Pul yoxsa ağıl?
— Müdriklər müdriki, dahilər dahisi, bizə Əsası olanı de, dillərdə dolaşacaq böyük müdriklik barədə danış.
Müdrik dilləndi:
— Hə… Pul kisəsini götürmək lazım idi!
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Kərim baba həyatı boyu yaşayışı ilə insanlara nümunə olan ibadət həyatına ən incə təfərrüatına qədər diqqət edən bir insan idi.Özü kimi yaşlı həyat yoldaşı ilə bir yerdə kiçik və gözəl bir qəsəbədə yaşayırdılar.Bu iki yaşlı çinar həyatlarını uşaqlarına həsr etmiş onları oxutmuşdular.Uşaqlqrından biri həkim biri din xadimi digəri də müəllim olmuş və hər biri ölkənin müxtəlif yerlərinə getmişdilər.Onlar ata-analarını öz yanlarına aparmaq istəyirdilər lakin Kərim baba ilə xanımı Səma nənə yaşadıqları yerdən ayrılmaq istəmirdilər.
Uşaqlarından uzaq olmaları onları bir-birinədaha da bağlamışdı.Hətta Kərim baba bəzən xanımına :
-sən məndən əvvəl vəfat etsən mən nə edərəm -deyir və gözləri dolurdu.Səma nənə də eyni narahatlığı keçirir və:
-Bəs sən məndən əvvəl getsən mən nə edərəm-deyib ağlayırdı.