şahmat taxtasıMüdrik adam gənc adamı uzun uzun dinlədi. Gənc adam danışdıqca danışdı. Sonra da müdrik adam soruşdu: "Edərkən zövq aldığın, hər şeydən daha çox maraqlanacağın heç bir şey yoxmu?"
Gənc adam bir müddət düşündü və cavab verdi: "Şahmat..." dedi, "Amma şahmatı da çox yaxşı oynadığım üçün rəqib tapa bilmirəm." .
Müdrik adam "Gözəl" dedi, "Burada bir şagirdim var, o da yaxşı şahmat oynayır." Şagirdini çağırdı, şahmat masası quruldu. Gənc adam və şagird qarşılıqlı oturdular. Müdrik adam birdən "Bir dəqiqə" dedi, "Bu şahmat qarşılaşması bir az fərqli olacaq. İtirən, başını da itirəcək. İtirənin başını mən öz əlimlə, öz xəncərimlə kəsəcəyəm. qəbulmu?" Şagirdi "bəli əfəndim" dəyincə gənc adam da daha zəif bir səslə "razıyam" dedi.
Oyun başladı. "Hər şeyi ən yaxşı edən", "Hər şeydə ən müvəffəqiyyətli" gənc adam muncuq muncuq tərləyirdi. Etdiyi hər hücum müdrikin şagirdi  tərəfindən ustaca sovuşdurulurdu. Gənc adam tərləməyə davam edirdi. Bir müddət sonra müdafiə üsulları zəifləməyə başladı. Şagird usta hücumlarla gənc adamı sıxışdırmışdı.
Gənc adam bir an müdrik adama baxdı. Gözləri qorxu dolu idi. Müdrik adam o an, bir əl zərbəsiylə şahmat masasını aşırtdı: "Tamam bitdi! Heç kimin başı kəsilməyəcək!" Gənc adam önünə baxırdı.
Müdrik adam danışdı: "budur təkrar ehtirası yaşadın... Diqqətini cəmləməyi öyrəndin... Heç kimi kiçik hesab etməməyin lazım olduğunu gördün... Hər an ölümün yanında yaşadığın üçün hər şeyə dəyər verməyin lazım olduğunu anladın..." Sonra müdrik və şagirdi yerə saçılmış şahmat daşlarını birlikdə yığıb qutusuna qoydular.

2 şərh

lyara
bele adamlar cox az olur
ayxansevda
Təəssüflər olsun ki, biz insanlar ölüm haqqında heç düşünmürük, ancaq qəbiristanlıq gördükdə bir an yadımıza düşür. Ən əsası isə əlimizdə olana dəyər vermirik, əlimizdə olan nemətləri kiçik sayır, arzuladığımız zirvəni fəth etdikdə, bu zirvə tezliklə bizim üçün adiləşir. Bəli, bu Bizik — unutqan, bəzən isə nankor, daim şikayət edən, gözü doymayan və nəfsinin qurbanı olan insan…