Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

Məhmət AkifF Ərsoy

Məhmət Akif XX əsrin ən böyük türk şairidir. Mən bir zamanlar Azərbaycan milli marşını yazmaq fikrinə düşdüm. Bunun üçün dünyanın nə qədər milli marşı varsa, hamısını diqqətlə oxudum, təhlil etdim. Nəhayət, qərara gəldim ki, Məhmət Akifin yazdığı milli marşa bərabər milli marş yoxdur. Hələ onun “Çanaqqala şəhidləri” şeirini demirəm. Dünyaya şəhidi ondan gözəl təsvir edən ikinci bir şair gəlməmişdir.
İSTİQLAL MARŞI
Qorxma, sönməz bu şəfəqlərdə süzən al bayraq;
Sönmədən yurdumun üstündə yanan ən son ocaq.
O mənim millətimin ulduzudur, parlayacaq;
O mənimdir, o mənim millətimindir ancaq.
Davamı →

Saib Təbrizi

Saib Təbrizi — XVII əsrdə yaşamış, mənşəcə Azərbaycan türklərindən olan, Azərbaycan türkcəsi və fars dilində yazıb-yaradan klassik Azərbaycan ədəbiyyatının ən tanınmış nümayəndələrindən biri.
Mirzə Məhəmməd Əli Saib Təbrizi 1601-ci ildə Təbriz şəhərində doğulmuş və ibtidai təhsilini də burada almışdır. Atası Mirzə Əbdürrəhim tacir idi və məşhur təzkirəçi Nəsrabadinin yazdığına görə, dərin etibar qazanmışdı. Ata babası Şəms əd-Din Məhəmməd Təbrizi bütün şərq dünyasında «Qələmi şirin» adı ilə tanınmış çox mahir xəttat idi.
Davamı →

Yəhudiləri sevməyən, milisdən qorxan Yesenin

Yeseninin Müasirləri onu təkcə Rusiyanın ən tanınan şairlərindən biri kimi deyil, adlı-sanlı qalmaqalçı kimi də tanıyırdılar. Onun çıxardığı oyunlar haqqında söz-söhbətlər yaradıcılığından öndə gedirdi.
Yesenin və yəhudilər
Yesenin düşüncəsində ən problemli mövzulardan biri yəhudilərə münasibət idi. Şair dəfələrlə antisemitizmdə ittiham olunmuşdu. Moskvada yaşadığı dövrdə Yesenin barəsində 13 dəfə cinayət işi açılmışdı. Xuliqanlığı və davaları ilə bağlı işlərini çıxsaq yerdə qalan cinayət işlərinin əsasında şairin yəhudilər haqqındakı fikirləri dayanırdı. Hətta “yəhudi məsələsi”nə görə şairlə yanaşı Qanin, Oreşin və Klıçkov adlı üç dostu yoldaşlıq məhkəməsinə verilmişdilər.
Davamı →

İmadəddin Nəsiminin yaradıcılığına nəzər

XIII-XIV əsrlərdə baş vermiş mühüm ictimai-siyasi və tarixi hadisələr Azərbaycanda sabitliyin pozulmasına səbəb oldu. Çingiz xanın yürüşlərinin vurduğu yaralar sağalmamış Toxtamışın, Teymurun basqınlarına məruz qalan Azərbaycan böyük itkilər verdi. İşğalçılara qarşı vaxtaşırı baş verən üsyanlar insan qırğınına, şəhər və kəndlərin dağılmasına səbəb olurdu. Yerindən-yurdundan didərgin düşən əhali başqa ölkələrə üz tutur, xəstəlik, aclıq və ölümlə qarşılaşırdı.

Digər tərəfdən, orta əsrlərdə hakim olan ideologiyanın ağır təzyiqləri XIV- XV əsrlərdə açıq və gizli mübarizə üçün zəmin oldu. Müxtəlif təriqətlərin, cərəyanların yaranmasının bir mühüm səbəbi də məhz bu idi.


Davamı →

Şah İsmayıl Xətai - Bir söz

Sözünü bir söyləyənin
Sözünü edər sağ bir söz.
Pir nəfəsin dinləyənin
Yüzünü edər ağ bir söz.

Söz vardır kəsdirər başı,
Söz vardır kəsər savaşı,
Söz vardır ağulu aşı
Bal ilən edər yağ bir söz.

Xalq şerinin bayatı şəkli də Xətainin məhəbbətlə, məharətlə müraciət etdiyi formalardandır. Şair bayatılarının axıcılığına, yığcamlığına, atalar sözləri və xalq məsəlləri kimi aforistik məna daşımasına xüsusi diqqət yetirmişdir:

Xətai, işin düşər,
Gəlib-gedişin düşər.
Dişləmə çiy loğmanı,
Yerinə dişin düşər.
Davamı →

Oğul | İsi Məlikzadə

  — Görəsən, bu uşaq harada qaldı?
Arvad cavab əvəzinə köksünü ötürdü. Fərrux yorğanı üstündən atıb dikəldi. Ayaqlarını çarpayıdan salladı. Xeyli sükutdan sonra üzünü yanında uzanmış arvadına tutdu:
— Əminə, sən də bilmirsən Tahir bu vaxtacan haralarda gəzir?
Əminə yorğanın altında büzüşüb böyrü üstə çevrildi.
— Bilmirəm, kişi, bilmirəm.
— Bəs niyə xəbər almırsan?
— Deyir, yoldaşlarımnan imtahana hazırlaşıram.
Davamı →

