Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

"Xoşbəxtlik Ehtimalımız" kitabından mənalı sözlər | Ziqmund Freyd (Sigmund Freud)

Zəif nöqtələrimizdən güclü cəhətlərimiz yaranacaqdır.

«Xoşbəxtlik Ehtimalımız», Ziqmund Freyd (Sigmund Freud)
 
  • Psixoanaliz əslində sevgi vasitəsilə müalicə etməkdir.
  • Sevgim mənim üçün dəyərlidir. Hətta o qədər dəyərlidir ki, sevdiyim şəxsdə özümü görmədikcə ondan əl çəkməyəcəyəm.
  • Sevildiyindən əmin olan insan necə də cəsarətli olur!
  • İlham pərilərim gəlməyəndə özüm onların yanına gedirəm.

Davamı →

"Bakı Bulvarı" romanından mənalı sitatlar | Çingiz Abdullayev

 

Qadınların etiraf etdiyi anda ancaq susmağa yer qalır. (Pol Burje)

«Bakı Bulvarı», Çingiz Abdullayev

 

  • Yeganə olan sirr, hansının ki, heç bir kişi sonuna qədər dərk edə bilməz, — bu qadındır. Bəzən ona elə gəlir ki, o bu sirri aça bilib, lakin bu hər zaman ancaq illuziyadır.
    (Əli Əfəndi)
  • «Sən doğrudan da, bütün təhlükələrdən qaçmağı bacaran əsl qoğalsan, ancaq qoğalı gec-tez yeyə bilərlər.»

Davamı →

"Kvan" kitabından mənalı sözlər | Coşqun Kərimov

 

Kvan kitabı haqqında qısa məlumat

«Kvan» Azərbaycanda şəxsi inkişaf üzrə ən çox satılan kitablardan biridir. Kitabın yazarı isə müəllif və natiqlik bacarığı üzrə kouç olan Coşqun Kərimovdur.

 

Bu kitab sizin daxili səyahətinizdə bələdçi rolunu oynayır. Daxili motivasiya üçün 7 mühüm sualı yazıçıyla birgə cavablandırırsınız. Kitabın başqa kitablardan fərqi odur ki, sonuncu fəsli məhz oxucular yazır. Bu addımı atmaqla həyatınıza sahib çıxmış olursunuz. Bir sözlə, tamaşaçı olmaq əvəzinə aktiv ifaçı olursunuz.

 

“Bu dünyada ən böyük qüvvə qərar verən insana məxsusdur.”

Kvan, Coşqun Kərimov

 


Davamı →

Fərdi inkişaf kitablarından maraqlı sözlər | Kitab sözləri

 

Uğur ömürdə bir dəfə həyata keçirilən nəhəng dəyişikliyin deyil, gündəlik vərdişlərin məhsuludur.

Atomik Vərdişlər, James Clear

 

  • Həyatın əsl sevinci ən yüksək hesab etdiyin məqsədə doğru can atmaqdadır.
    Yüksək Effektli İnsanların 7 Vərdişi, Stephen R. Covey
  • Hər bir məğlubiyyətdə potensial uğur toxumu yatır!
    Düşün və Varlan, Napoleon Hill
  • Heç kim və heç nə səni səndən daha yaxşı motivasiya edə bilməz. Özünün müəllimi olmağı öyrən.
    Gəncsən? Başla!, Nadir Adilov
  • Dünyanın tanınmış motivasiya yönümlü natiqi Nik Vuyçiç deyirdi: «Həyatımın ilk mərhələlərində həyatımı dəyişəcək möcüzəni gözlədim. Sonra anladım ki, özüm həyatlar dəyişən möcüzəyəm».
    Kvan, Coşqun Kərimov

Davamı →

"Heyvanıstan" əsərindən maraqlı sitatlar | George Orwell

«Heyvanıstan» (və ya Heyvan ferması) – Corc Oruell tərəfindən 17 avqust 1945-ci ildə İngiltərədə nəşr edilmiş satirik alleqorik roman. 

İnsanı öz şəxsi maraqlarından başqa heç bir canlının mənafeyi düşündürmür.

"Heyvanıstan", George Orwell

 

  • Bütün heyvanlar bərabərdirlər, lakin bəzi heyvanlar başqalarından daha çox bərabərdirlər.
  • İnsanı səhnədən uzaqlaşdırın o zaman aclığı, ehtiyacı, kölə əməyini doguran səbəblər də aradan qalxacaq...
  • ...yoldaşlar, fəlakətlərimizin insan nəslinin zülmündən qaynaqlandığı sizə gün kimi aydın deyilmi?
  • Yəqin, haradasa daha yaxşı və ədalətli dünya mövcuddur



Davamı →

"Vecinə Almamağın İncə Sənəti" kitabından sitatlar | Kitab sözləri

"Vecinə Almamağın İncə Sənəti" kitabından sitatlar | Kitab sözləri

Yeriməyi öyrənən bir uşaq dəfələrlə yıxılıb,özünü incidəcək. Amma uşaq dayanıb düşünməyəcək: «Eh,deyəsən,yerimək mənlik deyil. Bu işi bacarmıram».

«Vecinə Almamağın İncə Sənəti», Mark Manson

 

  • Həyatda dəyərli olan hər şey onunla əlaqəli mənfi təcrübəyə qalib gələrək qazanılır.
  • Xoşbəxt həyatın açarı çoxu əldə etməyə çalışmaq yox, aza qane olmağı bacarmaqdır.
  • «Corc Oruell deyir ki, gözünün qabağındakın görmək həmişə vaxt alır».

Davamı →

"Yüksək Effektli İnsanların 7 Vərdişi" kitabından sitatlar | Kitab sözləri

"Yüksək Effektli İnsanların 7 Vərdişi" kitabından sitatlar | Kitab sözləri ferdi inkisaf

Fikir səpərsən – hərəkət biçərsən, hərəkət səpərsən – vərdiş biçərsən, vərdiş səpərsən – xarakter biçərsən,xarakter səpərsən – tale biçərsən

«Yüksək Effektli İnsanların 7 Vərdişi», Stephen R. Covey

 


 

  • Daha çox dəyəri olan şeylər heç vaxt daha az dəyəri olanın mərhəmətinə sığınmamalıdır.
  • “Özünə hörmət hissini bizdən heç kim ala bilməz,əgər özümüz onu verməsək”.
  • Tomas Peyn deyirdi: «Asanlıqla qazandığımızı yüksək qiymətləndirmirik.Yalnız onu qiymətləndiririk ki,o bizə çox baha başa gəlir.Hər şeyin əsl qiymətini yalnız Allah bilir».
  • ...yazda əkib becərməyi unudasan, yayda boş boş gəzəsən, payızda da bol məhsul almaq iddiasında olasan… Ferma təbii sistemdir.Əvvəlcə dəyərini ödə, sonra istədiyini al.

Davamı →

"Bəlkə də Bu, Həqiqətdir" kitabından gözəl sözlər | Kitab sözləri

"Bəlkə də Bu, Həqiqətdir" kitabından gözəl sözlər | Kitab sözləri  mark levi

“Bəlkə də bu həqiqətdir” əsəri məşhur  fransız   yazıçısı  Mark Levinin  ilk romanıdır. Əsər  öz qeyri-adi süjeti və möcüzələr yaratmağa qadir hisslərin gücü ilə insanı heyrətə salır.

Sevmək sevdiyin şəxsin müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətlərini də sevməkdir..

Bəlkə də Bu, Həqiqətdir, Marc LevI

Davamı →