Depressiya/Şiringül Musayeva.(1-ci hissə)

-Çoxdan   xəstəsiz ?-  Nazim   həkim  Cavad müəllimi    müayinə  etdikdən   sonra   soruşdu.
  -  Son    bir ildir , beləyəm  -Cavad müəllim bir qədər pərt cavab verdi.
  -   Xəstələrdə  tez-tez  rast  gəldiyimiz      problemlərdən   biridir.  Hələ  siz  yaxşısınız ,elələri var otuz, qırx  yaşından bu bəlaya tuş olur. Şəhər   mühiti ,  çirkli  hava ,yediyimiz mənşəyi  bəlli  olmayan   qidalar –hər  şey  orqanizmə   təsir   edir. Nə  yazıq  ki, biz  təbiətdən və  eyni zamanda cəmiyyətdən  asılı   məxluqlarıq .Təbiət   bizim   maddi varlığımızı ,cəmiyyət  isə  mənəviyyatımızı   şərtləndirir.
-   Təbiət  bizi    yetişdirir  və   sonra  da     aradan   götürür -Cavad  müəllim   dedi.
    — Barışmaq  lazımdır  təbiətlə  də ,  cəmiyyətlə  də.
      -Və  elə   ölümlə  də-Cavad  müəllimin  səsində  qəmli   bir   ahəng   var  idi.
    -Cavad  müəllim, o dəqiqə  ölüm  haqqında  düşünmək  olmaz. Əslində  xəstə  olmayan  insan  çox  azdır. İnsanlar  bu  və  ya  digər  xəstəliklə  on  illərlə  yaşayır.Əsas  odur  ki, müalicə  olunasız.  Böyrək   xəstəliyi  müalicə  olunandır.Uzaqbaşı   bir  böyrəklə   yaşayarsız. Elə   bu   gündən  müalicəyə   başlayın,  gecikmək  olmaz.
   -Yaxşı, sağ  olun   doktor -Cavad  müəllim   paltosunu   geyindi.
  -Sağ  olun-Nazim  həkim   hörmətlə  ayağa   durdu.
      Nahid  həkim   içəri   daxil  oldu.
   -İşlər  necədir  Nazim?-Cavad  müəllimə  işarəylə  göz vurdu-Məşhur  pasientləriniz var.
   Nazim   həkim  qeyri –müəyyən   bir şəkildə   gülümsündü.
 -Əyləş...Nə var,nə  yox, işlər  necədir?
-Hər  şey   var ,  xəstə  yoxdur..Darıxdım  lap...Camaatın   əsəbləri  çox  sakitdir, nervpotoloq  lazım  deyil   millətə.
 Nazim    həkim  güldü.
   -Düz  deyirəm  ;əvvəllər   camaatın   anormal    baxdığı  şeyləri   belə   indi  normal   ,adi  şeylər kimi  qəbul   edirlər; əsəbilik, nevroz  yaradan  amillər də  aradan   qalxır.
     Nazim    həkim  bu  dəfə     qəhqəhə  çəkdi.
   -Nə  gülürsən   ,düz  deyirəm  də  ...Keçmişdə  bir-iki     mavi  nə bilim,  nə   olardı. O da  bilinsəydi  nəinki özü    ,nəsli  -kökü   hörmətdən   düşərdi .  İndi   isə   ...Bir   onlardır  bəyəm?  Qadınlar açıq-aşkar   şəkildə  aşnaları   ilə  durub –otururlar, hətta    aşnalarını     qohumları   olan   məclisə də   dəvət  edirlər.
    -Ağ  eləmə  də...
    -Bir neçəsinin  şahidi  elə  mən  özüm  olmuşam.  İnsanlar   elə bil  daxilən çürüyüb ,mənəviyyatlar, ideologiyalar çürüyüb..  İndi  insanlar yalnız  bu  günlə  yaşayırlar.
  -Bunun    problemi  nədir?-  
-Böyrəkləri   xəstədir.
-Böyrəkləri...Yəqin   çox   yeyib -  içib; yağlı-duzlu  yeməklər,  cürbəcür  içkilər.
  -Nədir,  yeyib-  içməyi  də  insana  çoxmu   görməliyik? Hər  bir  insan  istədiyi  kimi  yeyib — içməli, yaşamalıdır  bu  həyatda.İnsan  həyata  xoşbəxt  olmaq   üçün   gəlir.
    -Xoşbəxt  olurlarmı?
   -Olmalıdırlar .Olmurlarsa günah  çox   vaxt  özlərində  olur.İnsan  aza  qane  olmalıdır, xoşbəxtliyi   bu   gündə   görməlidir.Belə   şeyləri   sən  yaxşı  bilərsən, psixoloqsan.
-Psixoloq  yox ,nervpotoloq.
