Həqiqi məhəbbət




Bir -birindən küsən iki dostdan biri aradan uzun zaman keçəndən sonra digərinin qapısını döyür. 
İçəridəki: — kimdir? -deyə səslənir.
Qapının ardından səs gəlir:                                                                                      
-Mənəm! -Burada ikimizə birlikdə yer yoxdur.
Aradan uzun bir zaman keçir… Yeni bir ümidlə sevdiyi dostunun qapısını bir də döyməyə başlayır.
Yenə içəridən:
-Kimdir?-dəyə soruşulur.
-Sənsən, -deyir bu səfər. Və qapı sonuna qədər açılır.
Hz.Mövlana da: «Birinin ürəyində taxt qurmaq, sevgisini qazanmaq istəyirsinizsə, elə sevməlisiniz ki, mənliyinizi bir kənara qoyub sanki o olmalısınız» deyir. Məhz budur həqiqi məhəbbət.
 

7 şərh

Kinosunas
Mənalı hekayədir. Əllərinizə sağlıq
HeRa_Queen
oxuduğunuz üçün təşəkkürlər :)
cahandar
Mənalıdır çox bəyəndim Ancaq düşünürəm ki,sevgi də zamanla ayaqlaşmağı tələb edir yəni sevgidə qürur yoxdur deyirlər ancaq bzi momentlər var ki,məhz qürur saxlamaq lazımdır!!! İlla da ki,söhbət qadından gedirsə.Qadın öz mənliyini,ləyaqətini,qürurunu hər şeydən öndə tutmalıdır!!! Sevgidən də!!! Mənim subyektiv fikrimdir.
HeRa_Queen

Cahandar  əslində qarşımızdakı günahkar deyil  lap dərinliyinə getsək elə günah özümüzdə olacaq  özümüzəməxsus dəyərimizi, ləyaqətimizi,  qürurumuzu qarşımızdakına qurban veririk qarşılığında layiq olmadığımızı alırıq bu nə dərəcədə ədalətlidir??? Buna görə Sizin fikrinzlə tam razıyam və insan səhv edə-edə düzün nə olduğunu öyrənir amma gərək eyni səhvi təkrarlamayasan.

cahandar
Hera_Quen,bilirsiz necədir?? Ümumiyyətlə səhvsiz insan yoxdur.Şərt o səhv addımı atmaqda deyil,şərt səhvin yarısından anlayıb düzə gəlməkdir.Bədbəxt o insandır ki,səhv oluğunu bilə-bilə davam edir,özünü sevgi oyuncağı ya da kiminsə əlində alət edir.Bax onda insan bağışlanmaz səhv buraxır.İnsan ləyaqət qürurunun dalınca gedərsə hər zaman qalib çıxır və dəyəri sevdiyinin də qarşısında olur.Bu daha çox qadınlara aiddir.Çünki qadınlar zərif məxluqdurlar.Qırılsalar bərpası mümkün deyil.Zamanında səhv addımdan çəkiləndə isə özünə də ziyan etmiş olmur.
HeRa_Queen
Sizin bu fikrinizə uyğun olan atalar sözü yadıma düşdü:  ziyanın yarısından qayıtmaq da kardır. fikrinizlə tam razıyam:)