Ədəbiyyatın ən qısa şah əsərləri

Bəzi yazıçılar bir neçə sözlə böyük bir mənanı təsvir etməyi bacarırlar.

1. Bir dəfə Heminquey cəmi 6 sözdən ibarət istənilən oxucunu təsirləndirəcək bir hekayə yazaca biləcəyinə dair mərc gəlir və o, bu iddiada qalib gəlir:
«Uşaq çəkmələri satılır. Geyilməmiş».

2. Frederik Braun heç vaxt yazılmamış ən kiçik qorxulu hekayəni yazır:
«Yer kürrəsinin ən sonuncu insanı otaqda oturmuşdu. Qapını döydülər...»

3. O. Henri ənənəvi hekayəni təşkil edən — Giriş, kulminasiya, nəticəni ehtiva edən ən kiçik hekayənin yazılması müsabiqəsinin qalibi olmuşdur. 
«Sürücü papiros çəkməyə başladı və benzin çoxmu qalıb deyə, benzin bakının altına baxmaq üçün əyildi. Ölənin (mərhumun) iyirmi üç yaşı var idi».

4. İngilislər də ən kiçik hekayə üçün müsabiqə təşkil etdilər. Lakin müsabiqənin şərtlərinə görə hekayədə kraliça, Allah, seks, sirr kəlmələri iştirak etməliydi. Birinci yeri bu hekayənin sahibinə verdilər:
«Aman, Allah, — kraliça ucadan dedi, — mən hamiləyəm və kimdən olduğunu bilmirəm!»

5. Ən qısa avtobioqrafiya üzrə bir yaşlı fransız qadın qalib oldu.
"Əvvəllər mənim hamar dərim və qırışmış ətəyim (yubkam) var idi, indi isə — tərsinədir". 

Tərcümə və tərtib: Fərid Abdullah.
loading...
 

18 şərh

şərh silinmişdir
şərh silinmişdir
şərh silinmişdir
şərh silinmişdir
şərh silinmişdir
şərh silinmişdir
Ferbara
Bu tip hekayələr bizim mikrobloqda boldu. :)
pascal
Düz deyirsiz Ferbara, istifadəçilər topik yerləşdirərkən bir az diqqətli olsalar, daha gözəl nəşrlər görə bilərik burda. Amma, bu topik, yeni gələn istifadəçi üçün də pis başlanğıc deyil. Gələcəkdə daha yaxşı yazılarını görmək istyilə — yazara kayzendə uğurlar arzulayıram. :)
Gülnar
Maraqlıdı..Xüsusilə, avtobioqrafiya gülməli alınıb)
Ferbara
Ətəyi niyə qırışmışdı, tam anlamadım. Çox hərəkətli olmaqdan? :)
Gülnar
Çox məna çıxarmaq olar. Ola bilsin çox hərəkətdə olmaqdan, çox istifadə edilməkdən:) Ya da ola bilsin qadın cavanlıqda qırışıq parçadan yubka (jatıe yubki) geyinməyi xoşlayırmış. Hər bir halda əsas məsələ avtobioqrafiya yazmaq imiş və alınıb)
Ferbara
Olar, Gülnar. Bu cavanlardan nə desən çıxar. :)) Zarafat.
Gülnar
Həm də nəzərə alaq ki, qadın fransızdı :)
Ferbara
:) Artıq biz bioqrafiyasını (qeybətini) yazdıq.
SHATENKA407
nə maraqlıdır…
WinRar

Azərbaycanda ən məşhur və ən qısa olan qorxulu hekayə:

 

Bir adama yol ilə gedirdi. Birdən o nəfəs almağı unutdu və öldü. :)

2ral
Azərbaycan dilində ən qısa qorxulu-fantastik hekayə:
Bir gün rüşvət yığışdırıldı...
kurdamir
Ernest Heminqueyin yazdığı bu qısa hekayədə təsirlidir; O,arvadının qatilinə butulka ilə süd verirdi...