Рейтинг
+262.52

Düşündürücü hekayələr

204 üzv, 570 topik

Möcüzəli yuxular

Sinif müəllimi, uşaqların yuxuları üzərinə bir araşdırma edirdi. Yuxu görmənin insan ruhunu nə qədər rahatlaşdırdığını və onlar üçün nə qədər lazımlı olduğunu ifadə etdikdən sonra:
— Söyləyin baxaq! dedi. Bu gecə nə gördünüz?
Uşaqlar, tək-tək əl qaldıraraq yuxularını izah etməyə başladılar. O həftəki yuxuların bir çoxu, üç gün əvvəl meydana gələn bir təyyarə qəzası ilə əlaqədar idi.
Ardı →

Üç əlamət

İmam Sadiq (ə)  Loğman (ə) oğluna dedi: «Oğlum! Hər şeyin üç əlaməti vardır ki, onunla tanınar və sorular.
Dinin də üç əlaməti vardır: Elm, iman və ona (elminə) əməl etmək.
İmanın da üç əlaməti vardır: ALLAHA, Onun kitablarına və mələklərinə iman bəsləmək.
Alimin 3 əlaməti vardır: ALLAHI, Onun sevdiklərini və Onun bəyənmədiklərini tanıyar.
Möminin 3 əlaməti vardır: Namaz, Oruc, Zəkat.


Ardı →

Balıqçı və tələbələr

Rəvayət edirlər ki, bir dərviş var idi, ovçuluqla məşğul olardı, xüsusilə balıq tutmaqda çox məharəti vardı.

Çevik quşu göydə oxla vurardı,
Cəld balığı göldə əllə tutardı.

Bir gün torunun çəmənlikdə qurmuş, özü isə pusquda oturmuşdu. Bu zaman üç quş enib torun ətrafında dənlənməyə başladı, elə bu dəmdə haman tərəfdən hay- küy qopdu, mübahisə səsləri eşidildi. Ovçu qorxdu quşlar səsi eşidib qaçsınlar. Pusqusan çıxıb gördü iki tələbədir, elmi mübahisə edirlər, ancaq bir- birini başa sala bilmədikləri üçün az qalırlar savaşsınlar. Ovçu onların yanına gəlib yavaşdan yalvarmağa başladı və dedi: — Ey elm kanları və fəzilətləri! Xahiş edirəm lütf edib bir az sakit olasınız, bu quşlar hürküb qaçmasınlar, mənimdə zəhmətim hədərə getməsin.
Ardı →

Kasıb ananın xəzinəsi

Qadının biri, comərd olduğu deyilən yaşlı bir müdrikə gedib:
— Bu şəhərdə məndən kasıb insan yoxdur!- deyər. Mənə bir az kömək edərsinizmi?
Müdrik adam, qadının qucağındakı körpənin bir ipəyi xatırladan yanaqlarını oxşayıb öpdükdən sonra:
— Deməli kasıbsan!..- deyə soruşar. Həm də çox kasıb… Amma qarşılıqsız kömək etmək, adətim deyil!.. Əgər kömək
Ardı →

İnsanlıq dərsi...

Vyetnamda bir Amerikan generalı «təmizlik» hərəkatı zamanı alması lazım olan bir kəndi daş daş üstündə qalmayana qədər bombalatdırır.
Xüsusi birliklər kəndi mühasirəyə alar və tək-tək evləri axtarıb «təmiz» hesabatını verib, «alındı» siyahısına bir yenisini əlavə edib elə kənddən ayrılarkən, arxalarından tək bir əl atəş edilər.
Yenə inanılmaz bir bombardman başlar. Göbələk kimi yüksələn alov topları, maşınlıların sinir pozucu səsi və arxasından qorxunc bir ölüm səssizliyi…
Ardı →

Atlı və kor

çöl istisində atıyla səyahət edən bir atlı tapmış olduğu bir ağac kölgəsində, həm atı həm də özünün istirahət etməsi üçün bir fasilə verər. Lakin atını o ağaca bağlaya biləcəyi qədər uzun bir incə kəndir tapa bilmədi. Ətrafına baxdıqda işini həll edə biləcəyi bir qalın ağac budağı tapar. O qalın budağı ağacın kölgəsinə çaxaraq atını o budağa bağlar. Ehtiyacı qədər istirahət etdikdən sonra, yola davam etmək üzrə hazırlanar. Elə atını bağladığı o budağı qumdan çıxaracaqkən birden dayanıb düşünər. Mən bu qədər məsafədən gəldim və yolumda yalnız bu ağacın kölgəsindən istifadə edərək yalnız mən deyil, atımda istirahət etdi.
Ardı →

