"Moonlight" sonatası


Bir gün Bethoven dostu ilə birlikdə Vyana küçələrində gəzməkdə idi. Tam bu sırada bir mənzildən piano səsi gəldiyini eşidir və başını qaldırıb baxır.
Mənzilin II mərtəbəsində şüşə açıqdır və səs oradan gəlməkdədir. Dostuna çalan adamın möhtəşəm çaldığını və onu görmək istədiyini söyləyir.

İkisi birlikdə II mərtəbəyə çıxıb qapını döyürlər. Qapını açan qadın Bethoveni dərhal tanıyır və şok olur. Bethoven piano səsinə gəldiyini və şübhəsiz çalan adamı görmək istədiyini söyləyir. Qadın pianonu çalanın qızı olduğunu söyləyir və onları içəri dəvət edir. Büthoven qızın olduğu otağa girir.

Anası qızına Bethovenin gəldiyini söyləyir və qız çox həyəcanlanır, dərhal ayağa qalxır. Lakin qız kordur. Bunu görən Bethoven:«Lütfən, məndən bir şey istəyin.»- deyər.
Maddi bir şey istəyəcəyini düşünərkən, qızın cavabı bu olur:«Mən heç ay işığı görmədim, mənə ay işığını izah edərsinizmi?»

Bundan sonra Bethoven pianonun arxasına keçərək «Moonlight» («Ay işığı») sonatasını birbaşa çalır.

12 şərh

soni_memmedzade
Ay Allah tüklərim biz-biz oldu.kaş oxumayaydım.pis oldum.Allah bir tərəfdən alanda digər tərəfdən verir.
MaksiMuS
MaksiMuS
Podmuzıka :))
Musiqi ruhun qidasıdır.Musiqi  birdünyadır.Hər kəsin iç dünyasını aydınladan bir həzin parçavardır.Hərkəsin içindəki .«MƏN»-i hərəkətə gətirən bir nəğməvardır.Musiqi duyumu olmayan insan mənim üçün ağ qara lentdir.
Maraqlı hekayəyə görə təşəkkür edirəm
_BUMERANQ_
Video lap yerinə düşdü :) Təşəkkürlər!!!
Gülnar
Bu hekayədəki qız Culyetta Qviççardi Bethovenin cavan, əsilzadə və bacarıqlı tələbəsi olub. Qız kor olmayıb, gözəl, nazlı və qabiliyyətli bir qız olub və Bethoven ona möhkəm vurulub və elə bilib ki, qız da onu sevib. Amma qız əhdinə sadiq qalmayıb başqa bir bəstəkara ərə gedib. Deyilənə görə «Ay işığı» sonatasını da Bethoven öz nakam sevgisinə həsr edib…
Çox sevdiyim aktyor Qari Oldmenin Bethoveni canlandırdığı İmmortal Beloved filmində Bethovenin sevgi həyatı əks olunub.
_BUMERANQ_
Əlavələrinizə görə sağolun. 
Mənim qarşıma çıxan hekayə bu oldu. Hansı doğrudu, Allah bilir.
Rene
Axtarışa verəndə Bethoven haqqında maraqlı faktlar çıxır. Sən demə Bethoven bu qızın daha iki qohumu ilə də eşq macərası yaşayıb, (o qızlar da Bethovenin tələbələri olub) lakin həmin qızlar da əsilzadə ailələrindən olduqlarından onunla evlənməyiblər. 40 yaşında isə həkiminin qızı 18 yaşlı Tereza Malfattiyə vurulub, lakin bu qızın da ailəsi nigaha qarşı çıxıb və beləliklə Bethoven taleyiylə barışıb. :) Bilmirəm nə dərəcədə dəqiq məlumatlardı, amma maraqlı olar deyə paylaşdım. Bəlkə də yaşadıqları ona ilham verib belə musiqilər bəstələməyə. Çünki çox vaxt yaradıcı insanlar şəxsi həyatları alınmayan insanlar olurlar və bəlkə də elə ona görə yaradıcı olurlar.
_BUMERANQ_
Bethoven, karlıqla bəstəkarlığın meydana gətirdiyi təzad haqqındakı bir sualı belə cavablandırmışdır:
-Ürəyim o qədər çox şeylə doludu ki, bəzən sözlərin heç bir əhəmiyyəti olmadığını hiss edirəm.
Niyaz
YEr üzünə çox bəstəkar gələcək amma məndən bir daha olmayacaq!Doğurdan da səndən bir daha olmayacaq Lüdviqim.Sonataları nələrə dəsən dəyər )Minnətdaram hekayə üçün)