Yaxşı və pis - Paulo Koelyo

Leonardo da Vinçi; «Sonuncu axşam yeməyi» adlı əsərini çəkərkən böyük bir çətinliklə üzləşmişdi...

Yaxşını İsanın bədənində, pisi də İsanın dostu olan və sonuncu axşam yeməyində ona xəyanət etməyə qərar verən Yahudanın bədənində təsvir etmək məcburiyyətində idi...

Əsəri yarımçıq qoyaraq, bu iki insanın modeli kimi istifadə edə biləcəyi kəsləri axtarmağa başladı.

Bir gün bir xor kopellasının verdiyi konsert əsnasında, xordakılardan birinin İsanın təsvirinə çox bənzədiyini gördü.

Onu modellik etməsi üçün emalatxanasına dəvət etdi, saysız qaralama və eskiz çəkdi.

Aradan üç il keçdi. «Sonuncu axşam yeməyi» əzərinin tamamlanmasına az qalmışdı, ancaq Leonardo da Vinçi hələ Yahuda üçün istifadə edəcəyi modeli tapa bilməmişdi ...

Leonardonun işlədiyi kilsənin kardinalı, əsəri tez bir zamanda bitirməsi üçün rəssamı tələsdirməyə başladı.

Günlərlə axtardıqdan sonra Leonardo; vaxtından əvvəl qocalmış gənc bir adam tapdı. Çınqıllar içindəki bu adam sərxoşluqdan özünü itirmiş, canından keçmiş bir vəziyyətdə səkinin qırağına sərilmişdi.

Leonardo, köməkçilərinə adamı, çətinliklə də olsa kilsəyə gətirmələrini tapşırdı. Çünki artıq qaralama çəkəcək vaxtı qalmamışdı.Kilsəyə çatanda köməkçiləri adamı ayağa qaldırdılar.

Yazıq başına gələnləri anlaya bilməmişdi.

Leonardo adamın üzündə duyulan inamsızlığı, günahı, eqoizmi əsərə köçürürdü...

Leonardo işini bitirəndə, o vaxta qədər sərxoşluğun təsirindən ayılan adam, gözlərini açdı və divardakı möcüzə şəkli gördü.

Təəccüb və hüzn dolu bir səslə dedi: “Mən bu əsəri bundan əvvəl görmüşəm...”


“Nə vaxt? — deyə soruşdu, Leonardo da Vinçi, o da çaşmışdı...”

“Üç il əvvəl, — dedi adam… Əlimdə, ovucumda olanı itirməzdən əvvəl...

O vaxtlar bir xorda mahnı oxuyurdum. Bir çox arzularım vardı. Bir rəssam məni İsanın siması üçün modellik etməyim üçün emalatxanasına dəvət etmişdi...”

Yaxşı və pisin siması eynidir… Hər şey, insanın yola nə vaxt çıxacağından asılıdır…

0 şərh