Övlad gözü,ana ürəyi

Kiçik qız, özünü bildiyi gündən bəri anasından böyük bir qayğı görmüş və ondan eşitdiyi sözlərlə, şahzadədən daha gözəl olduğuna inanmışdı. Ona görə nur üzlü və badam gözlü idi. Bir dənəcik balası idi. Amma ibtidai məktəbə başladığında, işlər dəyişdi. Yoldaşları, onun heç də gözəl olmadığını, hətta çirkin belə sayılacağını söyləyirdilər.
Kiçik qız, ilk əvvəllər onlara inanmadı. Çünki hər kəs bir-birini qısqanırdı. Amma bir neçə il içində gerçəklərlə üzləşdi. Anasının bir körpəyə bənzətdiyi üzü, solğun bir dəriyə sahib olduğu üçün, yaşlı bir insan üzünü xatırladırdı. «Badam» dediyi gözləri isə çəp idi. Boyunun da bir sərviliklə əlaqəsi yox idi. Demək ki, anası onu aldatmış və illər boyu çəkinmədən yalan danışmışdı.
Gənc qızın ana sevgisi, qısa bir müddət içində nifrətə döndü. Evlənmə yaşına gəlmiş olmasına baxmayaraq, üzünə baxan yox idi. Üstəlik də gözləri, bütün müalicələrə baxmayaraq düzəlmirdi.
Ardı →

3 dostun bəladan qurtulması

Qədim zamanlarda üç dost düzənlikdə yol gedirdilər. Birdən yağış başladı. Dağın çatlaq hissəsinə pənah apardılar. Həmin çatlaq yer bir parça daş vasitəsilə örtüldü. Onlar bir-birlərinə dedilər: Bura elə bir yerdir ki, düzlükdən başqa bir şey insana nicat verməz. Hər birimiz gərək dua edək və sırf Allah xatirinə yerinə yetirdiyimiz ən xalis əməlimizi yada salaq, ola bilsin ki, Allah fərəc yetirsin. Biri dedi: "İlahi, sən bilirsən ki, mənim bir işçim var idi ki, onun əl muzdu bir qab düyü idi. Müəyyən səbəblər üzündən həmin düyünü götürməyib getdi. Mən o düyünü əkdim və məhsulundan bir inək sürüsü aldım. Bir müddətdən sonra həmin işçi gəlib öz muzdunu tələb etdi. Mən ona dedim: «Bu inək sürüsü sənin muzdundur. Mənim səy və təlaşım sayəsində bu yerə çatıb. Götür, get.” Həmin şəxs onu götürüb getdi. Pərvərdigara, sən bilirsən ki, mən bu işi səndən qorxduğum üçün yerinə yetirdim. Elə isə sən də bizim üçün fərəc yetir.” O zaman bir az yol açıldı.
Ardı →

Ayaqqabıçı və uşaq

Ayaqqabıçı, yeni gətirdiyi malları vitrinə yerləşdirərkən, küçədəki bir uşaq onu izləməkdə idi. Məktəblər bağlanmaq üzrə olduğundan, idman ayaqqabılarına rəğbət çox idi. Hərçənd mallar lüks sayılmazdı amma, kiçik bir dükan üçün kafi idi. Onların ən gözəlini ön tərəfə qoyunca, uşaq vitrinə doğru bir az daha yaxınlaşdı. Lakin bir qoltuqağacı istifadə etməkdə idi. Həm də çətinliklə… Adam ona bir daha nəzər saldı. Üstündəki şalvarın sağ qismi, dizinin alt qisimindən sonra boş idi. Buna görə də sağa sola uçuşurdu. Uşağın baxdığı ayaqqabılar, sanki onu özündən keçirmişdi. Bir müddət elə dayandı. Daldığı xülyadan ayılıb yola qoyulduğunda, adam dükandan çölə atılıb:
Ardı →

Körpənin günahı nə?

Gənc qadın, körpənin gözəlliyi qarşısında ovsunlanmış kimi idi. Buruq sarı saçları, iri mavi gözləri, kicik bir burun və kiçik qırmızı dodaqları, qadının indiyə qədər gördüyü ən şirin qız uşağı idi. Onun ipək yanaqlarını doya doya öpmək və Cənnət qoxusunu içinə çəkmək üçün əyildiyində:
-Toxunma mənə!.. deyə bir səs eşitdi. Məni oxşamağa haqqın yox sənin.
Qadın, qorxuyla diksinib ətrafına baxdı. Körpə ilə özündən başqa içəridə kimsə yox idi. Eyni səsi təkrar eşitdiyində körpəyə döndü. Aman -Allahım!.. Yeni doğulmuş kimi görünməsinə baxmayaraq danışan oydu. Körpə:
-Mənə yaxınlaşmağını istəmirəm, deyə davam etdi. Dərhal uzaqlaş məndən.
Ardı →