Qan damarlarını genişləndirən maddələr

Bu maddələr qan damar mərkəzinə təsir edərək və qan damarlarının spazmını aradan qaldiraraq qan təziqini aşağı salır.Bunlar eləcə də saya əzələli üzvilərin spazmını aradan qaldıraraq hipotenziv və spazmolitk təsir göstərirlər.Preparatları:

Nitroqliserin-Nitoglyserinum.Rəngsiz şəffaf yağa bənzər mayedir,suda çətin,sipirtdə asan həll olur.Stenokardiyada və beyin qan damarlarıspazmada qəndin üstünə 1-2 damcı damızdıraraq ,dilin altına qoyulur.2-3 dəqiqə sonra təsir göstərir və təsiri 30-40 dəqiqə çəkir.1%-li spirt məhlulu 5-10ml kiçik şüşə qablarda buraxılır.Dilin altına təyin edilir.

Validol-Validolum.Şəffaf, rəngsiz ,mentol iyini verən yağvari mayedir,suda həll olmur,spirtdə yaxşı həll olur.Sakitləşdirici ,ağrıkəsici ,qusmanın qarşısınıalıcı maddə kimi nevrozlarda ,stenokardiya 5-10damcı qəbul olunur.Validol şəkərə damızdırılaraq tamam sorulana qədər ağızda saxlanılır.Eləcə də tabletləri dilin altına qoyulur.

Amil-nitrit-Amylii nitris.Şəffaf sarımtıl rəngli,meyvə iyini verən uçucu mayedir.0,5 miqdarda ampulada buraxılır.Stenokardiya,beyin damarlarının spazımında bronxial astma tutmaları zamanı,sianid turşusu preparatları və kokainlə zəhərlənmədə ampulu sındırıb,pambığa hopdurub xəstəyə iylədirlər.2-3 dəq sonra hiss sinir uclarını qıcıqlandırır,damarları genişləndirir,beyin damarlarınin genəlməsinə,qanla təmin olumasına  səbəb olur.B şkafında saxlanılır.İylətmək üçün yüksək dozası 5(30) damcıdır.

Papaverin hidroxlorid- Papaverini hydrochoridum.Tiryəkin tərkibində olan alkaloidlərdəndir.Aci dadli,suda həll olan ağ kristal maddədir.Bronxial asmada,öd sancıları stenokardiya tutulmaları,hipertoniya zamanı spazma qarşı dərman kimi daxilə 0,03-0,05 dozalarda paraşok,tablet,damcı,şam şəkilində təyin olunur.2% məhlulu 2ml ampulada buraxılır,dəri altına ,əzələ içərisinə yeridilir.

Eufillin-Euphyllinum.Ağ rəngli,kristal paraşokdur,suda həll olur.Güclü spazmolitik və damar genəldici təsir göstərir,xüsusilə tac damarları və bronxları  genişləndirir,diurezi xeyli çoxaldır.Hipertoniyada, bronxal asmada,stenokadiyada işlənir.Daxilə  0,1-0,2dozada qəbul olunur,əzələyə 12%-li məhluldan 2-3ml,venaya isə 2,4%-li məhluldan 5-10ml 40%-li qlikoza məhlulunun 20ml-də yeridilir.

Dibazol-Dibazolum.İsti suda yaxşı həll olan ağ rəngli,acı paraşokdur.Hipertoniyada ,stenokardiyada ,mədə bağirsağının spazmında,0,005-0,02dozalarda daxilə qəbul olunur.Hipertoniyada krizləri zamanı 0,5-1%-li məhlulu 1-2ml dəri altına əzələ içərisinə və venaya yeridilir.

Maqnezium- sulfat-Magnesium sulfuricum.Rəngsiz ,kristal acı dadlı maddədir,suda yaxşı həll olur.Daxilə qəbul edildikdə işlətmə törədir.Orqanizimə parenteral yolla yeridildikdə mərkəzi sinir sistemini sakitləşdirir.nəticədə ağrıkəsici spazmı aradan qaldırıcı və hətta narkoztörədici təsir göstərir.Odur,ki ağrısiz doğuş əmələ gətirmək,kombinasiyalı narkoz törətmək,öd  yolarının ,sidik  yolarının və ürəyin tac damarlarının spazmı nəticəsində baş verən sancıları aradan qaldırmaq ,hipertoniyada qan təzqini aşağı salmaq üçün bundan istifadə olunur.25%-li məhluldan 5-10mləzələ içərisinə və venaya yeridilir.Son zamanlar aşağıdakı dəriman preparatları:Arifon(tablet şəkilində) Mildirant (həm tablet  həm də inyeksiya),Diraton,Qlisin daha geniş istifadə olunur.

0 şərh