    -Fərqi   nədir .  Sahəniz  yaxındır. Ümumiyyətlə,  həkimsənsə  psixologiyanı   bilməlisən .Orqanizm və psixologiya  — bunlar bir-biri  ilə   çox   əlaqəlidir.
  -Sağlam   bədəndə  sağlam  ruh  olar.
  -Tamamilə   doğrudur.  Mən  insanların   bədənini   sağaltmaqla  onların   ruhunu   da  sağaldıram.
 -Daha  bizə   ehtiyac  qalmır   eləmi?
  -Niyə ki… Bunu  sonra  sənin  yanına   göndərərəm.
  -Ay  səni....Nazim  doktor, səndə də az yoxdur  ha!
   Bu  vaxt   Nahid    həkimi çağırdılar,o ,  “hələlik” deyib çıxdı.
                                                                  x x  x
       Cavad    müəllim   havanın   soyuq  olduğunun    fərqinə  vardı :narın   qar  yağırdı,deyəsən ,  güclənəcəkdi.
Bakı   çoxdan   idi  ki,   belə   qar   görmürdü. İnsanlar , deyəsən, qara  sevinirdilər .
      Maşını    kənarda  saxlamışdı. Qapını  açıb əyləşdi  .Elə  bu  dəm  telefonuna   zəng   gəldi,-Nadimə   idi.   Sevinclə  telefonu açdı: axır  vaxtlar  onunla  görüşdən   qaçsa da, telefon   zənglərinə   həvəslə  cavab   verirdi.
  -Bəli  eşidirəm .
 -Hardasız:  evdə ,ya  işdə?
 -Polikilinikadayam.
-Poliklinikada  neyləyirsiz?
 -   Poliklinikada  neyləyirlər..Həkimə  gəlmişəm.
 -Haranız  ağrıyır?
 -Başım-Cavad müəllim  tutuldu. 
-Niyə?
 -Niyə   nədir?  Ağrıyır da ...O   qədər   baş  ağrıdanlar  var   ki..
-Biri   də  mənəm   eləmi?   
-Mən  elə   söz  demədim...
   -Yəqin   siz  düz -əməlli  adam  deyilsiniz də,   ona görə  sizə  ilişirlər -qadın özünün  də  anlamadığı bir hisslə   onu sancmaq  ,acılamaq istəyirdi:  Cavad   müəllimin     danışıq  tövrü ,onu  müəyyən  məsafədə  saxlamaq  istəyi   onu incidirdi.   Hər dəfə   bir  ümüdlə zəng  edir ,aralarındakı  məsafəyə  son  qoyulacağını   gözləyirdi  ,lakin   hər  dəfə  bu  məsafə   bir  qədər    də  böyüyürdü.
   -Yaxşı –Cavad  müəllim   söhbəti  dəyişmək   istədi   -Nə   deyirdin?
  — Heç   nə...Nə  demək  istəməyimin   nə  mənası var...-və Nadimə   hirslə   telefonu   bağladı.
  Yenə də   bir-birindən   incidilər.O, orada ,  bu da  burada əsəbiləşdi. 
  -Xəstəyəm...ölürəm...Bilmirəm  sabah  başıma  nə  gələcək .   Səni  özümlə   hara  daşıyım  axı...-Cavad  müəllim   dodağının   altında   deyinərək  maşını işə  saldı.                                                                           xxx
     Arvadı   onu   həmişəki   canfəşanlıqla   qarşıladı  ;paltosunu    alıb  asdı ,çəkələklərini  cütləyib   qarşısına   qoydu .Cavad  müəllim   əllərini   yuyub  peçin    yanına   keçdi .Arvadı   bir  stəkan    təzə   dəmlənmiş   çay ,sonra isə   ləyəndə isti  su gətirdi ,kişinin  ayaqlarını   yumağa  başladı
      Bayırda külək  qalxmışdı, deyəsən ,  qar  da  güclənirdi.
    Cavad müəllim    sıxılmış   kipriklərini  azacıq   aralayıb   arvadını  süzürdü .Arvadı  saçlarını   səliqəsiz   halda     boynunun   arxasında   sancaqlamışdı ,sallanmış   buxağı   az  qala  sinəsinə  düşürdü, çənəsində   təkəm-seyrək ağlı     
-qaralı     tüklər   gözə   dəyirdi  .Cavad   müəllim    qadında tükü  heç  sevməzdi ,   xəyalına  Nadimə   gəldi:onu   arvadının    oturduğu  döşəkçə    üstündə    təsəvvür etdi ;xırdaca, zərif, ağ əlləri   ilə  onun   ayaqlarını   ovur və qəşəng     üzünü   qaldırıb    məsum  gözləri  ilə   ona    baxır.
   -Həkim   nə   dedi? -Səlimənin  səsi    onu    xəyaldan   ayırdı.