Mikayıl Müşfiq

Şair Mikayıl Müşviq (İsmayılzadə Mikayıl Əbdülqadir oğlu) 1908-ci il iyunun 5-də Bakının Xızı kəndində ziyalı ailəsində dünyaya gəlmişdir. Hələ ay yarım olarkən anasını, 6 yaşında isə atasını itirən Mikayıl bacı və qardaşları ilə birlikdə yetim qalmış, yaxın qohumlarının himayəsində böyümüşdür. Onun atasi Mirzə Qədir İsmayılzadə “Səadət” məktəbində müəllim işləməklə yanaşı “Vüsaqi” təxəllüsü ilə şerlər yazırdı. Yeri gəlmişkən, böyük bəstəkar M.Maqomayev “Şah İsmayıl” operasını Mirzə Qədirin eyni adlı poeması əsasında yaratmışdır.

M.Müşfiqin tərbiyəsinə nənəsi Qızqayıt böyük tə`sir göstərmişdir. O, çoxlu nağıl, əfsanə, xalq şerləri və mahnıları, bayatı və laylaları əzbər bilirdi. M.Müşviq ibtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almış sonra təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və adəbiyyat fakültəsində davam etdirmişdir (1927-1931).


Davamı →

Qədim dövr Azərbaycan ədəbiyyatı

Qədim dövrlərdə geniş coğrafi ərazidə yayılmış türk xalqlarının ədəbiyyatı ortaq səciyyə daşımış, Azərbaycan ədəbiyyatı ümumtürk ədəbiyyatının tərkib hissəsi kimi yaranmışdır. Qədim dövrlərə getdikcə türk ədəbiyyatları arasında dil, üslub, obraz baxımından ümumiliyin, əlaqənin daha güclü olduğunu görmək olur. Qədim türk bədii düşüncə nümunələrini bizə ilk tanıdan Çin qaynaqlarıdır. Çin dilinə tərcümə olunmuş, eradan əvvəl II əsrə aid nümunələr — şeir parçaları ideya-məzmununa görə bugünkü türkü düşündürür, onda həzin, hüznlü ovqatın yaranmasına səbəb olur. Bu parçalarda ifadə olunmuş hiss-düşüncə min il sonra Orxon-Yenisey abidələrində təkrar olunur, türkün öz dilindən eşidilir, türkün öz əlifbasında, yazısında oxunur.


Davamı →

Ədəbiyyat terminləri lüğəti

Ahəng  — eyni ölçülü səslərin növbələşməsi, təkrarlanması və bir-birini izləməsidir. Ölçü, qafiyə, bölgü, rədif şeirdə ahəng yaradan əsas vasitələrdir.

Alleqoriya  — yunan sözüdür, rəmzlə danışmaq deməkdir. Alleqoriyada fikir şəxsləndirilmiş obrazlar: heyvanlar, quşlar, cansız əşyalar, bitkilər və s. vasitəsilə çatdırılır. Məsələn, Füzuli “Söhbətül-əsmar” poemasında bağ, bostan bitkilərini canlandırma yolu ilə mənsəb, şöhrət düşkünü olan insanları tənqid etmişdir.

Bədii sual  — bəzən əsərdə fikir sual şəklində ifadə olunur. Bu, hər hansı məlumatı öyrənmək üçün qurulan sual cümləsindən fərqli olaraq, emosionallığı artırmaq, fikrin daha qabarıq ifadəsinə nail olmaq məqsədi daşıyır. Bədii sualdan lirik əsərlərdə daha çox istifadə olunur.


Davamı →

Şifahi xalq yaradıcılığı

Xalqımızın zəngin şifahi ədəbiyyatı vardır. Söz sənətimizin ilk örnəkləri qədim dövrlərdə yaranmış, dildən-dilə, ağızdan-ağıza keçərək yaşamış və zənginləşmişdir. Şifahi xalq ədəbiyyatına folklor da deyilir. İngilis dilindən götürülmüş bu termin - folk  — xalq, lore isə bilik, hikmət (xalq müdrikliyi) anlamındadır.

Azərbaycan xalqının yüzillər boyu yaratdığı şifahi xalq ədəbiyyatı onun tarixi, mədəniyyəti, mənəviyyatı, həyat tərzi, adət-ənənələri haqqında zəngin məlumat verən əsas qaynaqlardan hesab olunur. Folklor nümunələri xalq zəkasının qüdrətini, bədii təfəkkürünün gücünü parlaq əks etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir. Bu sənət inciləri janr əlvanlığı, dil-üslub aydınlığı, poetik tutumu və xəlqiliyi ilə seçilir. Şifahi ədəbiyyatda xalqımızın insan taleyi ilə bağlı düşüncələri, vətənpərvərliyi, humanizmi, arzu və istəyi, sevgisi, nifrəti, müxtəlif tarixi dönəmlərdə üzləşdiyi mühüm ictimai-siyasi hadisələrə münasibəti geniş bədii əksini tapmışdır.


Davamı →