Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

Bestseller kitablardan sitatlar | Kitab sözləri

 

Bildiyiniz şeylər ən böyük var-dövlətinizdir, lakin bilmədikləriniz ən böyük riskiniz ola bilər.
Varlı Ata, Kasıb Ata, Robert T. Kiyosaki

 

Bu axşam başa düşdüm ki, bəzən bir adam başqasını, həyata bağladığımızdan da qüvvətli tellərlə özünə bağlaya bilər
Xəz Paltolu Madonna, Sabahattin Ali

 

O sanki bu söhbəti davam etdirməkdən sıxılırdı, çox təmiz və saf qəlbli adamları üzünə qarşı tərif edəndə, onlar özlərini belə hiss edirlər.
Alçaldılmış və Təhqir Edilmiş İnsanlar, Fyodor Dostoyevski

 

Tutaq ki, sən bir adaya köçməlisən.Oraya cəmi beş kitab apara bilərsən.Hansı kitabları seçərsən?..
Min Möhtəşəm Günəş, Khaled Hosseini(Xalid Hüseyni)

 


Davamı →

"Ferrarisini Satan Rahib" kitabından mənalı sözlər | Kitab sözləri

Başqalarına dediyin sözlər necə vacibdirsə, özünə dediklərin də sənə vacibdir.

Ferrarisini Satan Rahib, Robin Şarma
 
  • «Sənə qızılgül verənin əllərində azca da olsa o qızılgülün ətri ilişib qalır».
  • Əzab ən yaxşı müəllimdir. Əgər o əzab təcrübəsini dadmasaydım bugünkü mən olmazdım.
  • Mən sənətkaram – mənim incəsənət əsərim mənim həyatımdır.
    — Suzuki
  • Mən həm də həyatın tələbəsi olmuşam.
  • Bir dəfəlik başa düş ki,sən öz həyatının yaradıcısısan.
  • Ancaq qorxularını kəşf etdiyində həyatı da kəşf eləyərsən...
  • «Sən ölüm yatağında olarkən vaxtının çoxunu ofisdə keçirdiyinə görə təəssüf edəcəksən»

Davamı →

"Söyüdlü Arx" əsərindən mənalı sitatlar | Kitab sözləri

«Söyüdlü arx» əsəri İlyas Əfəndiyevin ilk romanı olmaqla oxucuların böyük sevgisi ilə qarşılanmış, milli nəsrdə lirik-psixoloji təmayülün əsasını qoymuşdur. Əsər tezliklə tərcümə edilərək dünyanın bir çox dillərində geniş yayılmışdır.

Biz insanlar kiçik bir təsəlliyə, bir dost sözünə nə qədər möhtacmışıq!

Söyüdlü Arx, İlyas Əfəndiyev

 

  • İnsan hər şeyə necə tez alışır, hər şeyi necə tez unudur!
  • Biz insanlar dünyaya nə üçün gəldik? Təbiətin bu əbədi ahənginə ne əlavə etdik?
  • Biz görüş təyin etməmişdik. Lakin hiss edirdim ki,gələn odur.
  • Haqsızlıq həmişə adamı yandırır. Haqsızlıq yamandır...
  • Bu dünyada hər səadətin,hər xoş dəqiqənin bir sonu vardır.Bayaq aləmi gur işığa qərq edən günəş artıq batmamışdımı?

Davamı →

"Hayat Kaybettiğin Yerden Başlar" kitabından mənalı sözlər | Kitab sözləri

 «Hayat Kaybettiğin Yerden Başlar»  kitabı Türkiyəli gənc yazar Miraç Çağrı Aktaşın ən çox satan kitablarından biridir. Əsərdə həyatla bağlı tövsiyyə və nəsihətlər, çətin anlarda insana yardım edə biləcək həll yolları yer alır. Yazar bunları səmimi bir dildə qələmə almış və kitabla oxucu arasında bir bağ qurmağa çalışmışdır.

Sevmek, değer vermek zaman yaratmaktır, boş zamanları doldurmak değil.

Hayat Kaybettiğin Yerden Başlar, Miraç Çağrı Aktaş

 

  • İnsan anladığı ve anlaşıldığı insanda çiçek açar.
  • Sevgiyi, hissettirince ve hissedince güzel.
  • Düştüysem bu ilk değil, yine kalkarım.
  • Geçmez dediğin bütün acılara bağışıklık kazandın.
  • O yorulan kalbine söyle: Allah benimle .
  • Unutma ki hayat, kaybettiğin yerden başlar..
  • Bugün mutlu ol; çünkü kimse senin üzgün olmanı umursamıyor.
    Peyami Safa

Davamı →

Kiyosakinin "Varlı Ata, Kasıb Ata" kitabından mənalı sitatlar | Kitab sözləri

«Varlı Ata, Kasıb Ata» kitabı  insanlara müasir həyatda yüksək rifah içində yaşamağın yollarını, varlanmağın sirlərini öyrədir.