   -Heç   nə...Deyir ki, müalicə   hələ   getməlidir.
    -Elə     də  müalicəni.
   -Yeməyə    nəyin var?
    -Sup   və  kotlet.
   — Süfrəni   hazırla   gəlirəm.
    Səlimə  ləyəni  və  dəsmalı   götürüb   çıxdı.
                                                                           xxx
         -Ay    xanım ,  siz   nə  üçün  mənə   qarşı   belə   aqressivsiniz  ?
        -Neynirəm   ki ,sizə ?
       -Nə   üçün   zənglərimə   cavab   vermirsiniz? Nə  üçün   mənim   dostluğumu   qəbul   etmirsiniz?
       — Mən    hər    adamla   dost    ola  bilmərəm.
      -Mən   hər  adam   deyiləm!-kişinin   səsində   nə  isə   bir    lovğalıq   hiss olundu.
      Nadimə   elə bil   onun   kinayə   ilə   baxan   gözlərini    qarşısındaca    gördü,  özünü   təhqir  olunmuş  
  sayaraq
      -Bir də mənə   zəng   etməyin   -dedi   və   telefonu   söndürdü.
Nadimə   otaqda   o  baş  bu   başa   yeriyir   və  düşünürdü :gör   bir   ona   nə  deyir ;  Nadimə  onun   üçün 
küçədə    qalmış   deyil,-nə olsun  ki, tək  yaşayır-bu  ona   əsas   vermir  ki ,  küçədə   qabağını  kəssin , günün 
hansı   vaxtı   oldu   zəng  etsin.  Kimdir   axı  o? Bir  az  pulu  var   elə bilir  kimi  gəldi  yoldan  çıxarda  bilər.Axı  
nə   üçün  o, elə  fikirləşir  ki ,  Nadimə  yoldan  çıxa bilər?  Niyə   bilmir   ki,  Nadimə   sevmədiyi  kişiyə   heç 
gözünün   ucu   ilə   də  baxmaz.  Sevgi  isə   bir   dəfə   gəlir  .İkinci   dəfə   sevmək  çətin   məsələdir.Əsl  
sevgi   təlatüm   kimidir,  tufan  kimidir  .İnsan   qəlbini  tar-mar  edir ,  orada sevgiyə  aid  nə   varsa   fəth  edir  ,özününküləşdirir  ,insan   qəlbi   bütünlüklə ona   aid olur .Hansısa  səbəblər   üzündən   bu   sevgi  baş   tutmasa 
belə,   bu   sevginin   yaratdığı  münasibətlər   uzun   sürməsə   belə,   insan  sevdiyi  şəxslə   birlikdə   yaşamaq   imkanı   tapmasa  belə o  sevgi  özündən   sonraya  heç  bir  salamat   guşə   saxlamır. İnsan   özündə   yeni   bir  hiss üçün  güc tapmır; ona elə   gəlir ki, hər   şey  artıq  məhv olub ,yaxud  onun  üçün  hər  şey  artıq   olub -bitib, qurtarıb.   Hadimə  öz- özünə   gülümsündü ;  deyəsən ,  filosofluq   etməyə  başlayıb   ,qırx  yaş   özünü   göstərir.
Az     yaş    deyil ki… 15,18,20  yaşlarında    elə   bilərdi ki,   qırx   qocalıqdı .Amma    baxırsan   ki   ,elə   deyil .Əksinə   daha  duyğulu və   həssas    olub ,  ətraf   aləmə   daha   vurğun  nəzərlərlə  baxır.  Sadəcə    15,18 ,20 yaşlarından   fərqli   olaraq nəyin   pis ,nəyin   yaxşı   olduğundan  baş   çıxardır, yaxud  özünə     belə   gəlir.Özünü   daha   ağıllı   hiss edir.   Hər   halda   da   belədir.
     Artıq    15-18  yaşlarındakı   qıza    nisbətən   yerini  ,yurdunu   ,şəxsiyyətini   tanımış   və  tanıtmış   biridir.
Ali   təhsil   alıb  ,ailə   qurub   ,övladı  var. Lakin   nə   isə   yerində   deyil.  Və  bu   yerində   olmayan   nə   isə    son  vaxtlar   onu  əzməyə   başlayıb.
      Nadimə    balkona çıxıb   gülləri   suladı  .Hava    bu   gün   hərarətli   idi ;odur    ki,  gülləri   bir   qədər   də  
balkonda   saxlamaq    qərarına   gəldi .Təzədən   otağa  qayıtdı  .Otaqdan   da   dəhlizə  keçib    oradakı güzgüyə yaxınlaşdı:  əksinə   baxdı: qəşəngdi –söz  ola   bilməzdi;  həmişəki   kimi   xarici  görünüşündən   razı   qaldı. Düzdür,  15-18   yaşlarındakı    kimi   gözəl   deyildi ,amma    bir   başqa   cür   gözəl  idi    .
