Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

Ruslan Mollayev "Çobanyastığı" qısa hekayə

          Dəqiq xatırlayıram: qatar tələsmədən kəndimizə yaxınlaşırdı. Arabir yol boyu şaxələnən ağacların kölgəsi üzümüzə düşürdü. Baxanda adama elə gəlirdi, sanki günəş üzümüzə düşən qara ləkələri silir. Bu dəfə pəncərədən sevinc hissi ilə baxırdıq, çünki müharibədən xilas olmuşduq! Əkin sahəsində ətəklərini qatlamış qızlar bizi görüb əl elədilər. Onların içində özümüzlə gətirə bilmədiyimiz əsgərlərin sevgililəri də vardı. Bunu başlarını qaldırmadan işlərinə davam etmələrindən bildik.
— Uşaqlar! — deyib, digər əsgərləri də çağıraraq bütün nəfəslikləri açdıq: şehlənmiş gül qoxusu, sərin külək qarışıq, vaqonlara doldu...

03.05.2020





Davamı →

Atatürkün arzusunu yerinə yetirdiyi şuşalı qız

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs Azərbaycan və Türkiyənin X əsr ictimai-siyasi tarixinin ən məşhur simalarından biridir. Sürəyya Ağaoğludan danışırıq.
Sürəyya Ağaoğlu – azərbaycanlı vəkil və yazar, Türkiyənin ilk qadın vəkili və qadın haqları müdafiəçisi.
Sürəyya Ağaoğlu 1903-cü ildə Azərbaycanın Şuşa şəhərində doğulub. Atası Əhməd bəy Ağaoğlu Azərbaycanın görkəmli ictimai-siyasi xadimidir, anası Sitarə xanımdır. Sürrəyya xanımın uşaqlığının çox az bir qismi Şuşa şəhərində keçib. O, beşuşaqlı ailənin ən böyük övladı idi. Sürəyya xanım həm də pedaqoq və millət vəkili Tezer Taşkıran, mühəndis və iş adamı Əbdürrəhman Ağaoğlu, siyasətçi, filosof və hüquqşünas Səməd Ağaoğlunun bacısıdır.
Davamı →

Osip Mandelştam

Rus ədəbiyyatında Şair və çar arasında dramatik qarşıdurmalar dəfələrlə yaşanıb, bu baxımdan Puşkinlə I Nikolayın münasibətlərinin tarixçəsini xatırlamaq kifayətdir – imperator birinci şairin şəxsi senzoruna çevrilmiş, polis nəzarəti ayırmışdı. Onun hətta xaricə getməsinə də izn vermirdi və s.
Lakin elə həmin imperator jurnal nəşr etmiş, şairdən dueldə iştirak etməməsi barədə vəd almış, Puşkin ölümcül yaralı olduğu zaman həkim yollamış, çoxuşaqlı ailəsini maddi cəhətdən təmin etmişdi.
Davamı →

Kömürçü oğlunun müəmmalı ölümü

Cəfər Cabbarlı 35 illik qısaca həyatında 35 insanın görə biləcəyi işi görüb Azərbaycan üçün. Yaşasaydı, daha nələr edə bilərdi… Və 35 illik həyatının hər anı elə şəhid həyatıdır. Bu düha qısnaqlar, sıxıntılar, əzablar, tənələr içində deyil, sakit, rahat həyat sürüb yaradıcılığı ilə məşğul olsaydı, qoyub getdiklərindən beş artıq əsər, iş qalardı ondan. Şair, nasir, dramaturq, ssenarist, teatrşünas, kinoşünas, tərcüməçi, jurnalist, aktyor, rejissor – daha hansı sahəni sığışdırardı o 35 illik qırıq ömrünə.

Davamı →

Yusif Vəzir Çəmənzəminli ilə Əlimərdan bəy Topçubaşı arasındakı qarşıdurmanın əsl səbəbi

Rusiyanın hüdudlarını tərk edərək 1922-ci il dekabrın sonunda İstanbula gələn Məhəmməd Əmin  Rəsulzadə Azərbaycan siyasi mühacirətinin Türkiyədə təşkilatlanması işinə praktiki olaraq sıfırdan başlamalı oldu. Çünki həmin dönəmdə İstanbulda Azərbaycan mühacirətinin heç bir nüfuzlu təşkilatı yox idi, mövcud təşkilatlar isə iflic vəziyyətində idi. Məhz bunu nəzərdə tutaraq M.Ə. Rəsulzadə yazırdı ki, “1922-ci ilin sonunda İstanbula gəldiyim günlərdə oradakı Azərbaycan icmasında qarşılaşdığım mənzərə heç də gözləmədiyim bir fəlakət səviyyəsindəydi”.
Davamı →

