İntibah dövründə və 14-19 əsrlərdə əczaçılıq

XIV-XIXəsrləri əhatə edən uzun bir dövr ərzində dərmanşünaslıq, eləcə də əczaçılıq olduqca zəngin inkişaf yolu keçmışdır. Bunun başlıca səbəbi qeyd olunan dövrdə təbiətşünaslığın, ayrı-ayrı təbiət elmlərinin (biologiya,kimya,fizika və s.) sürətlı inkişafı olmuşdur. Məlumdur ki,bu dövrlərdə təbiətşünaslıqda və bir çoix təbiət elmlərində olduqca əhəmiyyətli kəşflər edılmışdır kı, buda dərmanşünaslığın inkişafında öz müsbət təsirini göstərmişdir.
Dərmanşünaslığın inkişafında məşhur isveçrəli alim və həkim Paraselsin çox böyük xidmətləri olmuşdur. Dərmanşünaslığın inkişafının hələ ən erkən dövrlərindən başlayaraq dərman vasitələrinin müalicəvi təsirinin artırılması məsələsi dərmanşünasları daima düşündürən problemlərdən olmuş və bu sahədə müxtəlif istiqamət lər müəyyənləşdirilmişdir. Bu istiqamətlərdən biri dərman bitkilərinin dekokt (bişirmə) və infuz (dəmləmə) formasında tətbiq edilməsi olmuşdur ki, bu üsulla bitkilərin tətbiqi nəticəsində dərman daha tez və daha güclü təsir göstərirdi. Bu hadisənin ən sadə təhlili göstərdi ki, dəmləmə və yaxud bişirmə prosesi nəticəsində bitkidə olan təsiredici maddələr suya keçir, bitki xammalınən tərkibində olan və əsas təsiredici birləşmələrin təsirini zəiflədən faydasız, zərərli və hətta zəhərli birləşmələr isə çöküntüdə və bitkinin cecəsində qalır. Bu kəşflər dərman formalarının hazırlanmasının elmi prinsiplərinin və eləcə də xüsusi əczaçılıq müəssisələrinin-apteklərın təşkil edilməsinin əsasını qoymuşdur. Qeyd edildiyi kimi, bu işdə Qalenin əvəzsiz xidmətləri olmuşdur. Belə ki, Qalen dərman vasitələrinin tərkibində təmiz şəkildə olan təsiredici maddələrin olmasını söyləmiş və həmin maddələrın bitki iammalından ayırıb alınmasına cəhd cöstərənlərdən olmuşdur. Lakin Qalenin yaşadığı dövrdə onun nəzəriyyələrinin gerçəkləşdirilməsi üçün lazımı teiniki imkanlar və şə rait mövcud deyildl. Bununla belə, Qalenin ideyaları yaşayırdı, nəzərə alınırdı, onlarla maraqlanırdılar, təhlil edirdılər, müzakirə edirdilər, konkretləşdirirdilər, bu ideyaları qəbul edənlər də olurdu, qəbul etməyən və tənqid edənlər də tapılırdı.

Nəhayət, bu ideyaların həyata keçməsinə, eləcə də, bütövlükdə dərmanşünaslığın inkişafına müsbət təsir göstərən və fəal impuls verən vacıb amillərdən biri orta əsrlərin son dövrlərində kimya elmi sahəsində əldə edilmiş nailiyyətlər olmuşdur.
Elə həmin dövrlərdə dərmanşünaslıqda “yatrokimya” (həkimlik kimyası) adlanan istiqamət meydana gəlmişdir. Yatrokimyanı hazırda əczaçılıq kimyasının sələfi sayırlar. Həmin dövrlərdə qeyri-üzvi və, xüsusilə üzvi kimyanın inkişafının səviyyəsi hələ kifayyət qədər yüksək olmadığından yatrokimya sahəsində bir o qədər də ciddi nailiyyətlər qazanmaq mümkün deyildi. Həmin dövrlər üçün səciyyəvi hadisələrdən biri o olmuşdur ki, “əlkimya” (sağlamlıq daşı) adlanan yeni bir cərəyan, istiqamət inkişaf tapmışdır. Bu istiqamətin banilərindən biri məhz Parasels olmuşdur (Filipp Aureol Teofras Bombast fon Qoqengeym, 1493–1541). Paraselsin nəzəriyyələrinə görə, insan və heyvanların orqanizmi balanslaşdırılmış tərzdə böyük miqdarda kimyəvi maddələrdən ibarətdir. Bu maddələr arasında tarazlığın pozulması xəstəliyin müxtəlif simptomlarının əmələ gəlməsi ilə müşayət olunur.