    40  yaş...az yaş   deyil .Nə  isə   bu   40  yaş   onu    yaman   əzirdi  .Axır   vaxtlar   psixologiyasında   qəribə   bir     durğunluq   yaranmışdı.    Özünə   başqa   bir   gözlə   ,hansısa   özünəarxayın  ,təkəbbürlü,   despot   bir  kişinin   gözü  ilə   baxırdı .Ha  əlləşsə   də  bu  fikri  özündən   uzaqlaşdıra    bilmirdi  .Bu  amansız  ,  özünəarxayın  ,təkəbbürlü , despot    kişi    hər  yerdə-harada  olur-olsun — onu   istehzalı  baxışlarla  müşaiyət   edir,  özünü  ağır   aparmağı , qız   kimi    nazlanmamağı    ,  xülyalara  dalmamağı   məsləhət   görürdü.   Onun   üçün    qoyulmuş   vaxtın   -bir qadın kimi-  artıq   tamam  olduğunu   söyləyirdi   bu   despot  kişi   .
     Bu     kişi  kim   idi,  Nadimə  onu   tanıyırdımı? 
     Əllbəttə,   yox. Amma  o  ,elə bil ki,  Nadimənin   tanıdıqlarından   daha  səbatlı  idi  ,onun   sözü   daha   keçərli   idi  və   o,  nəyi   deyirdisə   düz   deyirdi  .Qadın   istəyirdi  ki,   bu   fikri   özündən   uzaqlaşdırsın   ,həyatının   hələ  sona   çatmadığına   özünü   inandırsın: 40  yaş   nədir  ki...Hələ   o,  çox   yaşayacaq  ,hələ  sağlamdır,  gözəldir ,hələ   qarşıda  həll olunası  nələr..nələr...   var .Elə  hey    özünə   təlqin   edirdi   ki ,onun   xəyalındakı   despot   kişi     haqlı   deyil   ,o ,  birtərəfli   düşünür ,o, əslində  həyatda  mövcud  olan   hər  hansı  bir  kişi   belə  deyil  ,o  yoxdur, o  ta qədimdən   bəri   süzülüb    gələn  ,qadına   müəyyən  sədd ,sərhədd  qoyan    bir   dünyagörüşünün  ,ictimai    fikrin  təcəssümüdür  ki ,  Nadimənin    xəyalında  belə  qəribə  bir   mövqe   tutub.
    Əslində  Nadimənin   xəyalı   günahkardır    ki ,  keçmişdəki  insanların   fikrinə   belə   aludə   olub  ,onları   özü   üçün   az   qala   etalon   halına   gətirib   və   bu  gün  də   ha   əlləşir   bu   fikri  özündən     uzaqlaşdıra   bilmir   .
     Bu   fikir  təkcə   keçmiş   dünyagörüşününmü     təcəssümüdür? Bu   günkü   dünyagörüşünü  özündə   ehtiva   etmirmi?   Məgər   bu  gün  bu  sədd,  sərhədd  yoxdurmu?
    Qapının   zəngi   səsləndi  ;  yəqin ki ,  qızıydı..  Qadın   cəld   gedib  qapını   açdı  .Qızı   Leyla   şən  və  coşqun   bir    vəziyyətdə    içəri   daxil  oldu.
-Salam  ,mama .
-Salam. 
-Neynirsən ?
-Heç  fikirləşirəm...
Leyla   güldü.
-Mama  ,bu   fikirləşmək   səni   qocaldacaq..
-Elədir  ,-qocalmasam  da qocaldacaq
-Mama,nə  üçün   qocalmaqdan   belə   qorxursan? Bütün   insanlar  qocalır  da...
-Elədir...Mən    barışa   bilmirəm   ;yəqin   xarakterimlə ,ya  da   həyatımdakı   kəm-kəsirlərlə   bağlıdır.
Qızı  ona  qulaq   asacaq   halda  deyildi  .
-Nə  bişirmisən  ?Acından   ürəyim   gedir.
-Bu  dəqiqə ..Gəl   .quzum ,gəl  əyləş  .
     Nadimə   mətbəxə   keçib   süfrə  hazırlamağa   başladı .Leyla    əllərini   yuyub   gəldi.
      Bir  qədər  sonra   araya  çökən  sükutu  Leyla  pozdu.
   -Mən  .əksinə   .istəyirəm   qocalım;   evim ,işim,  uşaqlarım  olsun. 
    -İnşallah...
  Nadimə   güldü-qızı   çox  sevimli  və  məsum   idi və  onun  belə  düşünməsi  də  tam  təbii  idi.
   -Çay   süzümmü?
