Рейтинг
+49.60

Ədəbiyyat

65 üzv, 302 topik

Hadisə | Anton Çexov

Sübh çağı. Günəşin parlaq şüaları pəncərənin şüşələrini örtən buz torunun arasından sızaraq uşaq otağına düşür. Saçları qısa kəsilmiş altı yaşlı fındıqburun Vanya və buruqsaç, koppuş, dörd yaşına görə bəstəboy bacısı Nina oyanaraq, çarpayılarının məhəccərindən acıqlı-acıqlı bir-birinə baxırlar.

— Utanmazlar, yaramazlar! – dayə deyinir. – Camaat çoxdan ayaqdadır, çaylarını da içiblər, sizsə heç cür yuxudan doymursunuz…

Günəşin şəfəqləri xalçanın, divarın və dayənin ətəklərində oynayır və sanki otaqdakıları birgə əylənməyə dəvət edir, lakin uşaqlar onlara fikir vermir. Körpələr xoş əhval-ruhiyyə ilə ayılmayıblar. Nina dodaqlarını büzüb üzünü turşudur və uzada-uzada deyir:

— Dayə, ca-ay istə-əyirəm!
Vanya alnını qırışdırıb fikirləşir: ağlamaq üçün bəhanə axtarır. O, gözlərini qırpıb ağzını açmağa hazırlaşırdı ki, qonaq otağından anasının səsi gəlir:

— Pişiyə süd verməyi unutmayın, indi onun balaları var!
Vanya ilə Nina gözlərini bərəldib çaşqınlıqla bir-birinə baxırlar, sonra bir ağızdan qışqırıb, çarpayıdan yerə tullanır və ətrafı qulaq batıran ciyiltiyə bürüyərək ayaqyalın, bircə alt köynəyində mətbəxə qaçırlar.
— Pişik balalayıb! – onlar çığırırlar. – Pişik balalayıb!
Davamı →
 

Xalid Ziya Uşaqlıgil

XIX-XX əsr türk ədəbiyyatının görkəmli nümayəndəsi, Türkiyədə roman janrının qurucuları sırasında adı hörmətlə yad edilən yazıçılardan biri də Xalid Ziya Uşaklıgil olub. O, “Sərvəti-fünun” ədəbi cərəyanın böyük nəsr ustası kimi tanınıb. Erkən çağlardan fransız dilini, daha sonra ingilis, alman, ərəb və fars dillərini öyrənib. Fransız ədəbiyyatının təsiri altında yazmağa başlayıb. Eyni zamanda milli ədəbiyyat və milli düşüncədən uzaq düşməyib.

Xalid Hacı Halil oğlu Ziya 30 iyul 1866-cı ildə İstanbulda zəngin bir ailədə dünyaya göz açır. Atası onu hərbi təmayüllü məktəbə (Rüştiyə) qoyur. Bir müddət sonra İzmirə köçürlər. Burada təhsilini özəl məktəbdə fransız bölməsində davam etdirir. 1884-cü ildə orta təhsilini başa vurur və atasının ticarət şirkətində fəaliyyətə başlayır. Sonra İzmirdə ədəbiyyat müəllim kimi işləməyə başlayır. Müəllimliklə bərabər mətbuatda tez-tez çıxışlar edir, ədəbi yaradıcılığa meyil edir. Xalid Ziya əsl-kökcə Uşaklıq qəsəbəsindən olub. Buna görə də özünə Uşaqlıgil təxəllüsünü götürüb. Ədəbiyyat aləmində Xalid Ziya Uşaklıgil kimi tanınıb.
Davamı →
 

Mahnılarım ədəbiyyatdırmı? | Nobel nitqi

Axşamınız xeyir! Mən İsveç Akademiyası üzvlərini və bu gecə burada iştirak edən bütün hörmətli qonaqları ürəkdən salamlayıram.

Təəssüf edirəm ki, tədbirdə şəxsən iştirak edə bilmirəm. Lakin əmin olun ki, bütün ruhumla sizin yanınızdayam və bu cür nüfuzlu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. Ədəbiyyat üzrə Nobel mükafatı təsəvvür belə etmədiyim, yaxud baş verəcəyini xəyal belə etmədiyim bir şeydir.

