Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

Dramaturgiya Haqverdiyevin simasında özünün ən istedadlı nü­ma­yən­dələrindən birini tapdı

Dünyanın ən qədim, zəngin və rəngarəng sahələrindən biri olan Azərbaycan mək­təb və pedaqoji fikir tarixində özünə layiqli yer tutan Əbdürrəhim bəy Haqverdiyevin “Hacı Daşdəmir”, “Dağılan tifaq”, “Bəxtsiz ca­van”, “Pəri cadu”, “Millət dostları”, “Kimdi müqəssir?”, “Ac həriflər”, “Xəyalat”, “Qa­dın­­­lar bayramı”, “Ağac kölgəsində”, “Köhnə dudman”, “Çox gözəl”, “Padşahın mə­həb­bə­­ti”, “Sağsağan”, “Ağa Məhəmməd şah Qacar” və başqa dram əsərləri şirin dili, mə­na­lı gülüşü, aydın təşbihləri, dərin mə­na­sı, yüksək ideyası ilə oxucunun nəzərini cəlb edir.
Davamı →

Müəllimə işləyən bacısına Mikayıl Müşfiqə görə atılan şər

Bu gün Azərbaycan estetik poeziyasının ən güclü nümayəndələrindən olan nakam taleli şair Mikayıl Müşfiqin anım günüdür. 1908-ci ilin bu günündə anadan olmuş şair qısa ömür yaşamasına baxmayaraq, çağdaş Azərbaycan poeziyasının banilərindən birinə çevrildi. Təsadüfi deyil ki, Müşfiqin anadan olduğu tarix Azərbaycanda Şairlər Günü kimi qeyd olunur.
Böyük şairin anım günü münasibətilə təqdim etdiyi bu yazıda Müşfiqin ədəbiyyatdakı pasportuna çevrilən nakam taleyinin bir neçə epizoduna toxunub.

Davamı →

Aşıq Ələsgər ocağındakı sirli ölüm

Aşıq Ələsgər məktəbinin yetişdirdiyi ən istedadlı aşıqlardan olan Növrəs İmanlıdan söz açmaq istəyirik.
29 il yaşamış aşıq Növrəs İmanın həyatı haqda maraqlı faktları təqdim edirik:
Növrəs İman Məşədi Saleh oğlu 1903-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Atası Məşədi Saleh Aşıq Ələsgərin qardaşıdır.
İman təhsilini Göyçənin Hüseynquluağalı kəndində molla məktəbində alıb. Onun çox zəkalı bir uşaq olduğunu görən atası Məşədi Saleh oğlunu vaxtından əvvəl mollaxanaya qoyub. İman molla məktəbində təhsil alarkən dövrünün məşhur dini-ədəbi tarixi kitablarını oxuyaraq özünü daha da təkmilləşdirib.
Davamı →

Ən yüksək şəkildə anılmağa layiq şair

Qarşımda «Ulduz” jurnalının yenicə çapdan çıxan xüsusi buraxılışı var. Bu say 20-ci yüzilliyin əvvəllərində Azərbaycan poeziyasında romantizmin ədəbi cərəyan kimi formalaşmasında mühüm xidmətləri olan, „Füyuzat” ədəbi məktəbinin görkəmli nümayəndəsi, istedadlı şair və publisist Məhəmməd Hadinin yaradıcılığına və şəxsi həyatına həsr edilib.
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu ilin 5 dekabrında Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Davamı →

Atatürkü ağladan mahnı, talan olan diyar

“Şəhid” deyəndə birbaşa güllə qabağında şəhid olanlardan getməyəcək söhbət. Onlar haqqında da layihələrimiz var, amma bu layihə el-oba, vətən yolunda elmi, sənəti, düşüncəsi ilə mübarizə aparıb, bu yolda fəda olanlar haqqındadır.
Əhməd Cavaddır… həmin o imzası fəxri adı olan, türk dünyasının oğlu Əhməd Cavad.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.
Davamı →

Yaşamaq gözəl şeydir, qardaşım

XX əsr dünya ədəbiyyatının ən böyük şairlərindən olan Nazim Hikmət təkcə türk xalqının deyil, bütün Şərq xalqlarının poeziyasına misilsiz təsir göstərib, şeirdə yeni yollar açmış novator sənətkar, əsrin klassikidir. O, özünün romantik ruhlu, coşqun pafoslu, dərin məzmunlu əsərləri ilə müasir türk ədəbiyyatının inkişafına böyük təkan verib. Nazim Hikmət həm mübariz ictimai xadim, həm də istedadlı şair və dramaturq idi. Lakin poeziya onun yaradıcılığının ana xəttini, istedadının ən qüvvətli istiqamətini təşkil edirdi.

Davamı →

Ədəbiyyatın əbədiyaşarlıq ünvanı

Yaratdığı əsərlərlə oxucunu düşündürmək, hisslərinə hakim kəsilmək, onu gözəlliklər aləminə çəkib aparmaq, haqq-ədalət uğrunda mübarizəyə ruhlandırmaq, həqiqətin tapılmasında hər kəsə yardımçı olmaq kimi ali keyfiyyətlər az-az qələm sahibinə nəsib olur. Dərin məna tutumu, ictimai fikrə hakim kəsilmək gücü ilə bir-birini tamamlayan, XX əsr Azərbaycan cəmiyyəti həyatının bütün sahələrini güzgü kimi əks etdirən aktual əsərləri ilə xalqın məhəbbətini qazanan İlyas Əfəndiyev belə xoşbəxt taleli sənətkarlardandır.

Davamı →

Vətənpərvərlik haqqında o məşhur ifadə

Yaratdığı əsərlərlə oxucunu düşündürmək, hisslərinə hakim kəsilmək, onu gözəlliklər aləminə çəkib aparmaq, haqq-ədalət uğrunda mübarizəyə ruhlandırmaq, həqiqətin tapılmasında hər kəsə yardımçı olmaq kimi ali keyfiyyətlər az-az qələm sahibinə nəsib olur. Dərin məna tutumu, ictimai fikrə hakim kəsilmək gücü ilə bir-birini tamamlayan, XX əsr Azərbaycan cəmiyyəti həyatının bütün sahələrini güzgü kimi əks etdirən aktual əsərləri ilə xalqın məhəbbətini qazanan İlyas Əfəndiyev belə xoşbəxt taleli sənətkarlardandır.
Bu gün nasir, dramaturq, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 106 il ötür.
Davamı →

Böyük Azərbaycan şairi Nizami Gəncəvi

Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi böyük ədəbi şəxsiyyətlərdən biri olan görkəmli şair və mütəfəkkir Nizami Gəncəvi ölməz əsərləri ilə dünya şöhrəti qazanmışdır.
Nizami Gəncəvinin adı dünya ədəbiyyatının ən görkəmli klassikləri sırasında çəkilir. Şərqdən doğan ədəbiyyat günəşi olan Nizami Gəncəvi (1141-1209) özünün böyük və əbədiyaşar sənəti ilə bütün bəşəriyyətə məxsus qüdrətli ədəbi şəxsiyyətdir. Böyük Azərbaycan şairi Nizami Gəncəvi də Dante, Servantes, Şekspir, Əbdürrəhman Cami, Əlişir Nəvai, Məhəmməd Füzuli, Balzak, Viktor Hüqo kimi mənsub olduqları xalqın milli iftixarı olan sənətkar olmaqla bərabər, həm də dünya ədəbiyyatını yüksək səviyyədə təmsil edir.

Davamı →