Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

Yaradıcılığı tale, taleyi də yaradıcılıq olanlar

Ədəbiyyata kişilər qədər qadınlar da həmişə töhfələr verib. Onların arasında Nobel və digər nüfuzlu ədəbi mükafatları alanlar da az olmayıb. Elə Azərbaycan ədəbiyyatının yükü də kişilərlə bərabər, qadınların da çiyninə düşüb. Çağdaş ədəbiyyatımızda da sevilən və tanınan imzalar az deyil. «Müzakirə”mizdə qadınların ədəbiyyatdakı fəaliyyətinə toxunduq.

Davamı →

Lev Tolstoyun Anna Karenina romanı müasirlərinin gözü ilə

«Anna Karenina” romanının müxtəlif qiymətləndirmələrini analiz edərkən belə nəticəyə gəlmək olar ki, L.N.Tolstoyun müasirləri əsərin əsl mənasını anlamağa müvəffəq olmamışlar. Belə görünür ki, buna səbəb Konstantin Levin obrazının ideya-kompozisiya rolu, iki süjet xəttinin – Anna və Levinin romanın bədii strukturunda qarşılıqlı əlaqəsi anlaşılmamışdır. Başqa sözlə – romanın bədii vahidliyini mühafizə edən L.N.Tolstoyun təbirincə desək, müasirləri həmin „daxildəki kilid”i görə bilməmişlər. Qarşınızdakı məqalədə “Anna Karenina” romanına L.N.Tolstoyun müasirlərinin yanaşma tərzi nəzərdən keçirilir.

Davamı →

Hüseyn Cavidə böhtan atan yazıçılar

Ədəbiyyatın ən ağrılı səhifələrindən biridir Cavid əfsanəsi. Romantik ədibin həyatı həqiqətən bir əfsanəyə bənzəyir. Dramaturgiyada mənzum faciə janrını yaratdığı kimi, taleyin qismətindən özünün şəxsi həyatı da faciələr içində keçib.
Milli səhnə mədəniyyətinə yeni istiqamət verən «Cavid teatrı»nın qızıl repertuarındakı "Şeyx Sənan", “Peyğəmbər”, «Topal Teymur»,"İblis", «Səyavuş», «Xəyyam» pyeslərində ədibin fəlsəfi düşüncələrinin əsas istiqaməti İdealla Reallıq arasındakı ziddiyyətlər, Həqiqət axtarışları, Xeyir və Şərin mübarizəsi, Mədəniyyət və Əxlaq problemləri idi.

Davamı →

Oğuz toponimikası və onun tarixi əhəmiyyəti

Azərbaycan folklorunun ideya əsası ən qədim dövrlərdən başlayaraq xalqın mənəvi mədəniyyət səhifəsini özündə birləşdirən folklor irsinin toplanması, araşdırılması və nəşri ilə də ciddi şəkildə bağlıdır. Yazıya alınmayan, hafizələrdə yaşaya-yaşaya zəmanəmizə qədər gəlib çatan folklor nümunələrinin xalq dilindən olduğu kimi götürüb tədqiq olunması çox mühüm şərtdir. Şübhəsiz, şifahi xalq ədəbiyyatının çoxvariantlılığı burada xüsusi diqqət mərkəzində saxlanılmalıdır.

Davamı →

İmadəddin Nəsiminin əsərlərində səs tərkiblərinin dəyişməsi

Azarbaycan ədəbi dilinin ümumxalq dili asasında formalaşması dövrünün ilk mərhələsini (XIII-XIV əsrlar) Nəsimi yaradıcılığı yekunlaşdırır. Onun fəaliyyəti ilə ədəbi-bədii dil özünün tarixi gücünü bütünlüklə nümayiş etdirir. Azarbaycan dilinin formalaşdığı bir dövrdə yaşayıb-yaradan Nəsimi adəbi dilimizin xüsusiyyətlərini əks etdirmiş, onun sabitlaşməsinə, inkişafına əsaslı təsir göstərmişdir. «Şair zəmanəsinin irəli sürdüyü problemləri həll etmək təşabbüsündə olmuş, ədəbi dilə xas olan keyfiyyətlari gözləmiş, xalq dili ilə özündən əvvəlki yazı dili arasında bir vəhdət yaratmış, onların vahid ədəbi normada birləşdirilmasində mühüm rol oynamışdır,»  Nəsimi leksikası üzərində geniş tədqiqat işi aparmış Cahangir Qəhrəmanov belə bir faktı bir daha təsdiq edir ki, «dilimizin milli xüsusiyyətini, onun orijinallığını özündə mühafizə edən leksik vahidlərin əksəriyyəti birinci növbədə feillərdən ibarətdir.