Məktəbdə başlanan böyük məhəbbət, birgə keçilən maarifçilik yolu

22iyul Azərbaycanda Milli Mətbuat Günüdür. 1875-ci ilin bu günündə ilk mətbu orqanımız olan “Əkinçi”nin birinci nömrəsi işıq üzü gördü. Bu işdə Azərbaycan jurnalistikasının banisi Həsən bəy Zərdabinin xidmətləri çox olub. Onun hansı çətinliklər hesabına bu qəzeti yaratmasından danışmaq isə artıq olar.
Amma bütün bu işlərdə onun ən yaxın köməkçisi həyat yoldaşı Hənifə xanım Abayeva olub. Tanış olduqları ilk gündən (1872), Zərdabi vəfat etdiyi günə qədər (1907) Hənifə xanım hər bir işdə ona yardımçı olub. Əlindən gələn köməyi əsirgəməyib.
Davamı →

Nitsşenin Fövqəlinsanı

İnsan heyvan və fövqəlinsan arasında bərkidilmiş kəndirdir – uçurum üzərində asılmış bir kəndir.
Çox zaman super-insan (superman) və fövqəlinsan (ali insan) kimi tərcümə edilən “Übermensch” termini Nitsşe tərəfindən ixtira edilməmişdir. “Hyperanthropos” anlamına qədim yunan yazıçısı Lukianın əsərlərində rast gəlinə bilər. Alman dilində isə sözügedən ifadə Nitsşedən öncə Müller, Herder, Novalis, Hayne (Heine) və xüsusən Göte tərəfindən Faust əsərində istifadə edilmişdir. Amerikada Ralf Valdo Emerson (Ralph Waldo Emerson) ali ruh (oversoul) barədə yazmış və ehtimal ki, onun zadəgan xarakterli, özünə inamlı “Üst-insan” obrazı (“Beyond-man”) Nitsşenin fövqəlinsan ideyasına ən böyük (Götenin Faustu istisna olmaqla) təsiri göstərmişdir. Nitsşe isə öz növbəsində, yuxarıda göstərilmiş bütün mənbələr ilə olduqca yaxşı tanış idi.
Davamı →

Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim

Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində xüsusi mövqeyə malik nüfuzlu mütəxəssis və dərin erudisiyalı alim kimi geniş şöhrət qazanan akademik Həmid Araslı çoxsaylı araşdırmaları ilə respublikada ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verib. Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilməsi və dolğun mənzərəsinin yaradılması onun mühüm elmi nailiyyətlərindəndir.
AZƏRTAC xəbər verir ki, fevralın 23-ü görkəmli ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru, akademik Həmid Araslının doğum günüdür.
Davamı →

Xalq şairi Cabir Novruz

Neçə vaxtdır, “Həyat sən nə qəribəsən” deyib, şerlərində bizi həyatın qəribəliklərinin seyrinə daldıran, “Sızlar yada düşəndə ürəyimin telləri, o mehriban, o əziz tələbəlik illəri” deyib, hamımızı o gözəl tələbəlik illərinə qaytararaq bizdə nostalji hisslər yaşadan, “Kaş millətdə ruh yaşasın” və ya “Özünü qoru, xalqım” deyib, xalqda vətənpərvərlik hissləri aşılayaraq, onları daim ayıq- sayıq olmağa, torpaqları qorumağa səfərbər edən, “Tələsin insanlar əldən tutmağa, tələsin ömür edib sən yaşamağa” deyib insanları yaxşılıq etməyə, ülviyyətə səsləyən, “Həm həqiqət, həm əfsanə, məhəbbət” deyərək bizi saf, ülvi məhəbbətə çağıran bir şairimiz -Xalq şairi Cabir Novruz üçün qəribsəmişik.Vəfatından illər keçsə də, heç vaxt unudulmur, daim xatırlanır.
Davamı →

Türkün nəğməsi | Məhəmməd Hadi

O, türk, Şərq və Avropa ədəbiyyatlarını, fəlsəfəsini dərindən mənimsəmiş və bütün bu təsirləri şeirlərində yaradıcı şəkildə əks etdirərək orijinal şair kimi ədəbiyyat tariximizdə özünə layiq yer tutmuşdur.
Türkün nəğməsi
Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Dörd ildə verilmiş bu qədər can hədər olmaz,
Məfkurə yolunda tökülən qan hədər olmaz.
Davamı →