Рейтинг
+262.52

Düşündürücü hekayələr

204 üzv, 570 topik

Dost dar gündə tanınar

Onlar yaxşı rəfiqə idilər. Qonşu olduqları üçün hər gün bir — biri ilə qarşılaşır, dərdləşir, söhbətləşirdilər. Ayrılmaz cütlük idilər.


Bir gün bərk xəstələndi. Sətəlcəm olmuşdu. Üç uşaq, qaynana və yoldaşı, ailə böyük idi. İndi nə edəcəkdi? Həkim yataqdan qalxmamağı tapşırmışdı. Qalxsa belə, bir addım atacaq qədər gücü yox idi. Həmişə möhkəmliyi, can sağlığı ilə seçilirdi, bəs indi? Bilmirdi nə etsin.


Dost dar gündə tanınar. Belə də oldu. Rəfiqəsi hər gün yanına gəlir, yemək bişirir, evini yığışdırırdı. O necə də xoşbəxt idi. Dar gündə yanında birisi olması çox yaxşıdı. Xəstə olduğundan çoxdan idi ki, əlini ağdan -qaraya vurmamışdı, Hər yan toz idi. Rəfiqəsi isə «hər şeyi yoluna qoymuşdu». Hər yanı təmizləmiş, yığışdırmışdı. O,, necə də ona minnətdar idi. Lakin xəbəri yox idi ki, bütün həyət ondan danışır. Çünki, rəfiqəsi «hər işini yoluna qoymuşdu» — " Natəmizlik? Belə də yox daa, ödüm ağzıma gəldi, iyrəndim, fuu, mındarçılıq, daha nə deyim" — deyə, hər kəsə onun evinin natəmizliyindən və necə "əziyyətlə" oraları səliqəyə salıb, təmizlədiyini danışmışdı.


P.S Belə dost və onun yaxşılığındansa tək qalsan yaxşıdı.


Müəllif: Zeynalova Vüsalə. M


Davamı →

Qədim hekayə

Misirdə kasıblar üçün nəzir yığan adam var idi.Çox yoxsul bir adamın uşağı doğulur.O,nəzir yığandan pul istəyir.Nəziryığan çox adama ağız açır,ancaq heç kim kömək etmir.O,yoxsulla birgə qəbiristanlığa gedir və məzara yaxınlaşıb deyir: «Allah sənə rəhmət etsin! Vaxtilə çox çalışmısan,mən isə körpə uşağa yardım istədim,heç nə vermədilər». Nəziryığan bir dinarı çıxarıb iki yerə bölür və yarısını yoxsula verib,deyir: «Bunu sənə borc verirəm,əlinə pul gəlsə qaytararsan». Həmin gecə nəziryığan məzarına getdiyi adamı yuxuda görür.
Ardı →

Heç kimi qınamayın...

Həmişə toya gedəndə hamıdan yaxşı geyinirdi. Düşünürdü ki, toya özəl hazırlaşmaq lazım. Bir ay qalmış artıq hazırlıq işləri görürdü. Bu paltarın rəngi onu açmır, o birini bir dəfə harasa geyinib, bir başqası artıq dəbdən düşüb və s. Bu minvalla daim dükanlarda yeni -yeni paltarlar ,ayaqqabılar, aksessuarlar alardı. Hamıdan gözəl, zövqlü və fərqli görünmək onun xobbisinə çevrilmişdi. Biri toyda cins geyinmişdi, o da lağ edib gülmüşdü ki, «toya da cins geyərlər? Bu adamların zövqü yoxmuş. Dəhşət!».


Ardı →

Mən 10 inəyə dəyirəm!

İki dost gəmi ilə səyahətə çıxır və bir adaya yetişirlər.Adada bir tayfa başçısının iki qızı var idi.Böyüyü gözəl olsa da kiçiyi xoşagəlimli deyildi.Bir dost o birisinə deyir:«Tayfa başçısının qızı ilə evlənirəm.» Dostu: «Böyük qızı çox gözəldir!». O biri dost:«Mən kiçik qızı ilə evlənirəm». Dostu:«Dəli olmusan?! Axı o elə də gözəl deyil». O biri dost:«Mən bunu edəcəyəm».