Uşaqlığımdan bəri bu mükafata layiq olan Kiplinq, Şou, Tomas Mann, Perl Bak, Alber Kamyu, Heminquey kimi yazıçıların əsərlərini oxumuş və onları öz ruhuma hopdurmuşam. Məktəblərdə keçilən, dünyanın hər yanındakı kitabxanalarda saxlanılan və haqqında ehtiramla söz açılan bu əsərlər insanlara həmişə dərin təsir göstərib. İndi mənim bu siyahıdakı adlara qoşulmağım, həqiqətən də, sözlə təsvir edə bilmədiyim bir duyğudur.

Davamı →
 

Jomon - 51 dəqiqəlik dayanacaq | Jorj Simenon

Meqre yuxuda zəng səsi eşitdi, amma bunun telefon olduğunu başa düşmədi və arvadının onun üstündən əyilib dəstəyi götürməyini hiss etmədi.

— Popoldur, — arvadı onu silkələyib dedi.
– Səni istəyir.
— Sənsən, Popol. – Meqre dəstəyə mızıldadı.
— Sənsən, dayıcan. – deyə xəttin o başından səs gəldi. Gecə saat üç idi. Yataq isti idi, bayırdakı şaxtanın təsirindən pəncərənin şüşələri qırov bağlamışdı, Popolun zəng elədiyi yerdə — Jomonda isə daha soyuqdur. — Nə danışırsan?.. Gözlə!.. Adları yazım… Otto… Hərif-hərif de: daha dəqiq olar…

Madam Meqre ərinə baxırdı. Onu bir şey maraqlandırırdı — durmalı olacaq, ya yox. Onun gözlədiyi kimi Meqre ayağa durub izah etdi:
— Jomonda nadir hadisə olub. Popol isə öz cavabdehliyi ilə vaqonu saxlayıb…
Popol deyəndə Meqrenin bacısı oğlu, Belçika sərhədində polis inspektoru işləyən Pol Vinşon nəzərdə tutulurdu.
Davamı →
 

Yaxşı və pis - Paulo Koelyo

Leonardo da Vinçi; «Sonuncu axşam yeməyi» adlı əsərini çəkərkən böyük bir çətinliklə üzləşmişdi...

Yaxşını İsanın bədənində, pisi də İsanın dostu olan və sonuncu axşam yeməyində ona xəyanət etməyə qərar verən Yahudanın bədənində təsvir etmək məcburiyyətində idi...

Əsəri yarımçıq qoyaraq, bu iki insanın modeli kimi istifadə edə biləcəyi kəsləri axtarmağa başladı.

Bir gün bir xor kopellasının verdiyi konsert əsnasında, xordakılardan birinin İsanın təsvirinə çox bənzədiyini gördü.

Onu modellik etməsi üçün emalatxanasına dəvət etdi, saysız qaralama və eskiz çəkdi.

Aradan üç il keçdi. «Sonuncu axşam yeməyi» əzərinin tamamlanmasına az qalmışdı, ancaq Leonardo da Vinçi hələ Yahuda üçün istifadə edəcəyi modeli tapa bilməmişdi ...

Leonardonun işlədiyi kilsənin kardinalı, əsəri tez bir zamanda bitirməsi üçün rəssamı tələsdirməyə başladı.

Günlərlə axtardıqdan sonra Leonardo; vaxtından əvvəl qocalmış gənc bir adam tapdı. Çınqıllar içindəki bu adam sərxoşluqdan özünü itirmiş, canından keçmiş bir vəziyyətdə səkinin qırağına sərilmişdi.
Davamı →
 

Depressiya/Şiringül Musayeva.(1-ci hissə)

-Çoxdan   xəstəsiz ?-  Nazim   həkim  Cavad müəllimi    müayinə  etdikdən   sonra   soruşdu.
  -  Son    bir ildir , beləyəm  -Cavad müəllim bir qədər pərt cavab verdi.
  -   Xəstələrdə  tez-tez  rast  gəldiyimiz      problemlərdən   biridir.  Hələ  siz  yaxşısınız ,elələri var otuz, qırx  yaşından bu bəlaya tuş olur. Şəhər   mühiti ,  çirkli  hava ,yediyimiz mənşəyi  bəlli  olmayan   qidalar –hər  şey  orqanizmə   təsir   edir. Nə  yazıq  ki, biz  təbiətdən və  eyni zamanda cəmiyyətdən  asılı   məxluqlarıq .Təbiət   bizim   maddi varlığımızı ,cəmiyyət  isə  mənəviyyatımızı   şərtləndirir.
-   Təbiət  bizi    yetişdirir  və   sonra  da     aradan   götürür -Cavad  müəllim   dedi.
    — Barışmaq  lazımdır  təbiətlə  də ,  cəmiyyətlə  də.
      -Və  elə   ölümlə  də-Cavad  müəllimin  səsində  qəmli   bir   ahəng   var  idi.
Davamı →
 

