Рейтинг
+262.52

Düşündürücü hekayələr

204 üzv, 570 topik

Anamı belə unutduran o an

Otağın kimsəsiz, qaranlıq küncünə qoyulmuş köhnə dəbli məxməri kresloya yayxanaraq kanalları ard-arda dəyişir, baxmaq üçün uyğun film axtarırdım. Pult üzərində yayğın gəzişmələr edərkən hansısa xəbərlər buraxılışında göstərilən videoçarx diqqətimi cəlb etdi.
Qəzaya, iki geniş yolun kəsişməsində, işıqfora, yol nişanlarına məhəl qoymadan yüksək sürətlə hərəkət edən tünd rəngli “Hyundai”inin, perpendikulyar istiqamətdən gələn, açıq rəngli “BMW”yə zərblə dəyməsi səbəb olmuşdu.

Davamı →

Şəhla Nihandan yeni hekayə: Etiraf

Zərgərlik məmulatları satılan butikin sahibi müəmmalı şəkildə öz mənzilində qətlə yetirilmişdi. Hadisənin üstündən bir neçə həftə keçməsinə baxmayaraq hələlik işıq ucu görünmürdü.
Mağaza müəyyən müddətə bağlanmış, işçilər hamısı dindirilmiş, bir neçə nəfər koordinatlarını istintaq orqanlarına bildirmək şərti ilə yeni iş yerinə keçmişdilər.

Davamı →

Uğursuz Ceyn Ostin

«Obrazlarım kiçik sıxıntılardan sonra arzuladıqları hər şeyə sahib olacaqlar.» Ceyn Ostin
Minimalizmlə bağlı araşdırma apararkən çox maraqlı bir cümlə diqqətimi çəkmişdi: «Həyatda ən böyük xoşbəxtlik itirməkdir, yəni məğlub olmaq». Bu cümləyə daha gənc yaşlarımda rast gəlmiş olsam, mahiyyətini anlamaz, inkar edər və əksini sübuta yetirmək üçün çoxlu dəlillər (əsassız) gətirərdim. Lakin indi az da olsa, anlayıram, itirmək, doğrudan da, bəzən tapmaqdır. Və ya məğlub olmaq, əslində, qalib gəlməkdir. Çünki istənilən halda məğlubiyyət və itki bizə yenidən ayağa qalxmaq, qalib gəlmək üçün təcrübə və vasitələri də gətirir. Sənin məğlubiyyətin böyük bir qələbəyə çevrilə bilər, əgər anlaya bilsən...

Davamı →

Axşam marşı

Misir yazıçısı Yusif  İdris 19 may 1927-ci ildə Misirin  Əş-Şərqiyə vilayətinin əl-Beyrum kəndində dünyaya göz açıb. 1951-ci idə Qahirə Universitetinin tibb fakültəsini bitirib və buranın ən qədim xəstəxanası olan Kəsr əl-Əynidə həkim, daha sonra Qahirə bələdiyyəsində müfəttiş işləyib. 1959-cu ildən jurnalist kimi fəaliyyətə başlayıb, əvvəl "Əl-Qumriyyə", sonra "Əl-Əhram" qəzetlərində çalışıb. Tələbəlik illərindən hekayələr yazsa da, ilk hekayələr toplusu – "Ən ucuz gecələr" 1954-ci ildə çap olunub. Novella ustası hesab olunan Yusuf İdrisin on hekayə toplusu, bir neçə povesti, «Ağappaq» romanı (1959) və yeddi pyesi çap olunub. Yazıçı 1 avqust 1991-ci ildə dünyasını dəyişib.

Davamı →

Müqəddəs Avreelin İncili

Və o gəldi. Gəlməyə də bilərdi, amma gəldi. Yəqin, sizə dərs olsun deyə gəldi. O, elə bir zamanda gəldi ki, dənizlər artıq dəniz idilər. Yaradılmışdılar. Küləklər külək kimi əsirdilər. Dağlar daha ayaq açacaqlarına inanmırdılar. Günəş bizi bundan artıq isitməyəcəkdi. O, sualların olmadığı bir zaman doğuldu. Hər şey hamıya o qədər bəlli idi ki, insanlar təkrar yaşayırdılar. Daha dünya kəşf olunmurdu.
Adını babası yekə-yekə Ruhulla qoydu. Hamı kimi anasından doğulsa da, hamı kimi aynan-ilnən böyümədi. Elə bil tez böyüdü, köpəkoğlu.

Davamı →

Şeyxin tənqidi

Lap başdan ürək ağrısıyla deyim ki, Sahilə Yayanın 2018-ci ildə “Teas Press” nəşriyyatında çap edilmiş “Şeyx” kitabının tənqidə gələcək bir tərəfi yoxdur. Kitab roman kimi təqdim edilsə də, onu roman adlandırmaq sadəcə olaraq mümkün deyil. Yazı bir mətn kimi o qədər ələgəlməzdir ki, danışmamaq, üstündən sakitcə ötüb keçmək olardı, lakin 372 səhifəlik mətni sırf oxumuş olduğumdan və kitab əksər azərbaycanlı yazarların yol verdikləri səhvləri mükəmməl şəkildə və komplekt formada özündə ehtiva etdiyindən, bəzi fikirlərimi çatdırmaq qərarına gəldim.