Dostlardan biri adada qalır,o birisi isə səyahətini davam etdirir. Tayfanın qaydalarına görə,yaxşı qızla evlənmək üçün oğlan qız evinə 10 inək verməli idi.Dənizçi tayfa başçısına 10 inəyi verib,deyir:«Qızınla evlənmək istəyirəm». Başçı:«Böyük qızım gözəl,ağıllıdır və 10 inəyə dəyir». Dənizçi:«Mən kiçik qızınızla evlənmək istəyirəm». Başçı:«Görmürsən,axı o...».Dənizçi:«Ancaq onunla evlənmək istəyirəm». Başçı:«Yaxşı,ancaq ədalət naminə o qızıma görə 10 inək götürə bilmərəm,3 inək kifayətdir». Beləliklə onlar evlənirlər.Bir neçə il keçir.Dənizçinin köhnə dostu gəmisi ilə onu ziyarət etməyə gəlir. Adada onun qarşısına gözəl bir qadın çıxır. Dənizçi ondan dostunun yaşadığı evi soruşur.Qadın da ona yolu göstərir. Dostlar görüşürlər.Dənizçi dostundan soruşur:«Necə yaşayırsan?». Dostu:"Çox xoşbəxtəm". Bu vaxt otağa həmin gözəl qadın daxil olur.Dostu dənizçiyə deyir:«Tanış ol,arvadımdı!». Dənizçi:«Sən ikinci dəfə evlənmisən?». Dostu:«Xeyir,bu həmin qadındır». Dənizçi:«Axı o necə belə dəyişib?». Dostu:"Özün ondan soruş". Dənizçi:"Əvvəl tamam başqa cür idiniz,sizi bu qədər gözəlləşdirən nə olub?". Qadın:«Sadəcə,günlərin bir günü başa düşdüm ki,mən 10 inəyə dəyirəm!».

Davamı →

Allahsız professor və ağıllı Tələbə

Professor dərsdə tələbənin birinə sual verir:
— Hər nə varsa, Allah yaradıb?
-Əlbəttə, professor. Nə varsa, Allah yaradıb.
-Allah hər şeyi, həəər şeyi yaradandır?
-Əlbəttə, ser.
O zaman professor belə dedi:
— Deməli əgər hər şeyi Allah yaradıbsa, deməli şəri də Allah yaradıb. Əgər nəzərə alsaq ki, bizim gördüklərimiz, əməllərimiz bizim kimliyimizi təyin edir, belə çıxır ki, Allah özü şərdir. Düz deyirəm?
Ardı →

Bizim 4 yoldaşımız

Bir zamanlar, böyük və güclü bir ölkəni idarə edən kralın 4 həyat yoldaşı varmış.
Kral ən çox dördüncü xanımını severmiş, bir dediyini iki etməz, hər şeyin ən gözəlini, ən yaxşısını ona verirmiş.
Kral üçüncü xanımını da çox sevərmiş. Bu gözelliyin bir gün özünü tərk edə biləcəyindən qorxduğu üçün, onu çox qısqanırmış.
İkinci xanımını da sevərmiş kral. Ona qarşı hər zaman mehriban ve səbrli davranan yoldaşı, kralın nə zaman bir dərdi olsa daim onun yanında olur, ona dəstək verirmiş.
Ardı →

Əsl dostluq nümunəsi

Günlərin bir günü iki yaxın dost yol gedirdi. Birdən onlar dava etməyə başlayır və biri digərinə şillə vurur. Ağrı hiss etməsinə baxmayaraq, şillə alan heç nə demir və qumun üzərində bu sözləri yazır: «Bu gün ən yaxın dostum mənə şillə vurdu»

Onlar yollarına davam edirlər. Bir az yol gedəndən sonra isə çayda çimmək qərarına gəlirlər. Şillə alan dost çayda az qalır ki boğulsun, lakin dostu onu xilas edir. O özünə gələn kimi daşın üzərində bu sözləri yazır: «Bu gün ən yaxın dostum mənim həyatımı xilas etdi»? Şillə vuran, eyni zamanda dostunu xilas edən bir az fikirləşəndən sonra dostundan soruşur: «Mən sənin xətrinə dəyəndə bunu qumun, həyatını xilas edəndə isə daşın üzərində yazdın. Nəyə görə?». Dostu ona belə сavab verir: «DOSTUMUZ  bizi inсidəndə bunu qumun üzərində yazmalıyıq ki, küləklər onu poza bilsin. Anсaq bizə yaxşılıq olunanda isə, bunu daşın üzərinə həkk etməliyik ki, heç bir külək onu poza bilməsin!».


