Reseptura

Dərmanşünaslıq elminin mühüm sahələrindən və vacib tərkib hissələrindən biri də reseptura fənnidir. Hələ ən qədim zamanlardan müalicə üçün təyin olunmuş dərmanın adını, miqdarını, tətbiq üsulunu və və qaydalarını və digər məlumatları göstərmək zərurəti yaranmışdır ki, bunu da həmin dövrlərdə müəyyən yazı işarələri vasitəsilə göstərməyə çalışmışlar. Tədricən bu sahə inkişaf etmiş və, beləliklə də, hazırda reseptura adlandırdığımız mühüm bir dərmanşünaslıq fənninin təməli qoyulmuşdur.
Tarixi məlumatlardan məlum olur ki, reseptura həqiqətən də ən qədim elmlərdəndir. Belə ki, bizim eramızdan hələ 2000-3000 il əvvəl artıq qədim misirlilərin, primitiv şəkildə olsa da, öz resepturası mövcud imiş. O zamanlar reseptləri xüsusi işarələrlə yazırmışlar.Bu işarələr yalnız həkimə və əczaçıya məlum imiş. Belə işarələrdən bəzilərinin maraqlı mənası olmaqla, bunlar dərmanşünaslıqda qəbul olunmuşdur. Məsələn, su, duz, turşu ,mis, spirt, gümüş, sabun, qızıl xüsusi işarələrlə, eləcə də başqa maddələr və dərman vasitələri digər müəyyən işarələrlə göstərilərmiş. Zaman keçdikcə, xalqların öz əlifbaları yaranıb inkişaf etdikcə, dərmanşünaslıq sahəsi inkişaf tapdıqca reseptura da, tədricən, təkmilləşdirilirdi və bir elm kimi özünə yer tapırdı. Bu sahədə ərəblərin xidmətləri daha çox olmuşdur, onlardan isə reseptura elmini qədim yunanlar və qədim romalılar qəbul etmişlər. Məsələn, Hippokratın dövründə qədim yunanların reseptura barədə xeyli məlumatları var imiş. Qədim Şərq ölkələrində də reseptura elmi kifayət qədər inkişaf etmişdir. Məlumdur ki, ilk rəsmi aptek də məhz ərəblər tərəfindən 754-cü ildə Bağdad şəhərində açılmışdır.
İranda fars həkimi Əbu Mənzur Müvəffəka müxtəlif dərman maddələrinin yazılması qaydalarını göstərən “ Liber funda-mentorum pharmakologiae” adlı sanballı dərmanşünaslıq kitabı tərtib etmişdir.
Qədim yunanlar öz resepturalarını “ Pharmakotagraphologia”, qədim romalılar isə “ Ars formulas” adlandırırdılar.
Orta əsrlərdən başlayaraq reseptura elmi sürətdə inkişaf edir, bu sahədə uzun dövrlər ərzində toplanmış məlumatlar ümumiləşdirilirdi və sistemləşdirilirdi,resept-lərin müəyyən qaydada tərtib edilməsi üsulları işlənib hazırlanırdı.
Reseptlərin xüsusi prinsip üzrə və səliqəli, dəqiq şəkildə yazılması qaydası ilk dəfə XV əsrdə Almaniyada tətbiq edilmişdir. O zamanlar reseptləri “J. D.”ju-vante Deo (latın sözlərindən “ juvare”kömək etmək və “ Deus”allah mənasında) və yaxud “ C.D.”“ Cum Deo” (latınca “cum”ilə, birlikdə deməkdir) hərfi işarələrlə yazmağa başlayırmışlar. Daha sonra zaman keçdikcə həmin hərflər # işarəsi ilə əvəz olundu və indiyə qədər də həmin işarə resepturada qalmaqdadır.Lakin hazır-a işarəsinin mənası dəyişməklə, bir resept blankında yazılmış iki resepti bir-birindən ayırmaq məqsədi daşıyır.
Zaman-zaman dərmanşünaslıq inkişaf etdikcə onunla bərabər reseptura da sürətlə inkişaf edərək müasir səviyyəsinə gəlib çatmışdır.
Əvvəlki mövzularımızda qeyd olunduğu kimi,orta əsrlərdə (XXII əsrlər) Azərbaycanda da dərmanşünaslıq və əczaçılıq yaxşı inkişaf etməklə, burada da reseptura sahəsi kifayət qədər formalaşmışdır, əczaçıxanalarda fəaliyyət göstərən mütəxəssislər “ nüsxəbəndlər” (nüsxəresept, məktub) reseptlər üzrə dərmanları buraxmaq və həkimin reseptləri üzrə dərmanların hazırlanması ilə də məşqul olurdular.
Müasir reseptura qarşısında duran vəzifələrə müvafiq olaraq və bir sıra xüsusiyyətlərinə görə iki hissəyə bölünür:
1) həkimlik resepturası-Ars formulas medicas praescribendi;
2) əczaçılıq resepturası-Ars formulas praeparandi.
Həkimlik resepturası, başlıca olaraq, dərmanların resept şəklində yazılması qaydalarını öyrədir.Əczaçılıq resepturası isə dərmanların texnologiyasından və onların hazırlanması üsullarından bəhs edir.
Tibb və baytar mütəxəssisləri həkimlik resepturası ilə yanaşı əczaçılıq resepturası barədə də lazımi təsəvvürə malik olmalı və bəzi dərman formalarının hazırlanma üsullarını və qaydalarını bilməlidirlər.
Dərmanşünaslığın digər sahələrində olduğu kimi, reseptura da öz fəaliyyətində Dövlət Farmakopeyasının göstərişlərinə əsaslanır və onları rəhbər tutur.
