Corab

Çox varlı bir adam ölmünün yaxınlaşdığını hiss edib oğlunu yanına çağırdı və " Öləndə məni corablarımla basdırın " , - deyə vəsiyyət etdi. Oğlu səbəbini bilməsə də, razılaşdı. Sonra adam oğluna bir məktub verib, " Mən öləndən sonra bir çətinə düşsən, bu məktubu açarsan " , - dedi.
Vaxt gəldi və adam ruhunu tapşırdı. Qohum - əqrəba yığışdılar. Oğlu isə, " İndi mən onu corabları ilə necə basdırım " , - deyə fikirləşməyə başladı. Bir molla tapıb dərdini ona danışdı. Ancaq molla bu işə heç cür razılıq vermədi. Başqa bir molladan soruşdu. O da " Yox, bu heç cür mümkün deyil " , - deyə etiraz etdi. Oğlü çarəsiz qaldı. Birdən ağlına atasının verdiyi məktub düşdü. Məktubu açıb bu sözləri oxudu: " Oğlum,görürsən ki, bu qədər var-dövlətim olsa da, yanımda bir corab apara bilmirəm. Artıq qalanını sən özün fikirləş " .

0 şərh