Günəbaxanın insanla söhbəti

Günlərin bir günü Günəbaxan insanla söhbətə başlayır. Günəbaxan:"Mən gün işığından ilham alıb böyüyürəm, bəs sən?"
İnsan:"Mən Allahın rəhmət və mərhəmətindən ilham alıb mənən yüksəlirəm."
Günəbaxan:"Əgər gündən üz çevirərəmsə, kimsə mənə günəbaxan deməz. Əkinçi toxumu yerə basdırdıqda onun böyüyüb günü tapacağına əmin olar
və mən günü heç nə ilə səhv salmaram."
İnsan(təəssüflə):"Mən də Allahın əzəmətli varlıq olduğuna əmin olar, lakin Onu Ondan qeyri varlıqla səhv salaram"
Günəbaxan:"Mən yalnız günü sevər və onun işığına ümid bəsləyərəm."
İnsan(xəcalətli halda):"Mən isə Allahdan qeyrisinə də ümid bəsləyərəm."
Günəbaxan:"Mən gün işığı ilə cücərib yerdən boy verər, gün işığı ilə inkişaf edər, gün işığı ilə də solub gedərəm."
İnsan(utanaraq):"Mən Allahın nuru ilə dünyaya gələrəm, amma öz günahlarım ilə axirətimi zülmətə qərq edərəm."
Günəbaxan:"Mən günlə yaşayaram."
İnsan:"Mən Allahla yaşayaram."
Günəbaxan:"Zülmət məni məhv edər."
İnsan:"Məni isə günahlarım."
Günəbaxan:"Mən aradakı məsafəni işıqla qısaldaram, bəs sən?"
İnsan bir söz deyə bilmir. O, günəbaxanı əlinə alıb iyləyir. Allahın qoxusunu hiss edir. Günəbaxanın dediyi son sözlər qulağında sırğa olur. "Mənim adım çəkiləndə hamının yadına gün düşür. Bəs sən insanın adı çəkiləndə necə? İnsan deyildikdə kimsənin yadına Allah düşürmü?"
Bu sözləri eşitdikdə insan Allahdan xəcalət çəkir, üzünü günə tərəf tutub ağlayır.
 
loading...

14 şərh

MaksiMuS
Ləzzət elədi bu hekayə-dialoq-topik mənə..Həqiqətən həqiqət və acı gerçəkliklərlə dolu ibrətli bir hekayə..Çoxdandı belə düşündürücü hekayə oxumurdum burda.Sağol Bumeranq!
P.S səs verərkən topikin azı +20 olduğunu düşünürdüm.Ama mənim səsimlə +8 olduğunu görəndə anladımki bu topik intellektual istifadəçilərin nəzərindən kənarda qalıb.Çox təəssüf
_BUMERANQ_
Bəyəndiyinizə sevindim. Minnətdaram Maksimus!
Qaldı ki, "+20", yaxud «0» olmasına bunun heç bir əhəmiyyəti yoxdur. Əsas olan odu ki, oxuyub az da olsa nəticə çıxarmağı bacaraq.
Təəssüflənməyə dəyməz…
MaksiMuS
Dəyərini bilib, qiymət verməyən insanlara Nankor deyilir.Mən bunun tərəfdarı deyiləm.Əməyə layiq olduğu hörmət və qiymət verilməlidi.Kayzendə bu artıq Ən-ənənə halını almalıdı.
_BUMERANQ_
Bu cəhətdən mən də sizinlə razıyam. Amma...
Onsuz da bizim qınağımızla heç kim düzələn deyil. Necə deyərlər:«Qozbeli qəbir düzəldər.»
MaksiMuS
Heç kim düzəlməsə də, topikin layiq olduğu yerə gəldi...Hər kəs layiq olduğu yerdə olmalıdı və olacaqda.İstifadəçi də olsam bacardığımı bu yolda edəcəm.
_BUMERANQ_
Ədalət savaşçısı.
Var ol, MAKS! :)
MaksiMuS
EyvALLAH. Dostlar Sağolsun!
Süvari
Allahın yaratdığı hər şey qeyd şərtsiz ona ibadət edir. Yalnız Allah insana, cinlərə və İblisə bu  dünyada sərbəstlik vermişdir. Bu da dünyanın imtahan sirridir.
rezerv
Cox gozel umidvram bu sohbetden netice cixaranlar cox olar
SHATENKA407
müəllifə təşəkkür belə  bir hekayəyə görə
soni_memmedzade
təşəkkürlər.maraqlı hekayədir.həm də ibrətamiz.axırıncı yox,axarıncı olsun.amma mənə elə gəlir insan deyəndə günahdan başqa heç nə düşmür yada.İNSAN və GÜNAH.əkizdirlər bir-birilə.düşünsəniz siz də razılaşarsınız bununla.göz yaşları günahların yuyulmasına vəsilədir.amma günahını anlayıb peşimansansa.TƏŞƏKKÜRLƏR BUMERANQ
_BUMERANQ_
Xoş arzularınıza görə sağolun. Qarşılıqlı olaraq mən də sizə fəaliyyətinizdə uğurlar arzulayıram.
Düzdü əksər insanlarla bağlı sizin fikrinizlə razıyam, amma istisnalar var. Əminəm ki, sizin də ətrafınızda mehriban, səmimi, mərd insanlar var. Onların adı çəkiləndə  insanda xoş təəssuratlar oyanır.
Düzdü, günahsız insan yoxdu, amma hər halda Allah bağışlayanların ən böyüyüdür!
soni_memmedzade

düz.sözsüz ki,ətrafımda gözəl xarakterə mənsub insanlar var.bu o demək deyil ki,günahları yoxdu.hər bir insanın günahı var.o nöqteyi nəzərdən dedim.Allah cümləmizin günahlarını bağışlasın