Puşkin haqqında maraqlı məlumatlar

Bir dəfə Puşkinin valideyinlərinin evində rus yazıçısı İvan Dmitriyev qonaq olur. Aleksandr o zaman uşaq idi, yazıçı Dmitriyev azyaşlı Aleksandrın orijinal görünüşünə zarafat etmək üçün: “Necə də ərəbə bənzəyir” deyir. 10 yaşlı Aleksandr heç gözləmədən dərhal bu zarafata cavab verərək bildirir ki, bəli, amma qarabağır deyil (bitki adıdır). Otaqda olanların hamısı 10 yaşlı oğlanın cavabına həm təəccübləndilər, həm də utandılar, çünki yazıçının üz dərisi ala-bula çopur idi.

Kandıba adlı bir zabit Puşkindən tələb edir ki, “rıba” (balıq) və “rak” (xərçəng) sözlərini qafiyələndirsin. Puşkin dərhal cavab verir: “Kandıba durak” (Kandıba axmaqdı). Özünü o yerə qoymayan zabit bu dəfə tələb edir ki, “rak” və “rıba” sözlərini qafiyələndirsin. Şairin cavabı yenə gecikmir: “Durak Kandıba” (Axmaq Kandıba).

Gələcək həyat yoldaşı haqqında dostlarına danışan gənc Puşkin, adətən, bu ifadələri işlədirdi: “Mən qibtə edirəm, mən heyranam. Qısası, qibheyəm” (qibtə və heyran sözlərini qısaldırdı).

Puşkin uşaqlıq illərini Moskvada keçirib. İlk müəllimləri fransız qubernatorları olub.Yay aylarında isə, adətən, Moskvanın kəndində yaşayan nənəsinə qonaq gedirdi. 12 yaşı tamam olduqda, 30 tələbəsi olan qapalı təsərrüfat liseyinə daxil oldu. Təhsili müddətində poeziya və ədəbiyyatla dərindən məşğul olduğu üçün ona “fransız” ləqəbi verirlər.

Puşkin təsərrüfat liseyində təhsil aldığı zaman dostu ilə Peterburqa getmək istəyir. Lakin Triko adlı növbətçi icazə verməməklə yanaşı ona gün ərazində nəzarət edəcəyini də deyir. Lakin Puşkin dostu ilə icazəsiz də olsa, litseydən qaçır. Bu zaman Triko da onları izləyərək Peterburqa gəlir. Əyləncə zalına girən Puşkin öz adını Puşkin Odnoko, dostu Lüxelbeker Dvako yazdırır. Triko gəldikdə isə adını Triko kimi qeyd edir, bu zaman nəzarətçilər Trikonu onları ələ salmaqda günahlandıraraq bir günlük həbs cəzası verdirirlər. Çünki ard-arda Odnoko, Dvako və Triko gəlirdi.(Birinci, İkinci və Üçüncü)

Puşkin gəncliyində şorgöz olub. Hətta evlilik dönəmində də evli qadınlarla görüşürdü. Çoxlu məşuqəsi olub.

Puşkin böyük miqdarda qumar borcu olanda borcu ört-basdır edib, verməmək üçün üsullar tapırdı. Yenə bir borcu qaytarmaq istəməyən Puşkin borclu olduğu şəxslər haqqında gülməli karikaturalar çəkir, tənqidi yazılar yazırdı. Belə hallar çox böyük skandallar yaradırdı.

Puşkin özünü 4 yaşından xatırlayır. Bir neçə dəfə qeyd edib ki, gəzinti zamanı yer titrəməsini, dağıntıları görüb. Bu hadisə 1803-cü ildə Moskvada baş vermişdi. Elə həmin ildə də imperator I Aleksandrın balaca Puşkinlə ilk qarşılaşması olub. Puşkin gəzintiyə çıxmış imperatorun atının ayaqları altında qalmaqdan zorla qurtarıb. İmperator cəld atın istiqamətini dəyişir və Puşkin xilas olur.

Zeynəb ƏKBƏR

0 şərh