Davamı →

Hər şey bir dəfəyə olmur

Bir gün molla mömünlərə müraciət etmək üçün məscidə gəlir. Ancaq orda bir cavan mehtərdən başqa heç kimin olmadığın görür. Molla fikirləşir ki, burda nəsə danışmalıyam, ya yox? Bunu mehtərdən soruşmaq qərarına gəlir:
— Burda səndən başqa heç kim yoxdur. Səncə nəsə danışmalıyam ya yox?
Mehtər cavab verdi:
— Cənab, mnə sadə adamam və belə şeylərdən başım çıxmır. Ancaq mən tövləyə gəlib görəndə ki, atların hamısı qaçıb, biri qalıb, ona yem verəcəm.

Mollanın bu sözlər xoşuna gəlir və moizə oxumağa başlayır. İki saat davam edən söhbətdən sonra o özündə rahatlıq hiss etdi və moizəsinin nə dərəcədə yaxşı olduğunu təstiq edən sözlər eşitmək istədi. Bunun üçün yenə mehtərdən soruşdu:
— Moizəm xoşuna gəldi?
Mehtər cavab verdi:
— Dedim axı, mən sadə adamam və bütün bunlardan elə də başım çıxmır. Mən tövləyə gəlib görsəm ki, atların hamısı qaçıb biri qalıb, onsuz da ona yem verəcəm. Ancaq bütün atlar üçün nəzərdə tutulan yemin hamısını verməyəcəm.
Davamı →

Yalan vs Həqiqət?

Yalan və Həqiqət adamlara onların hansının daha gərəkli olduğu barədə mübahisə edirlər. Qərara gəlirlər ki, kimin haqlı olduğunu dəqiqləşdirmək üçün yoxlama aparsınlar. Bir ev seçirlər. Bu evə əvvəlcə Yalan girir. Həmin gün hamı yalan danışır. Evin kişisi arvadından soruşur: «Məni sevirsən?» Arvad cavab verir: «Canım mənim! Öl de, ölüm. Sənsiz bu həyat mənim nəyimə lazımdı?» Kişi daha bir dəqiqləşdirmə aparır: «Heç ürəyindən başqa fikirlər keçməyib?» Arvad: «Utanmırsan, nə danışırsan?» Kişi də arvadını sevdiyini daha bəlağətli şəkildə çatdırır və ailə xoşbəxtcəsinə günlük həyatını davam etdirir. Səhəri gün həmin evə Həqiqət girir.
Ardı →

Söz ayrı, mahiyyət ayrı

Abram ancaq katoliklərin yaşadığı şəhərciyə, özü də kilsə ilə üzbə-üzdə yerləşən evə köçür. O, katoliklərin «balıq günü» hesab etdikləri hər çümə axşamı günlərində ət qızardır. Qızardılmış ətin iyi kilsəyə qədər çatırdı. Bu da ora gələnləri narahat etməyə başlayırdı. Bundan sonra katoliklər Abramı dilə tuturlar ki, katolikliyi qəbul etsin. Bu, asan başa gəlmir. Ancaq cəmiyyətin təzyiqi altında Abram, nəhayət, razılaşır. Katolikliyə qəbul mərasimi zamanı keşiş Abramın alnına müqəddəs su vurur və deyir:
— Sən yəhidi kimi doğulmusan, yəhidi kimi böyümüsən. İndi isə sən katoliksən.
Bundan sonra şəhər sakinləri rahat nəfəs aldılar. Lakin növbəti həftə çümə axşamı kilsəyə gələnlər yenə də Abramın evindən qızardılmış ət iyinin gəldiyini hiss etdilər və dərhal onun evinə yollandılar ki, artıq onun katolik olduğunu yadına salsınlar. Evə gələndə isə belə bir səhnə ilə qarşılaşdılar: Abram ət parçası qızardır və deyir:
— Sən inək kimi doğuldun, inək kimi yaşadın. İndi isə sən balıqsan!
Həmçinin bax:
Yəhudilik və iudaizm
Davamı →