Davamı →

Ölü evdən qeydlər

Dostoyevskinin “Ölü evdən qeydlər” əsəri ilə universitetin birinci kursunda oxuyarkən tanış oldum. O vaxtlar türk dilini öyrənmək üçün vasitə az idi, indiki kimi münbit şərait yox idi. Türk dili və ədəbiyyatı dərsində mütaliə etmək üçün bizə kitablar verirdilər, müəllimimiz də öz fənninə ciddi münasibət bəsləyən, işinə vicdanla yanaşan bir adam idi.
Beləliklə, xeyli faydalı əsərlərlə tanış oldum. Seçim də azad idi. Bəxtim gətirdi. Həm universitetə gedib gəlirdim, həm də ədəbiyyat oxuyurdum.

Davamı →

Bitmiş ömrün hekayəsi

Kamal Abdullanın “Epiloq” hekayəsi (olmayan romanın sonluğu) onun yazı tərzi və təhkiyəsinin bəzi mühüm və təkrarlanan cəhətlərini özündə əks etdirir. Bu tipli hekayələr simvolik şəkildə deyilərsə “səsli” hekayələrdir. “Səngərdəki səs” hekayəsində bu keyfiyyət qabarıq şəkildə bilinir. Real, gerçək olaraq danışılanla bərabər başqa bir nitq axını da hiss edilir, yəni, təhkiyədəki “təsvirlərlə” paralel, yaxud onları çarpaz kəsən formada başqa bir düşüncə qatı da boy göstərir. Bu xüsusiyyət bədii mətnin digər komponentlərinə də təsir edir və oxuduqca xəyalında canlanan nəsnələri obrazlı şəkildə deyilərsə “mərtəbə-mərtəbə” keçib adlamalı olursan. Bu keyfiyyət sonradan yaradılan, yaxud uydurulmuş bir şey deyildir, — əslində həyatda buna sıx-sıx rastlanırıq, kimsə danışır, onu dinləyə-dinləyə xəyalında hansısa nöqtə oyanır və sən bu əhvalatən təsvirini başqa bir reallıqda görür, təsəvvür edirsən və bu ani olur, tez də bitir. Bu halda birinci danışılan əhvalat tez bir zamanda virtual şəkil alır, onun ardından gələn səs yeni, tam orijinal obraza çevrilir.

Davamı →

Açar - Yaqub Əlioğlu

Torpaqların düşmənlərdən azad edilməsi xəbəri bütün məmləkət əhlinə yeni nəfəs vermişdi. Hamı bir-birinə gözaydınlığı verirdi. Sevinc göz yaşları, təkcə torpaq sevgisindən deyildi, bu göz yaşları həm də bir xalqın şərəf-ləyaqətinin özünə qaytarılmasının təntənəsindən süzülüb gələn, ürəklərə rahatlıq gətirən gözyaşları idi. Qəhrəman əsgərlərimizin kəndlərini ermənilərdən azad etdiyini eşidən Abbas müəllim evdəkilərə heç nə demədən üz tutdu cəbhə bölgəsinə! Yolda əsgərlərin yoxlama məntəqəsində yetirmələrinin əlində silah görən Abbas müəllim sevincini onlarla bölüşdü. Bu anlar necə də qürurverici idi. İyirmi səkkiz il yaşanmış hava şarı kimi çəkisizlik vəziyyətindən, Abbas müəllimin ayağı, sanki indi yerə dəyirdi. Göz yaşı üz qırışlarına ürəkdolu həyat sevinci verirdi. Şagirdləri hərbi «BTR»in üstündə onu doğma kəndə çatdırdı. Kəndin girəcəyində Abbas müəllim ayaqlarını ayaqqabının buxovundan azad etdi. Kənddən çıxanda əhd etmişdi, sağ-salamat yurduna qayıda bilsə, ayaqyalın torpağa ayaq basacaq. İndi həmin əhdə vəfa vaxtı idi.

Davamı →

Utanmağın faydaları barədə

Avropaya gələndən bəri məni xüsusilə çox düşündürən məsələlərdən biri də tarix və respublikanın mənşəyidir. Sizə məlumdur ki, asiyalıların böyük bir hissəsi bu növ idarəçilik haqqında təssəvvürə malik deyil. Onların hətta təsəvvürləri belə yoxdur ki, yer üzündə despotizmdən başqa da hər hansı idarəçilik mümkündür.
Şarl Lui Monteskyö, “İran məktubları” əsərindən

Davamı →