  -Yox  bəsdir..Gedim   şeylərimi  hazırlayım;   bu   gün   hazırlığımız  bir  saat   tez  olacaq   ,müəllim    vaxtı   dəyişib- Leyla    cəld  kitab- dəftərini  yığışdırıb   çıxdı.
   Nadimə   yenə   evdə  tək  qald  .Görən   ona  -Cavad   müəllimə   zəng   etsinmi? Keçən   dəfə  də   onu   acıladı  .Axı   nə  üçün   Cavad   məllim   onunla   görüşdən   qaçır?   Bu   nə   deməkdir? O, bunun  səbəbini  öyrənmək  istəyir .Qoy   hər  şeyi   açıb   desin.
   Nömrəni   yığdı   .Cavad  məllim   həmişəki   kimi  telefonu   ləngimədən   açdı.
  -Hə sənsən?  Necəsən?
Zəng   edən   Nadimə  olsa da  hal-əhvala o başladı.
    -Yaxşıyam..
    -Nə  əcəb zəng etmisən? 
     -Səsinizi   eşitmək  istədim...
   -Yenə  də   dəlilik  edirsən...ağıllanmadın...-Cavad  müəllimin   səsində  bir  nəvaziş  var  idi. 
   -...
   -Ərinlə   barışmadın?
   -Yox  
  -Niyə   barışmırsan?
 -Biz   çoxdan   ayrılmışıq  ...Siz  ki  bunu   bilirsiniz....
-Nahaq...Günah   yəqin ki, səndə   olub.
-Niyə  ?
-Nə   bilim  ..Günah   həmişə  qadında  olur.
-Ya  da  günahı  həmişə    qadının   boynuna   qoyurlar.  Çünki   o,  zəif   məxluqdu. 
-Özün   deyirdin ki, sən ayrıldın .
-Ayrıldım, amma  o,  məni   illərlə   cəzana   gətirdi ,illərlə   tək  buraxdı ..Bu, bir  il  olar, iki  il  olar,  üç  il   olar...Yarıtmadığı   bir   işin   dalınca   nə  qədər  getmək   olar   axı.  İş  də   bəhanə  idi .Sadəcə  o ,avara ,səllimi   həyat  tərzinə  öyrəşdi  .Arvad- uşaq   onu   sıxırdı.
-Qadın   hər  şeyə   dözməlidir.
-Nə  qədər?
-Nə  qədər   lazımdırsa  o  qədər. 
-Mən   dözmək   istəmədim.
-Dözmək   istəmədin   ...İndi   də.. 
-İndi   də  nə?  
.-İndi   də   cəzanı   çəkirsən.
-Sizə  nifrət  edirəm  -qadın   pıcıldadı  .İstəyirdi   bağırsın –çığırsın   ,ona   görə   ailəsini  dağıtdığını     kişinin   üzünə   vursun,  lakin  qüruru   buna   yol   vermirdi.
-İnsan   başına   gələnlərdə   çox   vaxt  özü  günahkardır,insan   öz   taleyini   özü   seçir ,-çox   vaxt   belə   olur...
-Həmişə   belə  olmur.  Bəzən   insan   taleyini  sevdiyinin  ixtiyarına verir, o da   adamı  belə,   sizin  kimi  on ildən sonra  atıb gedir
-...-Cavad  müəllim   cavab   vermədi 
-Sizə   nifrət   edirəm..-Və  Nadimə ,  həqiqətən   də ,  bu   dəqiqə   ona   nifrət   edirdi. Kaş   bu   nifrəti ,  o ,  qəlbində  həmişəlik   saxlaya   biləydi.Və   qadın   telefonu   söndürdü.
    Buyur ,   bu  da   sənə    danışmaq  .İstədi   desin   kişilərin    elə  hamısı   zibildi ,hamısı  əclafdı,-   demədi, heysiyyəti     yol  vermədi  .Ona   elə   gəldi  ki, belə  desə    o  da    milyon- milyon    atılmlş  və  təhqir   olunmuş    qadınlar   zümrəsinə   daxil   olacaq .  O  isə   hələlik   özünü   belələrindən   hiss  etmirdi  və   heç   cür   rəva   bilməzdi  ki  ,özünü   nə  vaxtsa  belələrindən  hiss etsin 
    Cavad   müəllimlə     aralarındakı  münasibət   illərlə   davam   etmişdi. Son   vaxtlar  isə   Cavad   müəllim   birdən –birə  ondan gen  gəzməyə  başlamışdı. Lakin    aralarındakı   yaşanmış   eşq  ölə   bilməzdi. Nadimə   bir qadın   kimi  hiss edir  ;Cavad   müəllim   hələ     də   onu   sevir  ,lakin   burada  nə   isə   bir   əmma   var .Bəlkə ,  o ,  tutduğu   işdən   peşiman  olub   ,Nadimənin  ailəsinin  dağılmasına   dolayısı  ilə   səbəb  olduğunun   fərqinə   varıb ,  gec  də  olsa  bu  səhvi  aradan  qaldırmaq  istəyir ,bəlkə   vicdan   əzabı  ona   rahatlıq   vermir  .Nə  olsun  ki   ,Nadimə   ondan   heç  nə  tələb   etmir  ,amma  Nadimənin   buna   haqqı  var  ;Nadimənin   ailəsi   dağılmamalı   idi. Dağıldısa, o,  Nadiməni   himayəsinə   almalı   idi. Cavad müəllim  isə   məsuliyyətdən   maddi  yardım   göstərməklə   yaxa   qurtardı.  Əvəzindəsə  Nadimə-gənc  və   gözəl  qadın  illərlə  onun    sevgilisi  oldu  .İndi   isə  o, münasibətdən  qaçır  və   bu,  Nadiməyə  yaman   yer   eliyir.