 Robert Kiosaki və Şeron Lektorun müştərək yazdığı bu kitabda müəlliflər öz təcrübələrini bölüşür, qanunları pozmadan necə var-dövlət qazanmağın mümkün prinsip və şərtlərini təhlil edirlər.

Bildiyiniz şeylər ən böyük var-dövlətinizdir, lakin bilmədikləriniz ən böyük riskiniz ola bilər.

Varlı Ata, Kasıb Ata, Robert T. Kiyosaki
 
  • Uğura gedən yol uğursuzluqdan keçir.
  • Həyatda şansız, səhv etməyəndir.
  • Hamımız həyatdan iki gözəl hədiyyə almışıq: ağıl və vaxt.
  • İnsanın fikirləri onun həyatını formalaşdırır
  • Ona görə anlamırsan ki, anlamaq istəmirsən.
  • Bizim ən güclü aktivimiz ağlımızdır.

Davamı →

Rövşən Abdullaoğlunun kitablarından sitatlar | Kitab sözləri

Rövşən Abdullaoğlu— Azərbaycanlı yazıçı, filosof-şərqşünas, təlimçi, psixoloq, teoloq; «PEN America» yazıçılar birliyinin üzvü, «Qədim Qala» nəşriyyatının təsisçisi, nəşriyyatın elmi heyətinin rəhbəri.

Duyğularımız bizi canlı saxlayır.
Bu Şəhərdə Kimsə Yoxdur


Hər bir hiss özündən daha güclü bir hissə kölədir.
Relslər Üzərinə Uzanmış Adam

Bir-birini sevən qəlblər o dünyada mütləq qovuşurlar.
Bu Şəhərdə Kimsə Yoxdur

Doğrudanmı,birinə nifrət etmək üçün onun səndən fərqlənməsi bəs edir?
Ləpirçi: Mən Yeməli Deyiləm

-Uşaqlığıma dönmək istəyirəm… İstəyirəm ki, ancaq iynə vuranda canım ağrısın…
Bu Şəhərdə Kimsə Yoxdur


Davamı →

Dostoyevskinin "İdiot" əsərindən mənalı siatlar | Kitab sözləri

Səbirli ol, zamanla — hər şey keçib-gedər!Sonra ağıllanmaqdansa, indi ağıllı olmaq daha yaxşıdır…

İdiot, Fyodor Dostoyevski
  • “…onun çox geniş qəlbi var; bu qəlb əzab da çəkə bilər, şəfqət də göstərə bilər”.
  • Sanki onun köksündə çırpınan ürək deyil, daş idi, hisləri isə quruyub birdəfəlik məhv olmuşdu..
  • Hər bir adam bir zaman özünün də uşaq olduğunu xatırlasaydı, kifayət edərdi.
  • Siz qızarırsınız; bu, gözəl qəlbə malik insana xas olan cəhətdir.
  • Heç bir anı bir qəpiklə ölçmək olmaz, həm də bəzən beş dəqiqə xəzinədəndə qiymətlidir.


Davamı →

"Edama Məhkumun Son Günü" kitabından sitatlar | Viktor Hüqo kitab sözləri

Fiziki ağrılar mənəvi ağrıların yanında heç nədir..

Edama Məhkumun Son Günü, Viktor Hüqo


Mən də başqaları kimi adi bir insan idim. Hər gün, hər saat, hər dəqiqə mənim də öz fikrim vardı və hansısa bir fikirlə yaşayırdım.

Lap beş il, yaxud iyirmi il, lap ömürlük həps cəzası versinlər, kürəyimi isti dəmirlə dağlasınlar, qollarımda dəmir qandal gəzdirərəm ömür boyu. Ancaq həyatımı əfv etsinlər, mənə bağışlasınlar! Axı məhbus heç olmasa gəzir, hərəkət edir, günəşi görür?!

Barı,bircə dəfə ata sözünü bu dodaqlardan eşitmək-bir azdan alınacaq bu qırx illik həyatımda yeganə istəyim budur.

Cəmiyyətin vəzifəsi intiqam almaq naminə cəzalandırmaq deyil; o, islah etmək naminə tərbiyə etməlidir.


Davamı →

Tolstoyun "Etiraf" kitabından mənalı sitatlar | Kitab sözləri

 

Həqiqətən həmişə həqiqətdir, necə ki 2×2 həmişə dörd edir.

Etiraf,Lev Tolstoy

 

"… hər kəs ruhunu məhvə sürükləyə, yaxud xilas edə bilər."

 

Həyatın olduğu hər yerdə inanc var. Bu, insan var olduğu gündən belədir. İnanc insana yaşamaq imkanı verir. Üstəlik, inancın əsas xüsusiyyətləri hər yerdə, hər zaman eynidir.

 

"İnancsız yaşamaq mümkün deyil."

 


Davamı →