Cek London-Martin İden

Görkəmli amerika yazıçısı Cek london (Con Qriffit Çeyni) 12 yanvar 1876-cı ildə San-Fransisko şəhərində adandan olmuşdur.
Ədəbiyyatla cididi olaraq 23 yaşından sonra məşğul olmağa başlamışdır.Martin İden romanını isə 1909-cu ildə yazmışdır.

Kasıb təbəqənin nümayəndəsi olan 21 yaşlı Martin İden işçi,matros olur.O bir gün Artura sataşan avaralarla dalaşıb,onları yaxşıca əzişdirir.Bunun müqabilində Artur ona təşəkkür etmək üçün,evlərinə nahara çağırır.Artur Martinin yaşında olan yüksək təbəqənin,burjua ailəsinin bir üzvüdü.
Martin onlara qonaq gələrkən yüksək təbəqənin adamlarına,onların savadlarına heyran qalır.Elə burada da Arturun bacısı Rufu görür və onu sevməyə başlayır.
Ruf yarıtəhsilli Martinə ingilis dilində gözəl danışmağı öyrədir,onda ədəbiyyata maraq oyadır.Martin öyrənir ki,jurnallar yazıçılara onların göstərdiyi əmək müqabilində yaxşı qonorar verirlər.Ona görə də qəti qərara gəlir ki,yazışı olsun və öz sevgilisinə layiq olan təbəqənin adamı olsun.


Martin çox əzablı günlər keçirir.Yemək üçün cibində pulu belə olmur,Martin çamaşırxanada işləyir.Lakin burada işi çox çətin olur.Və bu müddət ərzində heç bir kitab oxumağa belə onun vaxtı qalmır.Bir neçə aylıq sürən çətin iş əzabından sonra Martin bu işdən çıxır.Lakin onun çox sağlam olan bədəni bütün bunlara tab gətirir.
Martin özü üçün iş planı qurur,çoxlu kitablar oxuyur.Öz həyat təcrübəsinə əsaslanaraq,o şerlər yazmağa başlayır.Onları dərhal bütün jurnallara çap etmək üçün yollayır.Lakin heç biri bu şerləri çap etmək istəmirlər.
Martinin Rufla olan münasibətləri isə davam edir.Rufun ailəsi ilk öncə bu görüşə qarşı çıxmırlar.Çünki Ruf 24 yaşına çatmasına baxmayaraq hələ ərdə olmur.Onların isə bir birinə qarşı olan xoş münasibətləri sonradan güclü məhəbbətə çevrilir.

Martin isə ədəbiyyatla daha dərindən maraqlanmağa başlayır.Əsərləri,oçerkləri isə heç bir jurnal tərəfindən qəbul olunub çap edilmir.Ruf isə həmişə Martinə bu sənətdən əl çəkib,başqa bir işə girməyi məsləhət görür.Martin isə yalnız bütün varlığı ilə ədəbiyyata bağlı olur.Və ümid edir ki,nə vaxtsa o yazdıqlarından yaxşı pul qazanacaqdır.

Bir gün Martin yazıçı və filisof Brissenden ilə tanış olur.O Martinin əsərlərini çox böyük qiymətləndirir.Lakin ona bu işin daşını atmağı məsləhət görür.
Brissenden onu siyasi bir mitinqə aparır.Martin burda sosialistlərə qarşı nitqlər söyləyir.Savadsız bir jurnalist isə səhərsi gün Martin İden haqqında belə bir yazı qoyur ki,guya o əsl sosialistdi.Martin bundan qəzəblənərək jurnalisti cəzalandırır.Bundan istifadə edən jurnalist qəzetlərdə «Martin İden sosialistlərin başçısı,anarxistdi» başlığı altında yazılar yazır.Bunu görən Rufun valideynləri onların nişanını pozmaq qərarına gəlirlər.

