Ürəklərin yaxınlığı...

Bir gün müəllim uşaqlardan soruşur:
- Uşaqlar nə üçün insanlar mübahisə edəndə səslərini yuksəldirlər?
- Çünki sakitliklərini qoruya bilmirlər - deyə uşaqlardan biri cavab verdi.
- Bəs nə üçün qışqırırlar, axı mübahisə etdiyi insan yaxınlığında dayanır? - deyə müəllim soruşdu - sakit danışmaq olmaz? Hirslənəndə qışqırmaq lazımdır?
Uşaqlar müxtəlif cavablar verirlər, amma bunlardan heç biri müəllimi qane etmir və o izah etməyə başlayır:
- İnsanlar bir-birlərindən narazı olanda, mübahisə edəndə onların ürəkləri bir-birindən uzaqlaşır. Bu məsafəni bağlamaq və bir-birlərini eşitmək üçün onlar səslərini yüksəldirlər. Nə qədər çox hirslənirlərsə bir o qədər də yüksəkdən danışırlar.
- Bəs insanlar sevəndə nə olur? Onlar qışqırmırlar, əksinə çox sakit danışırlar. Çünki onların ürəkləri bir-birinə çox yaxındır və məsafə çox azdır. Bəs daha güclü sevəndə necə olur? - deyə müəllim davam etdi - onlar danışmırlar, sadəcə pıçıldayırlar. Daha sonra bu pıçıltılara da ehtiyac olmur. Onlar bir-birlərinə baxanda artıq hər şeyi sözsüz anlayırlar. Bu yalnız bir-birlərini hədsiz sevən insanlarda olur. Ona görə də mübahisə edərkən ürəklərinizin bir-birindən uzaqlaşmağına imkan verməyin, buna səbəb yaradacaq kəlimələr işlətməyin. Çünki elə bir zaman gələr ki, bu məsafə daha da böyüyər ve geriyə dönüşü heç mümkün olmaz
 
loading...

8 şərh

niqulya
Müəllim uşaqlara çox çətin suallar verir.Heç mən onların cavabını tapa bilmirəm:-)
bankir
Daha sonra bu pıçıltılara da ehtiyac olmur.
Uşaqlar bəs soruşmur ki,ay müəllim niyə ehtiyac olmur? Bəs sonra nə olur? mən uşaq olsaydım müəllimdən soruşmüşdum:-)
raqa

Yəqin ki, "Daha sonra bu pıçıltılara da ehtiyac olmur" cümləsindən sonrakı suala müəllimin veriləcək sualın uşaqlar üçün +18 kateqoriyasına aid olduğunu bildiyinə görə, fikrini davamlı şəkildə izah edir ki, uşaqlar sual verməyə imkan tapmamış mövzunu bitirsin :)

IDEAL
Əslində mübahisə hər iki tərəfin inkişafı üçün çox faydalıdır- deyə düşünürəm. Çünki həqiqəti yalnız
ziddiyyətlərin mübarizəsi zamanı aşkar etmək mümkün olur. Lakin mübahisə o halda fayda verir ki,
hər iki tərəfin mübahisə etməyi bacarmaq kimi çox nadir insanlarda təsadüf olunan xüsusi istedad olsun.
ramzes
Mənim üçün maraqlıdı ,görəsən heyvanlarında ürəkləri yaxınlaşır? məsələn: Mən dəfələrlə göyərçinlərin sevgi maceraları yaşamasını görmüşəm. Məni maraqlandıran bu qəliz suala kim cavab tapa bilər?
Dior
Ramzes,ALLAH TƏALA buyurub ki,heyvanlarda insanlar kimi bir zümrədir.Onların da danışıq,ünsiyyət dili var.Amma siz bunu bilməzsiniz.
niqulya
Həmin müəllimin dərslərində oturmaq maraqlı olardı)) Ürəklər arasında məsafə uzaqlaşdıqca hirsin və qışqırıq səsinin artması arasındakı əlaqəni kəşf etdiyinə görə ona Nobel mükafatı vermək lazımdır. Nyutonun cazibə qanununun psixologiyada tətbiqinə görə.
rezerv
Ela idi. Demek, urekler bir — birilerine daha yaxin olduqda: ne sozler, ne cumleler lazim bize,bir tebessum, bir baxis yeter de artar bize.