Böyük uşaqlar...

- Mən artıq həyatdan yorulmuşam- pəncərə qarşısında əyləşmiş oğlan uşağı dilləndi.
- Niyə?- deyə yaxınlıqdakı anası soruşdu.
- Mənim bu həyatla mübarizə aparmağa gücüm yoxdur- deyə uşaq fikirli və kədərli halda cavab verdi.
- Kimsə məktəbdə xətrinə dəyib? Yəqin yenə də o 5-ci sinifdə oxuyan Dimkadır. Artıq neçənci dəfədir ki, sinif rəhbərinizə şikayət edirəm. Görəsən onun valideynləri nə fikirləşir.
- Yox, ana, yox, məktəbdə hər şey qaydasındadır.
- Bəs sənin əhvalını pozan nədir?
- Nə üçün bu həyatda mənim fantaziyalarıma, arzularıma yer yoxdu?
- Başa düşmədim, sən nə haqda danışırsan, oğlum?
- Sinifdə yalnız mən təyyarəçi olub buludlar üzərində uçmaq istəyirəm. Digər yoldaşlarım isə biznesmen, direktor olub çoxlu pul qazanmaq istəyirlər.Dostum Vanyanın atası deyir ki, təyyarəçi olmaq həm axmaqlıq, həm də qorxuludur. Çünki təyyarə xarab ola bilər, sən qəzaya uğraya bilərsən, həm də ki, onlar çox az maaş alırlar. Ən yaxşısı bir dükan açmaqdır.
Dostlarım arasında yeganə mən bədii ədəbiyyat oxumağı xoşlayıram. Ona görə yox ki, bunu bizə tapşırıq kimi verirlər, sadəcə mənə bu doğrudan da maraqlıdır. Təkcə mən kitabxanaya gedir, o toz basmış kitabları oxuyuram. Digərləri isə mənə gülür, məni botanik adlandırırlar. Özləri isə kompüter oyunlarını, internetdəki hazır hekayələri xoşlayırlar. Mən çalışıram və bəzən də ev tapşırıqlarında səhvlər edirəm, yoldaşlarım isə valideynlərinin uşaqlarının yaxşı oxuması üçün onlara aldıqları vəsaitlərdən hazır həlləri köçürürlər. Vladik mənə deyir ki, onun atası 7-ci sinifə qədər oxuyub, buna baxmayaraq tikinti firmasında müdirdir, lakin onun qarovulu institut bitirib.
Ana, insanlar nə üçün bu qədər ünsiyyət vasitələri fikirləşirlər, lakin öz yaxınları və sevdikləri ilə çox az ünsiyyətdə olurlar. Bilərək ki, istənilən an zəng edə bilərlər, çox zaman bu zəngi də unudurlar...
- Oğlum! -kövrəlmiş ana oğlunu qucaqladı.
- Yəqin mən bu dünyanı başa düşmək üçün çox balacayam. - deyə uşaq qəmgin halda sözünə davam etdi - o həyatı ki, mənim yaşıdlarımın uşaqlıq arzularını, ümidlərini, sadəlövhlüyünü alır, indi heç kim düzgünlüyə, xeyirxahlığa, sədaqətə, səmimiliyə inanmır...
- Mən hələ balacayam - deyə uşaq anasının qucağında mürgüləyərək sözünə davam edirdi - Mən hələ mübarizə aparmaq üçün balaca və gücsüzəm, lakin böyüyəndə mütləq, amma...amma mənə maraqlıdır ki, bəs böyüklər niyə heç bir şey etmirlər, sadəcə olaraq vaxtın, pulun, gücün, sağlamlığın azlığından şikayət edirlər. Yadındadı atam deyirdi ki, müdir olandan sonra bizimlə daha çox vaxt keçirəcək, amma o indi heç evə də normal gəlmir, gah məzuniyətlər, gah iclaslar. O hətta dünən mənim oynadığım tamaşaya da gəlmədi. Ana, sən isə baş mühasib olandan sonra artıq mənim sevdiyim blinçiklərdən də hazırlamırsan., hansı ki, qəzetə büküb mənim çantama qoyurdun ki, mən məktəbdə ac qalmayım. Onların əvəzinə indi çantamda kağız parçaları var, o kağız parçaları ki, onlarla mən məktəbin bufetindən özümə yeməyə nəsə almalıyam. Axı orada sənin blinçiklərindən satmırlar, mən onların qoxusu üçün darıxmışam. Mən heç vaxt, amma heç vaxt sənin blinçiklərini o çantamda olan kağız parçalarının milyonuna da dəyişmərəm. Mən hələ balacayam, balacayam, balac...

