Hörümçək toru

Qəddar və günahkar insan vəfat edir. Cəhənnəmin qapısında onu mələk qarşılayır. Mələk deyir: " Cəhənnəmə getmək istəməyəcəksən. Əgər indi həyatın boyu etdiyin cəmi bir yaxşılığı yadına salıb, mənə desən, bu kifayət edər ki, bağışlanıb, Cənnətə düşəsən ". Kişi həyəcanla fikirləşir, bütün qohumlarını, dostlarını, ətrafında olmuş insanları xatırlayır, onlara nə vaxtsa yaxşılıq etdiyi yadına düşmür. Vaxt bitir, o, xilas üçün bir səbəb tapa bilmir. Kişini Cəhənnəmin qapısından içəri atmaq istəyirlər ki, o, qışqırır: " Dayanın, xatırladım. Bir dəfə meşədə gedirdim, yolumun üstündə tor qurmuş hörümçəyi gördüm, mən ordan ehtiyatla keçdim ki, onun yuvası pozulmasın ".

Mələk gülümsəyir, bu vaxt göydən bir hörümçək gəlir, öz torundan həmin adama uzadır. Adam ipdən yapışıb Cəhənnəmdən yuxarı, Cənnətə qalxmağa başlayır. Bu vaxt aşağıda olan digər günahkar insanlar da torun aşağısından yapışıb, xilas olmaq üçün imdad istəyirlər. Bir neçəsi tordan tutub qalxır. Kişi qorxur: " Birdən adamlar ağırlıq edər, ip qırılar ".

Özünü xilas etmək üçün o, ayağı ilə aşağıdan yapışan insanları yerə itələməyə başlayır. Bu vaxt  həqiqətən də ip qırılır və kişi Cəhənnəmə yuvarlanır. Son anda onun qulağına Mələyin səsi gəlir: " Təəssüf. Sənin qorxun və narahatlığın qəzəbə və paxıllığa çevrildi, sən yenə də pis əməlindən qalmadın. Son anda heç olmasa bir-iki insana yaxşılıq etmək şansını da əldən qaçırdın. Bu hərəkətinlə bütün ömrün boyu etdiyin o bircə yaxşılığı da itirdin ".
 

8 şərh

MaksiMuS
Bu hekayeni hardasa oxumuwdum.hekaye ozu bawdan ayaga ibret dersidi.Desem yaxwiliq edin gulerler.Yaxwi bu formada cagiriw edim: Ehtiyaci olanlar,kömeksizlere imkaniniz daxilinde komek edin.Unutmayaq: Allah size veribki bendesine de veresem.Dunyadan 2 elli yapiwmayaq.Fani olan heyatda ebedi hecne yoxdu.Emeye hörmet twk
kocharli
salam.men cox beyendim.tesekkur edirem.
rdgr
Maraqlı idi
Teşekkür
umud600
Məndə hərdən maraqlı yazılar olur, oxuyun.:)
MaksiMuS
Xa-xa..Allah səni güldürsün :))
umud600
Düz demirəm, Səbuhi:))
MaksiMuS
Əgüb söhbət eliyirsən Ümid :)
katana
Maraqlı idi.Ancaq mələk də onu cox çətin anda sınağa çəkib.Eslinde burdan belede netice çixarmaq olarki ,hemişe bizi de ,Allah çox çətin anda sınağa çəkir.Bu gün çox sevdiyimiz Allahın resulu məhəmməd Peyğemberin doğulduğu gündü ,bu gün münasibetile sizleri təbrik edirem.