Davamı →

Türk ədəbiyyatının Qəribçiləri

Müasir Türk ədəbiyyatında cümhuriyyətin qurulmasından sonra, yəni 1923-cü ildən etibarən Qərbi Avropanın təsiri altında bir sıra şeir topluluqları formalaşmağa başlamışdır. Bu topluluqlardan biri də türk cəmiyyətində vacib və əhəmiyyətli ictimai-siyasi hadisələrin, sosial, mədəni dəyişikliklərin baş verdiyi zaman dilimində, XX əsrin ilk yarısında ortaya çıxan Qərib ədəbi cərəyanı və ya «birinci yeni şeiri”dir. Orxan Vəli Kanık, Oktay Rüfət Horozcu və Melih Cövdət Anday üçlüsünün təmsilçiliyi ilə yaradılan Qərib hərəkatı cümhuriyyət sonrası türk şeirinin dönüş nöqtələrindən biri hesab olunmuşdur.

Davamı →

 Çağdaş ədəbiyyatımızda Qarabağ

Azərbaycan ədəbiyyatında onlarla Qarabağ haqqında romanlar, hekayələr, şeirlər vardır ki, onların da bir çoxundan xəbərdarıq.  Onu da deyə bilərik ki, bu mövzu haqqında çox-çox əvvəllər də yazlmışdı. Məsələn, Xanlıqlar dövrünə nəzər salsaq Qarabağda kimlərin gözünün olduğunu görə bilərik. Ona görə də bu mövzu zaman-zaman ədəbiyyatda öz yerini tapmışdır.

Davamı →

Anna Qriqoryevna Dostoyevskayanın xatirələri

Fyodor Mixayloviçgildən qayıdanda ürəyimdə fərəh aşıb-daşırdı. Yadımdadır ki, evə qədər bütün yolu sevinc içində, yoldan ötənlərə fikir vermədən yüksək səslə deyirdim:
  – İlahi! Mən necə xoşbəxtəm! Görəsən, bu doğrudur? Görəsən, yuxu deyil ki? Doğrudanmı, Fyodor Mixayloviç mənim ərim olacaq?!
  Küçədəki adamların səs-küyü məni bir az bu fikirlərdən ayırdı və qohumumuzgilə qonaq getməli olduğumu xatırladım. Əmim oğlu Mixail Nikolayeviç Snitkinin doğum günü idi. Mən piroq almaqdan ötrü şirniyyat dükanına girdim. Ürəyim fərəhlə coşub-daşırdı. Hamı mənə xeyirxah və mehriban görünürdü, mən də hamıya xoş sözlər demək istəyirdim. Özümü saxlaya bilmədim və piroq satan alman qıza dedim:
Davamı →

Bədii ədəbiyyatda insan konsepsiyası

Ədəbiyyatın mərkəzi məsələlərindən biri və ən başlıcası insan problemidir. Bəşəriyyət bütün tarixi dövrlərdə maddi aləmi dərk etməklə yanaşı, həmişə özünü də dərk etməyə çalışmışdır. Özünüdərketmə prosesi  dünyanın dərk edilməsindən daha çətin olmuşdur. İnsanı dərk etməyə, onun daxili sirlərini açmağa xidmət edən təfəkkür formalarından ən güclüsü və ən uyğunu bədii ədəbiyyatdır. Ədəbiyyatın gücü və üstünlüyü insanı daha adekvat şəkildə əks etdirə bilməsidir. Əgər elm insanı dərk edərkən öz obyektini sxematikləşdirirsə, ədəbiyyat obrazlar vasitəsilə insanı real həyatdakına yaxın bir şəkildə qavrayır.

Davamı →

Mövlana kimdir

Dünyanı özünə valeh etmiş Mövlana! Əslində haqqında cild-cild kitablar yazılıb. Hədəf və ideyaları mütəfəkkirləri uzaq üfüqlərə aparmış, amma yenə də fəth edilməmiş qütb ulduzu kimi parlamaqdadır. İlahi eşq fədaisi olan Mövlana haqqında tarix kitabları müxtəlif sözlərlə zəngindir. Kimisi onu kafir, kimisi haqq yolçusu, kimisi sadə şair kimi tanımışdır.

Davamı →