O yuxuya daldı, harda ki, o həqiqətən də xoşbəxt idi.

 

Tərcümə: Rzayeva Nailə

 

16 şərh

fidan
Ən çox motivasiya edən məqalələri oxumağa çalışmışıq.İndisə ağlamalı:-(((Nailə,məqalən çox düşündürücüdür. 
Mən çox pis oldum.Gör zəmanə necədir ki uşaqlar belə olur. Hər şeyi böyüklər pula görə satdıqları üçün əziyyəti uşaqlar çəkir.Uşaqların ən böyük düşməni-valideynlərin biznesidir!

P.S.Rus adlarını milliləşdirsəydin lap super olardı.
Nailə_Rzayeva
Fidan, haqlısan, amma məqaləni rus dilindən tərcümə etdiyim üçün, adları dəyişməyin düzgün olmayacağını düşündüm, ona görə :)
2ral
Bəzən  istənilən restoranda nahar etməyə pulun olsa da,mamanın tələm-tələsik hazırladığı küküdən dadlı heç nə tapmırsan:-)
Allah bütün analara cansağlığı və övladlarına qarşı diqqət versin.
Zərrə
Diqqətimizi sağa-sola, dükanlara, dedi-qoduya, qonşuların həyat sərgüzəştlərinə, braziliya seriallarına dağıtdıq. Bir gun evimizin içində deyişi,gülüşü, oturuşu, duruşu, düşüncələri bizə yad insanların yetişdiyini görəndə də «məndən olub mənə oxşamaz» kəliməsi dilimizin əzbəri oldu.
raqa

Çox təsirləndim. Paylaşıma görə təşəkkür edirəm. Ama mənə belə gəlir ki, Azərbaycan ailələrində çox az hallarda belə ana bala dialoqu olur.

Leyla
yəqin sənin anan işləmir:)) Azərbaycanda,xüsusilə də analar işləyən ailələrdə belə şeylər çox olur.
Dior

Şəxsən mən qadının ana olduqdan sonra işləməsinə bir az qarşıyam.O halda uşaq ana nəvazişindən bir az kənar qalır.

cahandar
Səhviniz var dior.Əlbət ki bu sizin subyektiv fikrinizdir amma bir şeyi də qeyd edim ki uşaqların əksəriyyəti ana işləmədiyi halda nəvazişdən uzaqdır.Ananın cahilliyi,dünyagörüşünün olmaması kobud ailədə böyüməsi ucbatından.Nəzakətli,nəvaziş görmüş,sivil ailədən çımış qadın işləsə belə,uşaqına ayıracağı vaxtı heç nə ilə əvəz etmir.Əsas mədəniyyətdir.
Ferbara
Ac qalmamaq, «yaxşı dolanmaq» üçün səhərdən axşama qədər işləyən insan çarxı fırladan siçan kimidir. O həyatı yaşamır. Gözəlliklərin onun yanından necə keçib getdiyini, bəzən də ətrafındakıların ona ehtiyacı olduğu halda onları görmədiyini hiss etmir. Beləliklə, insanlar arasında həyat bağlılığı itir. Hər şey boz görünür…
Nailə_Qasarayeva

Bu uşaq bir qədər mənə oxşayır. :)
kocharli
Çox gözəl məqalədir.Təşəkkür edirəm.
Eflan
maraqlıdır.həqiqətən :)
ElcinHesenov
maraqlı yazılarınız üçün təşəkkürlər
Esse
Mənin evdə səkkiz aylıq körpə oğlum var Qaynanam ona baxır Ancaq məcburiyyətdən bu işimdən uzaqlaşa bilmirəm. Gərək bunları yaşayasan, belə oturub danışmqa nə varki.
Kenan_Elxanoglu
Pul qazanmaq üçün hər zaman vaxt olacaq.İstədiyin zaman pul qazanacaqsan. Ölənəcən pul qazanmaq olar...Amma körpə övladının ilk dəfə gülməyini, əlini ağzına salıb marça-març əmdiyini, oturmağa cəhd etdiyini, ilk ürkək addımını atdığını istədiyin vaxt görə bilməyəcəksən...İlk dəfə hansısa sözü deməyə çalışdığı zaman qığıltısını  gah «ana», gah da «ata» sözünə oxşadaraq sevinməyi, bağrına basaraq qoxlamağı, o doğma qoxunu ciyərlərinə çəkməyi istədiyin zaman edə bilməzsən… Hər şey vaxtında gözəldir. Övladlarımız gözümüzün qabağında hər gün zərrə-zərrə böyüyürlər və dünyada bu  böyüməyi seyr etməkdən   qiymətli heç bir şey YOXDUR! Heç bir pula bu həzzi satın ala bilməzsən