Parasels bir çox dərman vasitələrinin, o cümlədən bəzi metalların, bir sıra dərman bitkilərinin təsirini öyrənmişdir. Vaxtilə dərmanşünaslıqda yer tapmış siqnaturalar” haqqında nəzəriyyə də Paraselsin dövründə yaranmış nəzəriyyələrdən olmuşdur. Bu təlimin mahiyyəti ondan ibarət olmuşdur ki, burada müalıcə üçün nəzərdə tutulan bitkilər onların xarıci əlamətlərinə, nişanələrinə görə təyin edilirdi
(latınca “signaturae” təbiət nişanələri). Məsələn, bu təlimin nümayəndələri sarılıq xəstəliyində çiçəkləri sarı rəngdə olan bitkilərdən istifadə etməyi təklif edirdilər. Belə ki, bu baxımdan da onlar sarılıq xəstəliyində sarı rəngli çiçəyi olan solmazçiçəyi otunu tətbiq edirdilər. Başqa bir misal, siqnaturistlər tikanlı bitkilərdən (məsələn, qanqaldan) mədə sancılarında, eləcə də “cin-şəyatın” qüvvələrini orqanizmdən qovmaq məqsədilə istifadə etməyi məsləhət görürdülər və s.
Jen-şen və mandraqora bitkilərinin kökləri xarici görünüşünə görə insana oxşadığından bu bitkilər siqnaturistlər tərəfindən bütün dərdlərin əlacı kimi qəbul olunurdu.

Siqnaturistlərin dərman vasitələrinin təsirinə dair söylədikləri bəzi yanlış fikirlərə və sufi təsəvvürlərə baimayaraq, onların dərmanşünaslığın, o cümlədən müasir əczaçılığın əsas tərkib hissələri olan əczaçılıq kimyasının və farmakoqnoziyanın inkişafında xidmətləri az olmamışdır. Siqnaturistlərin bitkilər haqqında topladıqları məlumatlar, xüsusilə bitkilərin morfologiyasına dair əldə etdikləri məlumatlar sonralar birkilərin sistematikasının yaradılması, inkişafı və təkmilləşdirilməsi, eləcə də farmakoqnoziyanın diaqnostiki bölmələri üçün kifayət qədər önəmli olmuşdur.
XIV əsrin sonlarında pərən-pərən düşmüş rus knyazlıqlarını özündə birləşdirmiş Moskva Rusiyası dövləti yaranır və tədricən inkişaf etməyə başlayır. Bu dövlətdə digər sahələrlə yanaşı tibb sahəsində də inkişaf başlayır, müxtəlif tibbi peşələr fəaliyyət göstərir: doxturlar, loğmanlar, təbiblər, dişçəkənlər, sınıqçılar, mamaçalar və s.
Rus şəhərlərinin çoxunda dərman bitkilərinin satışı ilə məşğul olan kiçik dükan-lar aptek tipli müəssisələrə çevrilirdi ki,bu dükanların sahibləri müxtəlif dərman formalarının (məlhəmlər,tozlar, çövhərlər,məhlullar və s.) hazırlanması ilə məşğul olur -dularlar.
1581-ci ildə Rusiyada Moskva Kremlində İngiltərədən dəvət olunmuş əczaçı tərəfindən ilk aptek açılmışdır. Bu aptek yalnız çar ailəsinə xidmət edirdi. Bu hadisədən 100 il keçdikdən sonra Moskvada ikinci aptek yaradılmışdır ki, artıq həmin aptek əhalinin bütün təbəqələrinə xidmət edirdi.

Orta əsrlər dövründə uzum müddət davam edən durğunluqdan sonra bütün sahələrdə olduğu kimi, Avropada dərmanşünaslıq sahəsində də intibah dövründən başlayaraq canlanma, fəallaşma müşahidə olunmağa başlayır. 1498 –ci ildə İtaliyada ilk dəfə olaraq dövlət səviyyəsində farmakopeya, yəni Dövlət Farmakopeyası nəşr edilir. “Ritsettario Fiorentino” adlanan bu farmakopeya artıq dərmanların hazırlanması, sınaqdan keçirilməsi, saxlanması, tətbiq qaydaları və sair vacib məsələlər üzrə rəsmi, qanunvericilik əhəmiyyətli əczaçılıq rəhbərliyi kimi istifadə edılməyə başlayır.
