Mənim yuxum gözlərimi açanda bitir, sənin yuxun isə gözlərini bağlayanda bitəcək...

Iki qardaş olur. Böyük olanı böyük bir ərazinin sahibi və kəndin ağası idi. O qədər zəngin idi ki, zənginliyi başqa kəndlərdə də dillərdə gəzirdi.
kiçik qardaş isə böyük qardaşının ərazisində qarın toxluğu üçün qar-qış, isti- soyuq demədən işləyirmiş.
Ortalığın istidən yandığı bir yay günü kiçik qardaş yorğunluqdan haldan düşür və bir ağacın kölgəsində yatıb qalır.
Çox keçmir ki, böyük qardaşı qardaşını, ayağındakı böyük ayaqqabılarıyla sərt şəkildə vuraraq:
"Qalx, iş zamanı yatılarmı? İşləməyənə pulsuz çörək yoxdur."- deyərək oyadır.
Qardaşı isə nə olduğunu anlamadan çaşmış gözlərlə qarşısında dayanan böyük qardaşının o heybətli cüssəsi ilə qarşılaşır və: "qardaş niyə oyandırdın məni? Çox gözəl bir yuxu görürdüm. Yuxumda böyük bir evim, yüzlərlə atlarım, saysız heyvanlarım, ucu-bucağı görünməyən tarlalarım, mənim üçün işləyən yüzlərlə işçim, alətlərim və daha saya bilməyəcəyim bir çox vara-dövlətə sahib idim. O qədər gözəl bir yuxu idi ki, kaş ki oyandırmasaydın bir az daha dadını çıxardardım."- deyir.
Böyük qardaşı isə lağ edərcəsinə bir ifadə ilə:
"Sən?",- "bu saydıqlarını ancaq yuxunda görərsən.
Halbuki bax mən bütün bu saydıqlarına sahibəm, bunların içində üzürəm..."- deyə cavab verir.
Qardaşı isə mənalı bir ifadə ilə böyük qardaşına baxır və söylədiyi sözlərə peşman edərcəsinə bu sözlər tökülür qurumuş dodaqlarından:
"Qardaş, bilirsənmi əslində ikimiz də yuxu görürük- tək fərqimiz, mənim yuxum gözlərimi açanda bitir, sənin yuxun isə gözlərini bağlayanda bitəcək..."

10 şərh

Cavid
çox maraqlı və ibrətamiz hekayədir, əgər qardaş qardaşa bunu edirsə onda başqalarından nə gözləmək olar. çox sağol
bloqçu
Tamamilə düzgün deyilib…
Samir012
ehh adam bəzən ilişib qalır, yaxşılıq etməkdən çəkinirsən, insanlari tanimaq olmur, bu cür movzuları həmin insanlar oxusa bəlkə düzələrlər
BaKiNeC

Bəli həyatda belə qardaşlar da var.Mən hərdən Qardaş sözünü mürəkkəb ad kimi qəbul edirəm.Bəlkə də səhv edirəm hardasa.`Qar` və `Daş` sözlərinin birləşməsi kimi qəbul edirəm.Hərdən Qar kimi ürəyiyumşaq,saf və təmiz hərdəndəki Daş kimi bərk,möhkəm olur insana.Amma hər nə olsada sonucda Qardaşdır.Qanı qanından canı canındandır.

Türkəl
Məlumat üçün deyim ki, türk sözü olan qardaş (kardeş), qarın və daş sözlərinin (karın, daş) birləşməsindən əmələ gəlib, bir qarından çıxmış «daş» anlamını verir. Türk dilində isə, bildiyiniz kimi bacıya da, qardaşa da kardeş deyirlər.
Ferbara
«daş» burda şəkilçidir, «keş», «dan» kimi. Məsələn, yoldaş, əməkdaş, vətəndaş sözlərində «daş» şəkilçisi eyni məkanda olan, sirdaş, məsləkdaş sözlərində isə eyni fikrə, zehnə malik adamları birləşdirir.
Shabnam_Ilham
Hekaye de adi kimi maraqli idi… Maraqli olan odur ki, goresenvhemin soz boyuk qardasa tesir eliyib yoxsa yox…
puma
Bəlkə birinci yazı idi ki,məni duyğulandırdı.Ən gözəl yazı kimi "çərçivələyib" ürəyimə asıram.Əllərinə,ürəyinə,düşüncənə sağlıq.Çox,çox sağ ol.Ən yüksək xalı verirəm,amma,üsulun bilmirəm.Yaz mən də göndərim.
məryam
Qarsaş sözü sadə sözdü. Burdakı -daş şəkilçi deyil. Bu arada Puma müəllliməm dediki, əsnəyəndə adamın ciyərlərinə əlavə oksigen girir. Hekayə çox maraqlıdı. Biz evdə qardaşlarımla bir-birimizi qırırıq. Sinif yoldaşlarım bizim evdə 3-cü dünya müharibəsi gedir. Müharibə başlasa biz artıq hazırıq:) Bunu oxuyan yenə öz bildiyini edər məncə. Dəyişməz. Teşekkürler.