İnsansevərlik

Bir neçə il əvvəl Amerikanın Vaşinqton ştatındakı Sietl şəhərində keçirilən idman yarışında

doqquz idmançı qaçış zolağında hazır vəziyyətdə durur.Onlar əlil idilər.Nəhayət, “START”


atəşi açılır.İdmançılar məsafənin üçdə birini qət edirlər.Qəfildən idmançılardan biri yerə yıxılır.




O, qaçışı davam etdirə bilməyib aldığı zədələrdən ağlamağa başlayır.Digər səkkiz idmançı onun


yerə yıxıldığını görüb qaçışı dayandırırlar.Daun sindromundan əziyyət çəkən idmançı qız ona


yaxınlaşıb başını qoynuna alaraq soruşur:


-İndi yaxşısan? Özünü necə hiss edirsən?


Başqa idmançılar da ona yaxınlaşırlar, hamılıqla çiyin-çiyinə verərək birlikdə “FİNİŞ” xəttinə


doğru irəliləyirlər.Bu səhnənin canlı şahidi olan minlərlə tamaşaçı ayağa qalxaraq göz yaşları


içində bir xeyli əlil idmançıları alqışlayırlar.Yarış sona çatır.Onlar şahidi olduqları bu hadisəni


başqalarına da danışırlar.Bilirsənmi nə üçün? Çünki hər birimizin daxilində qabiliyyət hissini


üstələyən başqa bir hiss də var.Bu, İNSANSEVƏRLİK hissidir!

  • ?
  • 09 fevral 2012, 17:33
  • _BUMERANQ_
Dünya bir tamaşadır

Şərhlər (7)

RSS qısalt / böyüt
Cox duygulandim-ellerinize sagliq
+3
+3
:(
+3
Tekrarçılıq olub olmadığını bilmirem amma hekayəni çox sevdim.Yeni bu cür insansever olmaq üçün mütləq əlil olmaqmı lazımdır.Niye bəzən biz bunu normal halımızla edə bilmirik?!
+3
Bunu edə bilməməyimiz mənən əlil olduğumuzu göstərir çünki.
+4

tamamilə razıyam!


 

+1
:)))
-1
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər səs verə bilər.