Nisbətən sonralar digər ölkələrdə də rəsmi dövlət farmakopeyaların meydana gəlməsi prosesi başlayır. “Farmakopeya” termini nisbətən sonralar yaranmışdır. Belə ki, dərmanların keyfiyyətini tənzimləyən bu rəsmi sənədlər əvvəlcə “dispensatorium” və ya “antidotarium” (zəhərəleyhi vasitələr üzrə rəhbərlik) adlandırılırdı.
“Farmakopeya” termini ilk dəfə Fransanın Lion şəhərində nəşr olunmuş “Pharmacopoea Cugdunensis” əsərində işlənilmişdir. 1698 –ci ildə Almaniyada ilk Dövlət farmakopeyası nəşr olunmuşdur (“Brandenburq dispensatoriumu”).
Bitkilərin tərkibində toplanan “təsiredıcı başlanğıclar” barədə Paraselsin təsəv-vürləri XVII-XVIII əsrlərdə dərman bitkilərinin kimyəvi tərkibinin daha dərindən öyrənilməsi istiqamətində tədqiqatların aparılmasına təkan verdi və bununla da əczaçılıqda yeni bir istiqamət də müəyyənləşdirildi – “ fitokimya”.
Dərman bitkilərindən təsiredici farmakoloji fəal maddələrin alınması üzrə aparılmış ilk tədqiqatların əksəriyyəti məhz əczaçıtədqiqatçılar tərəfindən həyata keçirilmışdir. Bunlardan Vokeleni, Furkruanı, Şeelenı, Seqeni, Bomeni və digər alimləri göstərmək olar. Tiryəkin tərkibindən morfin alkaloidinin ayrılması və alınması üzrə birincilik fransız əczaçısı Sertürnerə məxsus olmuşdur.
Bu dövrlərdə dərmanşünaslığın inkişafına təkan verən amillərdən biri də yeni fiziolojı,farmakoloji,kimyəvi və biokimyəvi üsulların meydana gəlməsi idi.Bu baxımdan məhşur fizioloqlar, kimyagərlər və farmakoloqların tədqiqatlarının dərmanşünaslığın inkişafına müsbət təsirini qeyd etmək lazımdır (Mayandi, Klod Bernar, Zinin, Kravkov, Piroqov və başqaları). Bu alimlərın eksperimental tədqiqatları nəticəsində bir cox dərman vasitələrinin müxtəlif xassələri haqqında dəyərli məlumatlar əldə etmək imkanı yaranmışdır ki, bunlardan dərmanşünaslıqda istifadə edilirdi. Burada A.P.Nelyubinin (1785 – 1844) “Farmakoqrafiya və yaxud yeni dərmanların hazır lanması və tətbiqinin kimyəvihəkimlik göstərişləri” üç ciliddən ibarət əsərini xüsusi qeyd etmək lazımdır.
Dərmanşünaslıq sahəsinə Rusiyada XVI əsrdən başlayaraq ciddi nəzarət olunmağa başlanılmışdır. Təiminən XVI əsrin sonunda Rusiyada “Aptek əmri” adlı xüsusi dövlət müəssisəsi yaradılmışdır ki, bu qurum dərmanların hazırlanması,əczaçılıq üzrə mütəiəssislərin yetişdirilməsi məsələlərinə də nəzarət edirdi. Artıq XVII əsrin birinci yarısında “Aptek əmrinin” rəhbərliyi ilə Rusiyada dərman bitkilərinin yetışdirilməsi və onlardan dərmanların alınması məqsədilə xüsusi “aptek bostanı” yaradılır. XVII əsrin sonunda bu cür “Aptek bostanlarının” sayı dördə çatdırılmışdır. Bu dövrlərdə “Aptek əmri” tərəfindən Rusiyada xüsusi tibb məktəbləri yaradılır ki, bu məktəblərdə başqa tibb ixtisasları ilə yanaşı şagirdlər əczaçılıq ixtisasını da öyrənirdilər.

Böyük rus hökmdarı Birincı Pyotr tibb sahəsinə və dərmanşünaslıq məsələlərinə ciddi fikir verirdi. Onun sərəncamı ilə kiçik dərman ticarəti dükanları apteklərlə əvəz olunurdu, yeni apteklər yradılırdı, şəxsi apteklərlə yanaşı dövlət aptekləri də təşkil edilirdi. Birinci Pyotrun dövründə Rusiyada ilk farmakopeya nəşr olunur, onun tapşırığı ilə əczaçılığa aid kitablar (“Ev apteki” və “Araba apteki”)
buraxılır. “Ev apteki” kitabı adi, sıravi vətəndaşlara xidmət edirdisə, “Araba apteki” rus ordusunun tibb xidmətı üçün nəzərdə tutulmuşdur.
