"Qız məktəbində" - "Hüseyn Cavid"

-Quzum, yavrum! Adın nədir?
-Gülbahar.
-Peki,sənin anan, baban varmı?
-Var.
-Nasıl,zənginmidir baban?
-Evet, zəngin, bəyzadə...
-Öyle ise, geydiyin geyim
neyçin böyle sade?
Yoxmu sənin incilərin, altun bilərziklerin?
Söyle, yavrum! Heç sıxılma...
-Var, efendim, var...
Lakin
Müellimem hər gün söylər,
onların yox qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
-Çox doğru söz...
Bu dünyada senin
ən çox sevdiyin kimdir, quzum,
söylərmisən?
-Ən çox sevdiyim ilkin
O ALLAH ki, yeri-göyü,
insanları xəlq eylər.
-Sonra kimlər?
-Sonra ONUN gönderdiyi elçilər.
-Başqa sevdiklərin nasıl,yoxmu?
-Var...
-Kimdir onlar?
-Anam, babam, müellimem
bir de bütün insanlar...
 

6 şərh

Shabnam_Ilham
Hüseyn Cavid yaradıcılığında məsumluğun təsviri verilmiş ən gözəl şeir. Amma bir şeyi də nəzərə alın ki, bu şeir kayzendə artıq yayımlanıb. 
kayzen.az/blog/poeziya/14093/qız-məktəbində--hüseyn-cavid.html
 
kurdamir
Bəli Var : http://kayzen.az/blog/poeziya/14093/q%C4%B1z-m%C9%99kt%C9%99bind%C9%99--h%C3%BCseyn-cavid.html
fatos2001
Yenə də maraqlı şeirdir
pascal
Təkrardırsa, silinməlidir. Cütə qoşmuruq ki.
kurdamir
Məndə silmişəm təkrar məqaləmi
kurdamir
Amma bu yazı daha səliqəlidir O birinə nisbətən