Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

Günəş, qoca və gənc qız | Vasili Şukşin

Günlər ağ işıqla yuyunurdu. Torpaq cadar-cadar olmuş, ağaclar isə od tutub yanırdı. Quru otlar ayaq altında qalıb xışıldayırdı. Sərin mehsə ancaq axşamlar əsirdi. Həmin vaxt sürətlə axan Katunya çayının kənarında qoca bir adam peyda olar, eyni yerdə – kötüyün üstündə oturar, günəşə baxardı. Axşamüstü günəş daha böyük və qırmızımtıl olar, dağların arxasına çəkilərdi. Qoca tərpənmədən elə hey oturardı. Qorxunc və qəhvəyi rəngli büzüşmüş əllərini dizlərinin üstünə qoyardı. Üzü qırış-qırış, gözləri donuq idi. Boynu nazik, başı isə yekə idi. Mavi rəngli çit köynəyinin altından kürək sümükləri çölə çıxırdı.

Bir gün qoca yenə də beləcə oturarkən arxadan səs eşidildi:
– Salam baba! Qoca başını yellədi. Əlində yastı çamadan olan qız qocanın yanında oturdu.
– Dincəlirsiniz? Qoca yenə başını yelləyib qıza baxmadan dedi:
Davamı →

Əmanət saxlamaq haqqında | Qabusnamə

Ey oğul, bir adam sənə əmanət versə, qətiyyən götürmə, elə ki, götürdün, möhkəm saxla. Əmanət saxlamaq bəladır, çünki onun nəticəsində üç haldan başqa bir şey ola bilməz. Əgər bu əmanəti ona geri qaytarmalı olsan, Allah-Taalanın nazil etdiyi: “Əmanətləriyiyələrinə qaytarın” hökmünü yerinə yetirmiş olarsan. Comərdlik vəkişilik odur ki, əmanəti qəbul etməyəsən, qəbul etsən, qoruyub sağ-salamat sahibinə qaytarasan.

Hekayət.Belə eşitmişəm, bir kişi səhər alaqaranlıqda evdən çıxıb hamama gedərkən yolda öz dostuna rast gəlir və deyir: “Mənimlə hamama getmək istəyirsənmi?” Yoldaşı deyir: “Hamamın qapısına qədər sənə yoldaşlıq edə bilərəm, lakin hamama gedə bilmərəm, işim var”. Hamamın yaxınlığına qədər bir yerdə gedirlər. Yol ayrıcına çatdıqda dostu xəbərdarlıq etmədən geri dönüb başqa tərəfə gedir.
Davamı →

Yuxular | Aleksandr Kuprin

I

Uşaqlıqda olduqca qəribə bir yuxu məni tez-tez ziyarət edirdi. Əksərən pəncərədən uzun müddət küçəyə baxdığım ərəfələrdə baş verən bu hadisə zamanı adamlar ora-bura qaçışır, görüşür, bir-birinin yanından keçərkən dayanır, gülümsəyir, bir-birinə əl yelləyirdi. İtaətkar atlara qoşulu ekipajlar guruldayır, qadınlar, kişilər, uşaqlar, itlər – bütün bu sadaladıqlarım dayanmadan, saatlarla küçədə axın edirdi.

Elə həmin zaman mənə elə gəlməyə başladı ki, insanların özlərini qayğıkeş, tələskən, biganə və yad göstərməsinə səbəb xatırlamaq hissini yadırğayaraq, hansısa böyük, nəhəng və əzəmətli nəyisə unutmalarıdır. Düşünürdüm ki, tezliklə o gün yetişəcək – qısa, ani bir zaman ərzində, unudulmuş hansısa yeganə və gözəl hadisə bütün dünyaya yayılacaq və hər kəs olduğu yerdə dayanacaq. İnsanlar, evlər, kaminlər, səmadakı buludlar, hamı, hər şey – canlı, cansız təəccüblə baxacaq, susacaq və dinləməyə başlayacaq. Və həmin zaman Məhşərə çağıran Mələyin suru dünyanın üzərində çalınacaq.
Davamı →

Mal-dövlət toplamaq qaydaları haqqında | Qabusnamə

Ey oğul, bir şey ələ gətirmək mümkünsə, fürsəti fövt etmə, lakin şey üstündə özünü təhlükəyə də vermə. Səy et, hər şeyi özünə layiq, ən yaxşı üsulla ələ gətir. Elə ki gətirdin, möhkəm saxla, heçə-puça xərcləmə, əldə saxlamaq, ələ gətirməkdən çətindir. Xərcləmək lazım gəldikdə çalış, onun əvəzini tez yerinə qoy, əgər hey götürüb əvəzini yerinə qoymasan, Qarun dövləti də olsa, qurtarar. Lakin ona çox da könül salma, əbədi hesab etmə ki, bir gün sona çatdıqda kədərlənməyəsən.