1789 –cu ildə Rusiyada ilk dəfə olaraq Aptek Nizamnaməsi sənədi təsdiq edilir. Bu sənəd əsasında dərmanların hazırlanma, saxlanma və buraxılması qaydaları və bunlara qoyulan tələblər müəyyənləşdirilirdi. Həmin illərdə iri dövlət və özəl apteklərin nəzdində xüsusi əczaçılıq laboratoriyaları yaradılır ki, bu apteklərdə dərman la rın hazırlanması ilə yanaşı kimyəvi tədqiqatlar, duzların kənar zərərli qarışıqlardan təmizlənməsi, turşuların alınması və digər işlər aparılırdı.
XVIII-XIX əsrlərdə Rusiyada əczaçılıqın inkişafı rus aiımlərinin elmi nailiyyətlərinin təsiri ilə davam edir. Bu baxımdan, əczaçılıq elminin və peşəsinin inkişafına dahi rus alimi Mixail Lomonosovun kimya və təbiətşünaslıq elmləri sahəsində etdiyi kəşflərin bilavasitə güclü təsiri olmuşdur.Təbiətşünaslıq sahəsi üzrə elmi tədqiqatlar aparan Lomonosovun tələbələri və davamcıları dərman bitkilərinə dair onların öyrənilməsi istiqamətində dəyərli tədqiqatları ilə fərqlənmişlər.
Elmi əczaçılığın inkişafı ücün rus alimi N.N.Maksimoviç -Ambodikin müalicəvi
əhəmiyyətli bitkilərin öyrənilməsinə həsr olunmuş əsərlərinin böyük təsiri olmuşdur.
1732-1774-cü illər dövründə Rusiya Elmlər Akademiyası tərəfindən dərman bitkilərinin resuralarının aşkar edilməsi və öyrənilməsi üzrə təşkil edilmiş və bu ekspedidisiyalarda görkəmli tədqiqatci alimlərdən İ.Q.Qmelin,S.P.Kraşeninnikov, R.S.Pallas, İ.İ.Lepexin və digər alimlər iştirak etmiş və ekspedisiyaların yekunları və nəticələri haqqında coi dəyərli və maraqlı əsərlər yazmışlar. Dərman bitkilərinin və bitki dərman resuralarının öyrənılməsində M.İ.Lomonosovun tələbəsi akademik İ.İ.Lepexinin xüsusilə böyük xidmətləri olmuşdur.Belə ki, İ.İ. Lepexin Rusiyada müxtəlif vilayətlərinin flirasını öyrənmək məqsədilə 6 elmi ekspedisiyaların iştirakçısı olmuş və müalicəvi əhəmiyyətə malik çoi sayda dərman bitkiləri və onların təbii ehtiyyatları haqqında zəngin və maraqlı məlumatlar toplamışlar.
Elmi və praktiki əczaçılığln inkişafı istiqamətində xidmətləri olmuş akademik V.M
Severqin (1765-1826) Rusiyada əczaşılıq analizinin təməlini qoymuşdur.Məşhur kimyaçı-əczaçı alim A.A.İovski isə dərman maddələrinin tərkibinə daxil olan farmakoloji fəal maddələrin fiziki-kimyəvi xassələrini nəzərə almaqla,apteklərdə dərmanların hazırlanma teinologiyasının prinsiplərini elmi cəhətdən əsaslandırmışdır.
III əsrdə Rusiyada əczaşılığın inkişafında professor Y.K. Trappın (1844-1908), V.A.Tixomirovun (1845 -1915), M.V.Nenskinin (18471901), Q.Q. Dragendorfun (1836 – 1898) və digər əczaçı alimlərin böyük xidmətləri və nailiyyətləri olmuşdur.
Müəllif: Azərbaycan Dövlət Aqrar Universiteti, Əczaçılıq və morfologiya kafedrasının dosenti Akif Əliyev
Ə D Ə B İ Y Y A T
1. İsmayılov Ə., Təhməzov F., Tağıyev S. – Dərman formalarının texnologiyası. Bakı, 1989.
2. Hüseynov D. Ümumi və xüsusi reseptura. Bakı, 1986.
3. Əliyev H. Əczaçılıq kimyası. Bakı, 1989.
4. Dəmirov İ., Manafov Ə. Farmakoqnoziya. Bakı, 1984.
5. Дамиров И., Прилипко Л. – Лекарственные растения Азербайджана. Баку, 1988.
6. Сорокина Т. История медицины. Москва, 1992.
 

0 şərh