   Bəlkə ,   Cavad  müəllim  Nadimədən    doyub ,bezikib.  Bəlkə  , Nadimə   ona   qoca   qadın   təsiri   bağışlayır   Hərçənd , o   Nadimədən   böyükdür,   amma   o,  kişidir  və  əksər  kişilər  kimi   daha  cavan  qadınlara  meyl   edir ,pulu və  görkəmi   buna   imkan    verir. Son   vaxtlar  isə  lap   dəbə  minib;   kişilər  özlərindən   qat-qat  cavan  və  gözəl   qadınları   kənarda   sevgili  kimi   saxlayırlar.
    Cavad  müəllim   belə   adamdırmı?
     Kişiləri    tanımaq   olmur .Bir də ki, zaman   çox  şeyi  dəyişir ;bəzən    illərlə   inkar    etdiyin  şeyi   qəbul   ,bəzən  də   illərlə   qəbul   etdiyin  şeyi   inkar   edirsən,-  çox   şey  dəyişə  bilər.  Nadimə   özü   25   yaşındakı   Nadimə  ilə   eynidirmi, eyni   tərzdə   düşünürmü?  Hər  şey   ola  bilər,  həyat   sürprizlərlə  doludur.
   Qadın   pəncərəyə   yaxınlaşıb   yaxınlıqdakı   tikilini   seyr   etdi. Axır   vaxtlar    onu   qarabaqara  izləyən   və   tez- tez   zəng   edən   Həsən   orada  idi; fəhlələri    buyururdu .  Nadimə   gözucu    onu   süzdü: beynindən   ani   bir   fikir  keçdi;  birdən   axırda   naəlac  qalıb  bununla ...Gerisini   düşünmək   istəmədi  və   pəncərədən   qorxu  ilə   çəkildi.
     Nadimə   bəzən   kədərlənir ,  həyatını   qəribə  ,darıxdırıcı   bir   məcraya  saldığının   fərqinə   varırdı .Çox  şeydə -həyatının   bu   yönə   düşməsində   özü   günahkar   idi-ya da özünü  günahkar   sayırdı.O, əlində  olanın  qədrini   bilməmiş  ,qismətinə  çıxana qane   olmamış  ,ya  da  kəm- kəsirlərlə  barışa   bilməyib  bu   günə   qalmışdı.
  Əri  qəribə  ,laqeyd  ,məsuliyyətsiz   bir  adam  idi .İllərlə   bir  işin   dalınca  düşmüş ,qadını   inandırmışdı  ki,  hər  şey  yaxşı  olacaq.
    Sonda    isə    məlum  olmuşdu  ki, o, əslində     avaralanır , əlindən   heç   bir   iş   gəlmir.Eləcə  qatır  inadı  ilə   tutduğunu  buraxmır,   öz   bildiyini   edirdi.  Nadimə   dözür   ,ona   ağıllı   məsləhətlər  verir ,hər  dəfə   də   kobud   yontanmamış   cavablar  eşidirdi:”Arvadsan  otur  arvad   yerində”,   “ Kişi   xeylağıyam    özüm   bilərəm   nə   edirəm”,  “  Çörəyini   verirəm  ,paltarını  verirəm  .Sənə   başqa  nə  lazımdır?”  Sonda   yenə  işini  yarıtmır   ,nahaq   yerə  Nadiməyə   qulaq  asmadığını   söyləyirdi .  Və    beləcə   hər  dəfə   qadının   qəlbində   oyanmış   ikrah   hissini    gücləndirir,  onu   özündən   uzaqlaşdırırdı.