Depressiya/Şiringül Musayeva.(2-ci hissə)

-Salam  ,doktor.
-Salam, Cavad müəllim, işlər  necə   gedir.?
— Əla  gedir. Xəstəlik  daha  da  genişlənir, şaxələnir.-Cavad müəllim əsəbi-əsəbi  dedi.
-Dostum,  belə  əsəbi  olsanız...Gəlin...gəlin  bir yoxlayaq...
 Cavad  müəllim pərdə  arxasına keçdi.
 Doktor onu    müayinə  etdi.
Davamı →
 

Depressiya/Şiringül Musayeva.(3-cü hissə)

  -Nə  var ,nə  yox, Cavad  müəllim, çoxdandır   görünmürsüz?   Nə   vaxt  gəldiniz  Türkiyədən?
-Bir  ay  olar   ki,  burdayam
-Necəsiz?-  Nazim  doktor  diqqətlə  Cavad   müəllimi  süzdü. Ağrı –acınız  varmı?
-Yoxdur.
-Əla. İndi   sizi  yoxlayaram.-Nazim  həkim  biruzə  verməsə  də  Cavad  müəllimin rəngindən  heç  xoşlanmadı.
Müayinədən  sonra  həkim  bir  qədər  rahatladı
Davamı →
 

Son gecə | Rey Bredberi

– Bu gecə dünyanın yox olacağını bilsəydin, nə edərdin?
– Nə edərdim? Zarafat edirsən, ya…
– Yox, düzünü de.
– Bilmirəm. Bu barədə düşünməmişəm. – qadın qəhvədanın qulpunu ərinə tərəf çevirdi və fincanları nəlbəkilərə qoydu. Kişi özünə qəhvə süzdü. İki balaca qız uşağı qonaq otağının yaşıl neft lampası ilə işıqlanan küncündə kublardan bina yığırdılar. Təzəcə qaynamış qəhvənin yüngül, təmiz qoxusu axşamın havasına qarışmışdı.
– Düşünməyə başlasan, yaxşıdır, – dedi kişi.
– Ciddisən? Kişi başını yellədi.
– Müharibə? Bəlkə, hidrogen, ya atom bombası?
– Yox.
– Baktereoloji silah?
– Heç biri, – kişi asta-asta qəhvəsini qarışdırırdı, gözlərini fincanın içindəki qaranlığa zilləmişdi.
– Belə deyək də, kitabımız bağlanır.
– Heç nə başa düşmürəm.
– Elə mən də. Sadəcə ürəyimə damıb. Bəzən dəhşətə gəlirəm. Bəzən də heç qorxmuram, əksinə sakit oluram.
Davamı →
 

Şeirlər haqqında | Hermann Hesse

Mənim on yaşım var idi. Məktəbdə oxu dərsində bir şeir keçmişdik. Deyəsən, adı belə idi — "Şpekbaxerin oğlu". Şeir müharibə vaxtı giliz toplayan bir balaca qəhrəman oğlan haqqında idi. Biz heyran olmuşduq. Səsində qəribə istehza olan müəllim bizdən şeir haqqında rəy soruşanda bəyəndiyimizi söylədik. O isə gülümsəyərək başını yellədib dedi: «Xeyr, uşaqlar, bu pis və zəif şeirdi». Müəllimimiz haqlı idi. Şeir bizim dövrün zövqünə və ədəbiyyatına görə yaxşı deyildi, saxta, mənasız və maraqsız idi. Lakin bütün bunlara baxmayaraq bizi heyran etmişdi.

On ildən sonra, artıq iyirmi bir yaşım olanda mən elə ilk oxunuşdanca düşünmədən bu şeirin yaxşı və ya pis olduğunu duya bildim. Bundan ötrü bir neçə sətrə göz gəzdirmək yetərli idi.
Davamı →