“ Reseptura” terminin təhlili göstərir ki, onun əsasını təşkil edən “ resept” sö-züdür. Bu söz “ recipere” – götürmək, qəbul etmək latın felindən götürülməklə, latınca “ Receptum” seu “ Formula medica” adlanır.Umumiyyətlə isə,reseptin mənası aşağıdakı kimi başa düşülür: “ Xəstə heyvan üçün dərmanın hazırlanması və buraxılması haqqında həkimin yazılı surətdə aptekə müraciətinə resept deyilir”.
Resept hüquqi sənəd sayılır və ona görə də resepti yazan həkim və eləcədə onun əsasında dərman hazırlayan əczaçı bu işdə olduqca məsuliyyətli olmalıdırlar. Çünki hər hansı biri tərəfindən buraxılmış səhv çox acı və ağır hadisə ilə nəticələnə bilər.Bu baxımdan reseptdə iştirak edən dərman maddələrinin tərkibinə, onların do-zalarına ciddi fikir verməlidirlər.
Reseptlər tərkibində iştirak edən maddələrin sayına görə sadə və mürəkkəb resepttlərə bölünür. Belə ki, reseptin tərkibində yalnız bir dərman maddəsi iştirak
edirsə belə resept “ sadə resept “ adlanır (receptum simplex, seu formula remediorum simplex). Tərkibində iki və daha çox dərman maddəsi iştirak edərsə belə reseptə mürəkkəb resept deyilir (receptum composita seu formula remediorum composita).
Bundan əlavə, reseptləri xarakterizə edərkən “ magistral “ və “ offisinal “ resept növləri də ayırd edilir. Magistral resept – reseptum magistrale (latınca “ magister “ rəhbər, müəllim, ustad deməkdir) apteklərə daxil olduqda, həkimin resept
yazılışı üzrə dərman formaları hazırlanır və aptekdən buraxılır. Bəzən bunlara ekstemporal reseptlər də deyilir.
Ofisinal reseptlər – reseptum officinale (latınca “ officina “ – fabrik, zavod,
aptek deməkdir) aptekə daxil olduqda xəstəyə yalnız aptekdə hazır şəkildə olan
dərman preparatları buraxılır (məsələn, sulfadimezin tableti, prednizalon məlhəmi,
gənəgərçək yağı, yod tinkturası, Vişnevski linimenti, Vilkinson məlhəmi və s.).
Resept xüsusi qaydalar üzrə latın dilində tərtib edilməlidir. Reseptin tərkibinə daxil edilən dərman maddələrinin adları və dozaları açıq və aydın şəkildə yazılmaqla
şübhə doğurmamalıdır.
Quruluş baxımından baytarlıqda resepti altı tərkib hissəyə bölürlər ki, hər bir
hissənin öz əhəmiyyəti və tərtib olunma qaydaları vardır. Ümumiyyətlə isə, reseptin tərkib hissələri aşağıdakılardır:
I hissə İnscriptio başlıq yaxud sərlövhə mənasını bildirir. Bu hissədə resept tərtib edilən müəssisənin, idarənin haqqında olan məlumatlar (ünvanı, adı, tabeçiliyi və s.), resept nəzərdə tutulmuş, yəni təyin edilmişxəstə haqqında məlumatlar (heyvanın növü, yaşı, cinsi, kimə və ya hara məxsus olması və s.) ,reseptin tərtib olunduğu tarix və resepti tərtib edən həkimin soyadı, adı qeyd edilir.
II hissə Praepositio seu invocatio adlanır. Reseptin bu hissəsi müraciət, sərəncam mənası daşımaqla, “Rp.” recipe yaxud recipite (götür yaxud götürün) işarəsi ilə qeyd edilir.
III hissə Designatio materiarum – maddələrin siyahısı və ya maddi hissə. Bu hissə reseptin ən vacib və məsuliyyətli hissəsi olmaqla, burada reseptin tərkibi-nə daxil edilən dərman maddələrinin siyahısı verilir. Burada hər bir maddə yeni sətirdən, böyük hərflə latınca isimin yiyəlik halında yazılır və sonra onun miqdarı göstərilir. Mürəkkəb reseptdə iki və daha çox maddələr dərmanın tərkibində iştirak etdiyindən burada dərman maddələrinin adları xüsusi ardıcıllıqla yazılmalıdır. Bu ardıcıllıq isə hər bir maddənin özünün əhəmiyyətindən irəli gəlir. Belə ki, maddələ -rin siyahısında birinci olaraq əsas, başlıca təsir göstərəcək maddənin adı yazılır. (bu maddəyə “ remedium basis” əsas maddə deyilir). Bundan sonra ardıcıllıq baxımından maddi hissədə köməkçi maddə (“ remedium adjuvans“) yazılır. Bu maddənin rolu əsas maddənin təsirini gücləndirməkdən ibarətdir. Ona görə də adətən bu maddə əsas maddə ilə eyni itiqamətdə təsir edən maddə olur.daha sonra tam verici və yaxud dad yaxşılaşdırıcı maddə (“ remedium corrigens “), və nəhayət, sonuncu olaraq formaverici maddə (“ remedium constituens “) yazılır.
IV. Subscriptio dərman maddələrinin siyahısının altında yazılan göstərişlər
(burada hansı dərman formasının hazırlanacağı, dərmanın hazırlanma üsulu və aptekdən buraxılması barədə qeydlər yazılır) verilir.
V. S i g n a t u r a dərmanın tətbiq edilmə üsulları haqqında göstərişlər verilir. Bu hissə yerli milli dildə tərtib edilir.
VI. Nomen medici həkimin imzası

Müəllif: Azərbaycan Dövlət Aqrar Universiteti, Əczaçılıq və morfologiya kafedrasının dosenti Akif Əliyev

 

0 şərh