  Sonra   da  Cavad   müəllimlə  olan   münasibətlər  başlandı.  Məhəbbət  onun  həyatına  güclü  bir  qasırğa  kimi   daxil   oldu.   Onsuz    da  zəifləmiş  ,çürümüş  bir   bağ   -ailə    bu  qasırğanın  qarşısında  param-parça  oldu. Qadın   məhəbbətin   ovsununa   düşdü ,həyatına   yeni   rəng  ,yeni  dad  gəldi.Və   qadın   özünü   göyün   yeddinci    qatında    hiss   etdi.Ona     artıq  heç  nə  lazım  deyildi.
  Cavad  müəllimlə  olan  eşqdən  sonra  onun  artıq  ərinə  dözəcək  təhəmmülü  qalmamışdı.Odur  ki  ,Nadimə  ərindən  ayrıldı.
  Cavad  müəllimdən  isə   nə  isə   tələb  etməyə  cürət  etmədi.Və  Cavad   müəllim  də  onu  dəli  kimi  sevsə  də  hər  addımını  izləsə  də  ,onu  maddi  cəhətdən  necə  lazımdır  təmin   etsə  də  evlilik  barədə  heç  söz   salmadı.
Sanki  nəyisə  gözləyirdi və   elə  bil ,  Nadimə  də  nəyisə  gözləyirdi. Ya  bəlkə  xoşbəxtlikdən  bu  barədə  düşünməyə  vaxtları  yox  idi
  Aqillər  deyib  ki ,vüsalla  nəticələnən  eşq  çox  da  uzun  sürmür ;qadın və kişi bir- birindən doyur.Xüsusən   kişilər eyni  bir qadından  usanır ,qadın   dəyişməyi  vacib  sayırlar. Yəqin, Cavad  müəllim  də  özünə başqasını  -yenisini  tapıb. 
                                                                                     x x  x
    -    Salam  ,xanım.
Nadimə   diksindi.Həsən   qulağının   dibindəcə   durmuşdu  və  düz   gözlərinin   içinə   baxırdı. Qadın   əlindəki   kağız-kuğuzu  nədənsə  gizlətməyə  çalışaraq
-Salam  -dedi.
-Tələsmirsiz  ki?
-Tələsirəm- qadın  qeyri-ixtiyari cavab verdi.
-Gəlin sizi  ötürüm,-maşınlayam. 
  Təzə ,bahalı maşın   almışdı.
 Nadimə   həyəcanla  dayanacaqdakılara  baxdı,-bir-iki  tanımadığı  adam  var  idi.
-Yox-yox. Sağ olun, indi avtobus  gələr.Odur ey gəlir-qadın  avtobusa  minməyə  hazırlaşdı.
 Həsən   artıq  dayanmağın   yersiz  olduğunu görüb uzaqlaşdı.
Avtobus  saxladı.Nadimə  keçib  arxa  sıralardan  birində  əyləşdi  və  işə  yollandı.
     Həmişəki    yorucu və yeknəsəq  iş  həyatı...İş  yerini  təzə  dəyişmişdi .Və  bu  kollektivə   heç  cür  isinişə   bilmirdi .Bəzən tələbə yoldaşları  -rəfiqələri ilə  söhbətdə     indiki  kollektivin  çox  qəribə, ikiüzlü, xəbərçi və  yaltaq  bir  kollektiv   olduğunu vurğulayır    və hər dəfə  də   rəfiqələri  indiki   zəmanənin pis  olduğunu, insanların  psixologiğasının   dəyişdiyini  söyləyirdilər.
   Hər  halda   onların   idarəsində    insanların  belə  olmasında   zəmanə  təqsirkar   deyildi.   Rəis  qadın  idi , Bu  qadın   bütün  günü  qeybətlə, kiminsə  dalınca  danışmaqla  məşğul  idi.  Və bu  işçilərdə  də  adət  halını   almışdı.  .Nadimə   neçə   dəfə  təsadüfən   işçilərin   onun  yanında   bir-birini  “satdığının “ şahidi olmuşdu.
     O,  otağa   girəndə   şöbə   müdiri  Məlahət-o  qarımış  qız  idi və  həm  də  müdirin  sağ  əli  idi- onu  sirli bir  tövrlə  qarşıladı.
     -Harada  qalmısan  ?Müdir   dünyanı  dağıdır  ,deyir  bu  necə  adamdır  işləyə  bilmir.
    -  Niyə?
   — Tabeli  gətirmisən   ?
    -Bəli. 
-    Get də  yanına  .Denən   bilmirdim   ki,  təhvil  verməliyəm  .
  -Bilirdim axı. Budur  ey   gətirmişəm 
  -Təbrik  edirəm   .Axır  bir  dəfə   yarıtmısan  -.Məlahət   qəribə  bir  jestlə  otaqdakılara  baxdı .  Nadimə   tanış  mimikalardan  hiss etdi  ki,  indi də oyunun  qurbanı odur .   Şöbə  müdiri  nəinki  rəisin  yanında ,  hətta  burda  da onun  dalınca  o  ki  var  asıb- kəsib .  Nadimə   tabeli  götürüb  müdirin  otağına  daxil  oldu   .Müdir   telefonda  kiminləsə  danışırdı   :
   -Hazırlamayıb,  sizi  eşitməyib, işi  ləngidib,  bacarmır  töhmət  verərik   ,işdən  qovarıq. Onun  nə  haqqı  var  ki,  işi  ləngitsin?
