Cəhənnəm qorxusu

 


Şahın qızını oğurlayırlar. Qız oğruların əlindən çətinliklə də olsa qaçmağı bacarır. Gecə olduğundan saraya qayıda bilmir və gizlənmək üçün bir evin qapısını döyür və vəziyyəti qapını açan oğlana başa salır. Oğlan qızı gizlədir evdə. Sonra gedib quran oxumağa başlayır.


Qız isə onu gizlincə müşahidə edir. Oğlan Quranı oxuduğu zaman əlini otağı işıqlandirmaq üçün yandırdığı


şamın üstünə tutur, sonra Quranı götürür və oxumağa davam edir. Belecə oğlan quranı bu qayda ile sehere


qeder oxuyur. Seher qızı şahın sarayına gətirir. Qiz atasına oğlanın Quran oxuyanda əlini şamın üstünə                                                


tutduğunu deyir. Bu tebii ki şaha da maraqli olur və oğlanı sarayına çağırıb nə üçün belə etdiyini soruşur.


Oglan isə deyir:
-Mən Quranı oxuyanda tam diqqətimin Quranda olmasına baxmayaraq, sanki şeytanın vəsvəsəsinə uyub


nalayiq addımlar atmaq içimdən keçirdi. Amma əlimi şamın üstünə tutub istisinə çox az müddət tab gətirə


bildiyimi görəndə düşünürdüm ki, edəcəyim pis hərəkətin müqabilində məni cəhənnəm gözləyir və cəhənnəmdəki


o istiyə sonsuzadək dözməli olacam.

  • ?
  • 06 fevral 2012, 23:53
  • _BUMERANQ_
Dünya bir tamaşadır

Şərhlər (6)

RSS qısalt / böyüt
Sadəcə əladı…
+2

Maraqlıdır...çox maraqlıdır ki, etdiyimiz günahlara görə cəhənnəmdə yanacağımızı bilə-bilə yenə günah etməkdə israr edirik..

+2
Tesekkur.
+2
Dəyməz
0
sadece sebr
+2
Allah bizim doğru yoldan yayınmağımıza imkan verməsin.
0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər səs verə bilər.