Рейтинг
+262.52

Düşündürücü hekayələr

204 üzv, 570 topik

Uşaq ağlı (İbrətamiz kiçik hekayə)

Böyük bir yük maşını kiçik bir körpünün altında ilişib qalmışdı.Polis “problemi həll etməkçün” şəhərin ən təcrübəli mühəndislərini çağırdı.Mühəndislər nə qədər ölçüb biçsələr də,yük maşınını körpünün altından çıxarmaq üçün bir qərara gəlmədilər.Bu vaxt kənardan tamaşa edən yeddi yaşlı bir uşaq onlara yaxınlaşdı və məsum bir ifadə ilə: “Bəlkə təkərlərin havasını çıxarasınız”-dedi...




Beləliklə “böyük bir problem” “kiçik bir ağılla” həll olmuşdu...


Davamı →

Bu yazını oxuduqdan sonra düşünün...

İlk dəfə idi ki, yolu bu incəsənət mərkəzindən düşürdü. Bir az gəzmişdi ki, salonlardan birində çox gözəl bir tablo gördü. Tablo çox bahalı idi. Balaca oğlan onu böyük qardaşının ad günü üçün almaq istəyirdi. Buna görə də bir işə girmək və bir ildə yığdığı pulla bu tablonu almaq qərarına gəldi. Bir ildən sonra yığdığı pullarla həmin salona getdi. Xoşbəxtlikdən tablo hələ satılmamışdı. İçəri girdi. Tabloya bir qədər də baxdıqdan sonra bu rəsmi çəkən rəssamı tapdı. 

— Bu rəsmi qardaşımın ad günü üçün almaq istəyirəm, ancaq olan pulum budur.

Rəssam bir qədər düşündükdən sonra razılaşdı və rəsmi bükərək oğlana verdi. Bu vaxt salonda rəssamın dostları da var idi. Dostlarından biri təəccüblə ona: “Sən nə etdin? O rəsmin qiyməti milyonlar edərdi”, — dedi. Rəssam cavab verdi: “Haqlısan, bəlkə də, mən bu rəsmə milyonlarını verə biləcək yüzlərlə adam tapa bilərdim, ancaq bütün var-dövlətini verə biləcək bir nəfər də tapa bilməzdim”…

P.S. Bu yazını oxuduqdan sonra düşünün və bəzən kiçik gördüyümüz şeylərin belə, əslində nə qədər qiymətli olduğunu unutmayın!

Davamı →

Ağıllı qarışqa

Bir qarışqa, bir gün yazılmış bir vərəqin üzərində gəzirdi. Kağızdakı şəkil və yazılar onu heyrətə salmışdı. Özlüyündə fikirləşirdi ki, bu şəkil və yazıları kağız özü yaratmışdır, yoxsa başqa birisi? Elə bu fikirdə ikən bir qələm kağızın üzərində gəzərək başqa bir yazı yazdı. Qarışqa bildi ki, bu şəkil və yazılar kağızın deyil, qələmin yaratdıqlarıdır. Dostlarının yanına gəlib dedi: Bu gün yeni bir kəşf etmişəm. Dedilər: Nəyi kəşf etmisən?


Ardı →

Ananın səssizliyi

Axşam anamla atam televizora baxırdılar. Anam “Artıq gecdir, mən yatmağa gedirəm,” — dedi. Qalxdı, mətbəxə getdi. Meyvə boşqablarını yudu. Sabaha hazır olsun deyə, çaydanı doldurdu, dəmliyə çay atdı. Şəkər qabına baxdı. Dibində az qalmışdı, doldurdu. Səhər yemək üçün soyuducundan çörək çıxardı. Axşama buzu açılsın deyə, əti buz yerindən aşağı qoydu. Stolun üstündəkiləri yığışdırdı. Telefon dəftərini örtüb, yerinə qoydu.


Ardı →

Tək bir yaxşı əməlin qarşılığı

Pislik etməklə keçmişdi ömrü. Yaxşılıq nədir bilməmişdi. İndi cəhənnəmin astanasında idi. Qapıda onu mələk qarşıladı. Mələk: “Əgər həyatda bircə dəfə də olsun yaxşılıq etmisənsə sən cəhənnəmə girməyəcəksən.”,- dedi. Adam uzun müddət fikirləşdikdən sonra meşədə gördüyü hörümçəyi xatırladı. Bir dəfə meşədə gedəndə bir hörümçək toru ilə qarşılaşmış, toru qırmamaq üçün yolunu dəyişmişdi. Həyəcanlə bu hadisəni mələyə danışdı.
Ardı →

Peşmançılıq

Bu dəfəki məqaləni bəzi “hirsli” valideynlərə, həsr edirəm. İnsan bəzən öz səhvi ucbatından elə peşmançılıq çəkir ki, heç üzr istəməyə də üzü gəlmir. Daha doğrusu necə üzr istəyəcəyini bilmir. Mənim üçün ən böyük peşmançılıq bir körpənin ürəyini sındırmaqdır. O məsum, dünyanı hələ dərk etməyən, körpə — bu körpənin bizdən tələbi nə ola bilər axı? Diqqət, qayğı, sevgi!!! Məgər bunları körpələrlə bölüşmək çoxmu çətindir?!