Nadimə   salam   verdi  .
  Müdir   salamı  almadan  başladı :
     -Bu nədir  nə   üçün   işi  vaxtında   təhvil  vermirsən?  Bu  nə  oyundur  ?  İşləyirsən işlə, işləmirsən  işləmə.
  — Axı nə olub ?  Mən  hər  şeyi  hazırlamışam.
-Gətir   görüm,  göstər   görüm  -   baş  çıxartmadığı  halda   irad   tutmağa  başladı-Bu   nədir?
Nadimə  izah   etdikdən  sonra 
  -Tez  apar     bunu    baş   idarəyə  ,orada  gözləyirlər   .-dedi.
  -Oldu.
Həmin   gün  işi  çox  oldu.  İşdən  sonra  yolda  mağazaya  dəyib  yüngülvari  bazarlıq  edərək  evə  döndü.Axşama  yemək  hazırlamağa  başladı.
 Telefonuna    zəng  gəldi:  Həsən   idi.  Telefonu  açmadı.  Təkrar  zəng   gəldi.  Fikirləşdi  ki, telefonu   açıb    ona  kəskin   şəkildə   bir  də  zəng  etməməyi  tapşırsın   .Odur  ki  ,telefonu  açdı.
   -Salam  ,xanım
  -Salam.
  -Sizə  o  qədər  böyük   hörmətim  var ki...
  -Sağ  olun -bilmədi  nə  desin.
  -Hərdən    sizə   zəng   etməyimə  icazə  verin.
  -Onsuz  da    edirsiniz. 
 -Acığınız  tutmasın. Səsinizi    eşitməklə  təsəlli tapıram.
  -...Söz  tapmadı.
  -Sizin  üçün  hər  şeyə  hazıram.  Nə  köməklik   desəniz  baş   üstə hazıram.
  -Sağ   olun.-O   fürsət     vermirdi  ki  ,Nadimə    demək   istədiyini  desin--İmkan  verin  söz  demək  istəyirəm.
-Deyin ,  xahiş  edirəm, deyin- minini  deyin.
Nadimə özü  də   anlamadığı  bir  hissıə  soruşdu:
  -Evlisiniz?
  -Bəli.
  -Arvadınız  qəşəngdi?
  -Bəli
  -Eləysə  sizə  nə   olub?
Həsən  deyəsən  Hadimədən  belə   sual    gözləmirdi ,cavab  vermədi,  eləcə güldü.
Nadimə   davam  etdi.
-İndi  dəbdir də  kimin   bir  balaca  pulu  var..
-Yox-yox mən  elə   adam  deyiləm..Sadəcə  ...Siz  mənim  çox  xoşuma  gəlmisiz.
Nadimə  onun  dediklərinə   fikir  verməyərək  davam  etdi:
-   Görün   ətrafda  nə  qədər  qadın, qız   var...Bu  qədər  ehtiyacınız  varsa...
  -Onlar məndə   heç bir  duyğu  oyatmır. Bu   ürək  məsələsidir.  Mənim   sizdən  xoşum  gəlir.
-Mənimsə  sizdən  xoşum  gəlmir-onu acılamaq   bu  yersiz  zənglərdən yaxa qurtarmaq  istəyirdi.-Məni   yorursunuz Nə vaxt  oldu   zəng  edirsiniz.  Zəngləriniz  yəqin ki  ,  qızımda  pis  bir əhval-ruhiyyə  yaradıb.  Gərək sizə  ağır söz deyim?
   -Bir  dəqiqə..bir dəqiqə..Nə üçün   özünüzə də  ,mənə  də  zülm  edirsiniz.  Həyat əzab çəkmək   üçün   deyil .  Bir də  bu dünyaya gəlməyəcəyik.
-Sizinlə     münasibət  xoşbəxtlik deyil..
-Nə bilirsiz?
-Bilirəm  də ...Əl  çəkin  məndən  ...-telefonu   söndürdü.
     Hönkürüb  ağlamağa  başladı.O,  daha  kənarda  xoşbəxtlik  axtarmayacaq.  Xoşbəxt  olsaydı  əri  ilə olardı, lap  elə  Cavad  müəllimlə  olardı  .Deyəsən,  heç  həyatda  xoşbəxtlik  yoxdur .Və  heç   kim xoşbəxt olmur .Bəlkə, heç   insan   xoşbəxt olmaq  üçün  yaradılmayıb ?

0 şərh