Təmənnasız borc....

8 yaşlı Murad anası şam yeməyi hazırlayan zaman mətbəxə gəlib, ona bir kağız uzadır.Anası yaş əlini silib kağızı alır,orada yazılan bu sözləri oxuyur:
*Həyəti təmizlədim: 3 manat
*Otağımı səliqə - sahmana saldım: 2 manat
*Sənin üçün mağazaya getdim: 1.50 qəpik
*Sən işdə olduğun zaman balaca qardaşıma baxdım: 3 manat
...*Zibil atdım: 2 manat
*Məktəbdə yaxşı qiymət aldım: 5 manat
*Cəmi borcun: 16.50 qəpik

Ana bir qədər fikrə gedir, sonra qələmi əlinə alıb kağızın arxasına bunları yazır:
*Səni doqquz ay bətnimdə daşıdım: pulsuz
*Xəstə olduğun günlərdə yanında oturub yuxuya getməyini gözlədim və səhərə qədər Allaha dua etdim: pulsuz
*Öz dəcəlliyinlə məni göz yaşları axıtmağa vadar etdin, amma səbr edib nazını çəkdim: pulsuz
*Hər gecə yuxuya getməzdən əvvəl sənin səhərini, sağlam və əməlisaleh olmağını düşünüb Allaha yalvardım: pulsuz
*İstədiyimi geyinməyib səni gözəl geyindirdim, boğazımdan kəsib səni doyurdum: pulsuz
*Səni hamıdan çox sevib əzizlədim: pulsuz
Murad anasının yazdıqlarını oxuyub gözləri yaşardı, sonra qələmi götürüb kağıza böyük hərflərlə yazdı:
ANACAN, HAMISI ÖDƏNİLDİ!

Belə analar da var

3 şərh

BaKiNeC

BELI HEQIQTENDE ANANIN VE ATANIN HAQQINI HEC BIR OVLAD QAYTARA BILMEZ.MEHEMMED PEYGEMBERIN (S.E.S) ANALAR HAQQINDA GOZEL BIR KELAMI VAR ``CENNET ANALARIN AYAQLARI ALTINDADIR`` BELI HEQIQETEN ANANIN ZEHMETI,ONUN GECELER YUXUSUZ QALMASI,9 AY BETNINDE EZABINI CEKMEK. VE S.BUNLARI SADECE NE DILLE DIMEK NEDEKI YAZMAQLA BITMEZ.ALLAH HEC BIRI EVI VE OVLADI ANASIZ QOYMASIN1AMIN! 

elcan301
ana yaxsi cavab verib
Karizma
Bu realliqdir.Amma gerek o usaqa 1-2 manat da olsa vererdi.