Hər bir ailəli insanın həyatında sıxıntılı, gərgin günləri olur. Amma çalışın ki, belə anlarınızı öz körpənizə hiss etdirməyəsiniz. Əks halda çox peşman olarsız. İnanın! Əgər işdən çox yorğun gəlmisinizsə, müdiriniz ya da iş yoldaşlarınızdan biri sizi əsəbləşdiribsə bu əsəbi evin qapısından içəri girən kimi ayaqqabılarınızla birlikdə çıxarmağa çalışın çünki, ola bilsin ki, siz əsəbinizi uşaqdan çıxararsız- o dəcəllik edərsə onu danlayarsız, o isə sizin işdən qayıtmanızı səbirsizliklə gözləyir, sizin üçün darıxır, axşam olan kimi, yəni sizin işdən gəlmənizə az vaxt qalmış o dəqiqə başlayır anasından saatı soruşur: “Ana, ata bu gün gec gələcək?” “Ata zəng edib?Yoldadır?” …
Ardı →

Eşq hekayəsi

Hər sabah olduğu kimi yenə də həmin qadın ağ rəngli əsası ilə ayaq qoyduğu yerləri yoxlayaraq, ehtiyatla avtobusa mindi.
Sürücü «Soldan 3-cü yer boşdur xanım», — deyərək, ona yer tapmaqda köməkçi olmaq istədi.
Qadın cavan və gözəl bir xanım idi. Həyat yoldaşısa Hərbi Hava Qüvvələrinin zabiti idi. Bir neçə ay bundan qabaq səhv bir diaqnoz nəticəsində həyata keçirilən əməliyyatda bu gənc qadın görmə qabiliyyətini tamamilə itirmişdi. Əməliyatdan sonra acı xəbəri eşidən əri isə çox məyus olmuşdu. Amma həmin anda belə özünü toplayaraq soz vermişdi..- arvadını əsla tək qoymayacaq, ona sonuna qədər dəstək olacaq, öz ayaqları üzərində durana qədər ona cəsarət verəcəkdir. 
Beləcə günlər bir-birini əvəz edir, qadın isə hər keçən gün özünü daha da pis hiss edir, çox sevdiyi həyat yoldaşına yük olduğunu düşünürdü. Arvadının bu sıxıntılı, özünəqapalı vəziyyəti əri kədərləndirirdi. Tez bir zamanda bir çarə tapmalı idi. Yoxsa həyat yoldaşı getdikcə özünə qapılaraq dünyasından yox olacaqdı.
Ardı →

Tək çarəm susmaq idi...

Atam axşamları evə yorğun dönərdi. Mən bütün gün evdə sıxılar, onun gəlişini iplə çəkərdim. Daha o qapıdan girər girməz boyuna atılar onunla oynamaq istəyərdim. Atam sarılar, öpər sonra da, «indi otağına get!» deyərdi.Yemək hazırlanınca anam çağırar bu dəfə masada bir araya gəlirdik atamla.Onlar anamla danışarkən mən araya girər, səsimi eşitdirə bilməyincə də qışqırardım. Atam əsəbiləşər, «Bütün gün insanlara baş partlatmaqdan böhrana düşdüm, birdə sən başmı ütüləmə!» deyərdi. Anam da «Bütün gün onsuz da səninlə məşğul oldum,bir söz dəmi danışdırmayacaqsan atanla?» deyə danlayar, məni otağıma göndərərdi. Çarəsiz bir şəkildə boyumu bükər otağıma yəni həbsxanama doğru gedərdim…
Ardı →

Yol yoldaşı yoldaş olanda...

Ölkədən ölkəyə, şəhərdən şəhərə avtobuslar gedir. Burda sağollaşıb ayrılır, gözdən itənə qədər pəncərə arxasınlan əl yelləyir, orda həsrətlə gözləyirlər. Avtobus beşcə dəqiqə gecikdimi, sərnişinlər bir mərəkə qoparırlar, gəl görəsən. Haqsız da sayılmazlar amma. Niyə də haqsız olsunlar ki, haqlarının tapdanmasını istəmirlər. İstəmirlər ki, onların gəlişi-gedişi kimlərinsə kefinə qalsın.
Amma sizə söyləmək istədiyim bu hadisədə sərnişinlər də, sürücülər də yolun yarısında nə az — nə çox, düz iki saatdan artıq gecikməyə razı olublar. Gecikiblər, həm də bu gecikmədən özləri də çox məmnun olublar.
Ardı →

Anama...

Bu gün üzün gülmür. Havalar ki yaxşıdır? Nə olub yenə?sən ki yaz fəslini sevərdin. Gələcəkdim....Vallah gələcəkdim. Bağışla..
Səhər oyananda bilirsən nəyi xatırladım? Sanki səsini də eşidirdim.
“ Bura gəlin köpəy uşaqları” deyə bizi səsləyirdin elə. Uşaqlıqda qaçıb çarpayının altında gizlənməyimiz gözümün önünə gəldi. Yadimda deyil dəqiq niyə əsəbləşmişdin. Deyəsən yenə evdə qardaşımla top-top oynayanda nəyisə sındırmışdıq. Ən birinci mən girərdim çarpayının altına, qardaşımı da qabağa verərdim ki, oxlov mənə dəyməsin. Həmin oxlov hələ də evimizdədir. 15 ildən çox olar daha dəymir bizə. Daha incitmir bizi… Amma indi… indi razıyam. Bədənimdən qan çıxana qədər həmin oxlovla döysünlər məni. Təki nəfəsinin küləyini hissi edim bircə dəfə. Mənə küləyini göndər.
Ardı →