Nəhayət bir gün Martinin «Günəşin ləkəsi» adlı yazısını bir nəşriyyat çap etdirmək qərarına gəlir.Və ona əvvəlcədən böyük miqdarda avans verirlər.O bütün dünyada öz yazıları ilə məşhurlaşmağa başlayır.Bundan sonra bu iki il ərzində onun şerlərinin,məqalələrini,hekayə və oçerklərini çap etmək istəməyən jurnallar ona böyük miqdarda pul təklif edərək,yazılarını çap etmək istəyirlər.
Martin tanınandan sonra ondan üz döndərən bütün yaxınları ona yenidən yaxın olmaga başlayırlar.Onu tez-tez naharlara dəvət edirlər.Martin isə bundan çox narahat olur və təəccüblənir:
«Niyə məhz indi,niyə məhz indi mən onların yadına düşdüm,ac qaldığım vaxtlarda heç kim məni nahara dəvət etməyirdi.İndi isə  bu qədər dövlətim olandan sonramı hamı məni yada salır?Axı mən əvvəlki Martin İdenəm,əvvəlki adamam.
Axı nəyə görə iki il ərzində yazılarımı,povestlərimi çap etdirmək istəməyən jurnallar indi mənə bunun müqabilində yüksək məbləğdə qonorar verirlər.Axı bunlar elə həmin rədd olunmuş əsərlərdi?»

Nəhayət bir gün Ruf tanınmış və dövlətli Martinin yanına gəlir,ona öz ürəyini açır və ona ərə getmək istədiyini bildirir.Lakin Martinin ürəyində olan bu sevgi çoxdan ölmüş olur.

Martinin həmçinin ürəyində ədəbiyyata qarşı olan marağı da ölür.Vaxt keçdikcə o həyatda heç bir məna görmür.O Sakit Okeana səfərə getməyə hazırlaşır.Özü ilə tək qalmaq istəyir.Heç bir insanla təmasda olmaq istəmir.
Nəhayət bir gün özünü kayutasından dənizə atır və intihar edir.

Roman olduqca maraqlı bir romandı.Qısadılmış şəkildə onu oxumağın heç bir marağı yoxdu.Romanın içində burda yaza bilmədiyim o qədər maraqlı və acınacaqlı hadisələr varki..Həqiqətən də oxumağa dəyən bir əsərdi.

9 şərh

Freddie
Martin Ideni oxuyandan sonra özümü öldürmək istəyirdim. Həyat gözümdən bir anlıq düşmüşdü. Düzdü, əsər insana mübariz əhval ruhiyyəsi aşılayır, amma sonda Martinin intihar etməsi mənə çox pis təsir etmişdi. Burjuaziyanın çirkinlikləri qabarıq şəkildə bu romanda öz əksini tapmışdı. Cek Londonun «Həyat eşqi» hekayəsinin də özünəməxsus yeri var.
sabit_b

birincisi profilini görə bilmədiyimdən sənə necə müraciət edəcəyimi bilmədiyimə görə üzürlü hesab et


ikincisi intihar zəiflik əlamətidir və bütün haqq dinlərdə birbaşa «cəhənnəm bileti» «bron» edir


Həyat eşqinə qaldıqda isə doğurdan superdir «mən sənin hətta ətini də yeməyəcəm»


gərək martin ideni tapım oxuyum oxumadığım demək olar ki yeganə əsərlərindən biridir.

Freddie
İstər-istəməz əsəri oxuduqdan sonra belə hislər yaranır insanda… cənab deyə müraciət edə bilərsiz:))
sabit_b
oldu cənab Freddie
Vogue
Olduqca gözəl yazılmış əsərdir.Ümumiyyətlə Cek Londonun əksər əsərlərində cəmiyyətlə ,çətinliklərlə mübarizə gözəl təsvir olunur.Bu əsərdə də insan iradəsinin nəyə qadir olduğu göstərilir.Amma axırı yaxşı qurtarmır.Əvvəldə qeyd olunan mübarizlik cəsarət iradə kimi xüsusiyyətlər sonda zəif insanlara xas olan intiharla qurtarır…
aykam30
Cek londonun çox sevdiyim əsərlərindən biridir.Məndə onu oxuyandan sonra birtəhər olmuşdum.
RaqfoR
Bu əsər həyatdan yüksək intihar necə olur,onu göstərir.İntiharı zəiflik adlandıranlar məhz Martinin simasında əsl qüdrət olan bir intiharı görürlər,əlbəttə,əgər dərk edə bilsələr…
BaRLeLiTa
Heç vaxt təslim olmamaq,ağıl və səbr etməyin nəticəsi mütləq uğurdur.Oxunması gerəkən bir kitabdı.
ctrlA
Təşəkkür edirəm bu yazıya görə. İmtahanım var və bu da suallardan biridir, vaxtsızlıqdan oxuya bilməmişəm. İndi yaza biləcəm :)