2 düşündürücü hekayə

- Mən bir şeyi başa düşmürəm: kasıbın yanına kömək üçün gedirsən, o xoşhallıqla səni qarşılayır və bacardığı qədər kömək edir. Varlının yanına gedirsən - o sanki heç kimi görmür. Doğrudandamı, bütün bunlar ancaq pulun təsirindəndir?
- Pəncərədən bax, sən orada nə görürsən?
- Uşaqlı bir qadın, bazara doğru gedən avtobus...

- Lap yaxşı. İndi isə güzgüyə bax. Bəs güzgüdə nə görürsən?
- Eh, orda nə görə bilərəm ki?! Əlbəttə yalnız özümü!
- Bax məsələ də bundadır. Pəncərə də, güzgü də şüşədən hazırlanıb. Lakin şüşəyə bir az gümüş əlavə etmək kifayətdir ki, sən ancaq özünü görəsən.





Qoca adam, çətinliklə zənbildə daşıdığı südü  çadır dirəkləri arasından keçirməyə çalışarkən:
-Süüd ...!, deyə qışqırırdı.
Qoca, hələ sözünü tamamlamamışdı ki, çadırından çıxan hirsli bir adam:
-Sən deyəsən ağlını itirmisən!-deyə qışqırdı. Biz yaralılarımızla məşğul olarkən, sən pul qazanma sevdasındasan.
Yaşlı adamın gözləri dolmuşdu. Yumşaq bir səslə:
-Bu zəlzələdə dörd nəvəmi itirdim övladım, dedi. Onların içdikiləri südü digər balalarmıza hədiyyə etmək istəyirdim,səhv etmişəm?!
Bu olmuş hadisəni danışanlar, "qoca adama qışqıran o adamın ağlayışını və ona sarılaraq üzr diləyişini heç  unutmarıq"  deyirlər...



Mənbə: "Okunmaya Değer Hikayeler" səhifəsi
Tərcümə və redaktə etdi: Musalı Azər
 

9 şərh

Xrizoberil
Çox maraqlıdır hər ikisidə.
cahandar

Hər zamankı kimi maraqlı mövzulara toxunmusunuz bəyəndim


 

BaKiNeC
ORİGİNALın hər zaman maraqlı və ibrətamiz məqalələri daim diqqət mərkəzində olub.Buda ona dəlalət edir ki, bu insan İnsanlığa qiymət verən,Hər kəsə hörmət qoyan,Mehriban ve səmimi və s. olmağı ilə öz hörmətini qazanıb.Çox xoşuma gəldi.Afərin :)
ORIGINAL
BaKiNeC,çox sağol xoş sözlərinə və hər zaman əməyə qiymət verdiyinə görə…
Ferbara
Sadə olsalar da ibrətamiz hekayələrdir. Birincisini çox oxumuşam. Amma ikincisini ilk dəfədir burda oxudum. Təşəkkür edirəm.
bahar
çox gözəl.Tüklərim biz-biz oldu
Rene

Bəs kim yazdı? :) Müəllifi bilmirsinizsə ən azından mənbəni qeyd edə bilərdiniz..

ORIGINAL
Diqqətnizə görə təşəkkür.Qeyd etdim artıq…
Old Baku
orginal konkret halaldı əllərinə sağlıq brat inan çox təsirləndim sözün əsil mənaslnda mənə çox ləzzət elədi.