Namazın keçir

İslam böyüklərindən olan Bəyazid Bistami bir gecə yatıb qalır,sübh namazını qıla bilmir.Oyananda artıq günəş çıxmışdı.O qədər iztirab çəkir ki,nə edəcəyini bilmir.Ağlayır,fəryad edir."Allahım,qəflətə düşdüm,məni əfv et!"-deyib sızıldayır.Peyğəmbərimizin "Kim bir namazını qaçırsa,bütün var-dövləti,oğul-uşağı əlindən alınmış kimidir"hədisini xatırladıqca əzabı daha da artır.
Bir az keçmiş namazın qəzasını qılır.Sonra başını səcdəyə qoyub Allahdan bağışlanma diləyir.Bu zaman bir səs eşidir:
-Ey Bəyazid,bu günahın bağışlandı.Bu peşmançılıq və ağlamağına da yetmiş min nafilə namazı qədər savab yazıldı.
Bu eşitdiklərindən ürəyinə su səpildi.Aradan bir neçə ay keçdi.Bir sabah namazı yenə az qala yatıb qalacaqdı.Ancaq bu dəfə namaz vaxtının bitməsinə bir az qalmış şeytan onu oyatdı:
Qalxnamazın vaxtı çıxır,-dedi.
Bəyazid onun şeytan olduğunu başa düşüb:
-Ay lənətlənmiş,sən heç vaxt belə eləməzdin.Hər kəsin namazının keçməsini,qəzaya qalmasını istəyərdin,necə oldu ki,məni oyatdın?-dedi.
Şeytan:
-Bir neçə ay əvvəl bir namazı keçirdiyinə görə o qədər peşman oldun,ağlayıb fəryad etdin ,inlədin ki,nəinki günahın bağışlandı,hətta yetmiş min namaz savabı da aldın.Ona görə də təkcə bu namazın savabını alasan deyə səni yuxudan oyatdım.

17 şərh

BaKiNeC
Gözəl və ibrətamiz hekaya üçün çox sağ olun.ALLAh razı olsun.Bunu bilirdim.Yaxşı oldu ki elə siz yazdınız bura.
umud600
"İman gətirən,xeyirli işlər görən,namaz qılan,zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır.Onların (Axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər"(Bəqərə sur.ayə 277)
Ferbara
Bunu dünən iş yoldaşım mənə danışdı. Allah hamaz qılanların dualarını qəbul eləsin. Qılmayanlara da qismət etsin, inşallah.
BaKiNeC

AMİN İNŞALLAH.Namaz İnsanın meracıdır.

umud600
Müsəlman olmaq gözəl,gözəl müsəlman olmaq daha gözəl,gözəl müsəlmanlıqda mütəmadi olmaq ondan da gözəldir
umud600
Kainatda ən yüksək həqiqət imandır,imandan sonra namazdır.İnsan Rəhim olan Allaha təslim olmaqla xoşbəxtlik tapar.
Xrizoberil
çox gözəl və təsirli idi…
Cavid

çox gözəl yazıdır, təşəkkürlər, insanin gərək imani güclü olsun iman güclü olanda çox çətinliklərə qalib gəlmək olur, imanki zəiflədi artıq çox çətin olur.

rdgr
BUNU DAHA ONCE DE OXUMUSDUM

ÇOX GÖZƏL YAZIDI

ALLAH BÜTÜN İBADETLERİMİZİ QƏBUL ETSİN

ALLLAH BİZİ SEVDİYİ BENDELERİNDEN ETSİN İNSALLAH
Ferbara
rdgr, yəqin ki, bildiniz niyə sizin bu şərhinizə minus verilib. :) Hərflərinizə deyin otursunlar. Hamısının birdən ayaq üstündə durmağına icazə verilmir. :)
rdgr

Mənə maraqsızdı +ya da-

birdə ki Caps Lock a bu qədər fikir verincə bəzi mövzulara ağızlarına gələnləri yazanları minuslasınlar

Ferbara

Əgər siz dəyərli söz yazmısınızsa, bunu görəcəklər. Sözlərinizi böyük hərflərlə yazmağınız qışqırmağa bənzəyir və onun dəyərini azaldır. Mənə görə yazı mədəniyyətində bu cür hallar olmasa daha yaxşırıd. 
O ki qaldı + və ya -, söhbət xal sayından getmir, söhbət etirazdan gedir. — burda etirazdır. Sizinlə heç kimin qəsd-qərəzliyi yoxdur. :)

umud600
Məncə o şərhə minus düşmür.Bir də ki,minus səhvən verilə bilər.Oxlar bir-birinə çox yaxındır.
Ferbara
Elədir, minus düşmür. Amma bildiyim qədəri ilə bu saytda böyük hərflərlər yazananlara etiraz bildirirlər. :) Hesab edirlər ki, bu cür yazı digər yazıları diqqət baxımından üstələyir və başqalarının haqqı pozulur. :) Bu bir növ hamı normal sürətlə gedərkən birinin avtoşluq edib diqqət cəlb etməsinə bənzəyir. :)
rdgr

Quranda buyrulan bütün emelleri yerine yetirmek lazımdı birini edib birini etmemekle olmaz