Deyiblər ki: ”Bir şeyi düşmənə qoyub getmək, onu dostdan xahişlə istəməkdən yaxşıdır”. Bir şeyi bərk-bərk saxlamaq onu bərk axtarmaqdan məsləhətlidir. Azda olsa, hər şeyi saxlamağı vacib bil, çünki azı saxlamağı bacarmayan, çoxu da saxlaya bilməz. Öz işini başqalarının işindən üstün tut, kahıllıqdan utan, kahıllıq bədbəxtliyin şagirdidir. Zəhmətdən əmələ gəlir. Görmürsənmi, əmək nemət yaradır, tənbəllik isə dövlət dağıdır?!
Davamı →

İvan Andreyeviç Krılov

KrılovBöyük rus şairi İvan Andreyeviç Krılov 1768–ci il fevralın 13-də Moskva şəhərində anadan olub. O, sistemli təhsil almış, müstəqil olaraq ədəbiyyatı, riyaziyyatı, fransız və italyan dillərini öyrənib. On dörd yaşından yaradıcılığa başlayıb və bir çox satirik əsərlər yazmış. 1782-ci ildə 14 yaşında əyalət mülkədarlarının adətlərini təsvir edən «Qəhvədan» adlı komik operasını yazmışdır.

İvan Andreyeviç Krılov 1786-1788-ci illərdə «Quduz ailə», «Yazıçı dəhlizdə», «Dəcəllər» adlı komediyalarını yazmışdır. Jurnalistlik fəaliyyətinə 1792-ci ildə yazdığı «Qaib» povesti ilə başlamışdır. Krılovun satiraları II Yekaterinanın narazılığına səbəb olduğundan o, bir müddət ədəbi fəaliyyətdən əl çəkmiş və əyalətdə gizlənmişdi. Onun 1807-ci ildə yazdığı «Moda dükanı», «Qızlara nəsihət» komediyaları, "İlya Muromets" komik operası şöhrət qazanmışdır. 
Davamı →

Döyüş haqqında | Qabusnamə

Ey oğul, döyüş meydanında olsan, orada yavaş tərpənib süstlük göstərmək yaramaz. Düşmən sənə üstün gəlib axşam xörəyi yeməmişdən əvvəl, sən ona qələbə çalıb səhər çayını iç. Döyüşün ortasına düşmüş olsan, özünü itirib canından qorxma, gorda yatmalı olan adam heç bir vəchlə evdə yata bilməyəcək, necə ki, təbəri dilində mən demişəm:

Heç qorxusu yoxdur düşmən olsa şir,
Bilmərəm dünyada mən qorxu nədir.
Nə gözəl demişdir o ağıllı pir:
“Öləsi adama ev olar qəbir!”

Həmin mənanı farsca da deyirəm ki, hamıya məlum olsun:

Açıq ya da gizli şir olsa düşmən,
Şirə sən şəmşirlə cavab ver həmən.
Gorda tək yatmağa məhkum olsan sən,
Evdə nigarınla yata bilməzsən!
Davamı →

Pyotr Pavloviç Yerşov

Rus şairi, yazıçı, dramaturq Pyotr Pavloviç Yerşov 1815-ci il fevralın 22-də Tobolsk quberniyasının Bezrukovo kəndində məmur ailəsində anadan olmuşdur. 1824-cü ildə valideynləri Pyotr və qardaşı Nikolayı Tobolska oxumağa göndərir və onlar gimnaziyanı bitirəndə ataları Peterburqa təyinat alır və hər iki qardaş Peterburq Universitetinə daxil olur.

Tələbəlik illərində Yerşov rus dilşünaslığı üzrə professor Pyotr Pletnyovla yaxınlaşır, Vasili Jukovski və Aleksandr Puşkin ilə tanış olur. “Qozbel at” nağılı kimi İlk iri əsərini məhz onların mühakiməsinə verən 19 yaşlı tələbə cavabında Puşkindən “Artıq mən bu tip əsərləri yazmaya bilərəm” ifadəsini eşidir. 

1836-cı ilin yayında vətənə qayıdan Yerşov əvvəl Tobolsk gimnaziyasında müəllim, sonra isə inspektor və direktor işləmişdir.
Davamı →

Anna Axmatova

Aнна AхматоваRus ədəbiyyatının klassiki hesab olunan rus şairəsi, yazıçısı, ədəbiyyatşünası, tərcüməçisi Anna Axmatova (Qorenko) 1889-cu il iyun ayının 11-də Odessada, təqaüddə olan gəmi mühəndisinin ailəsində doğulub.

Anna ilk şeirini 11 yaşında yazıb. Atası ona şeirlərini Qorenko familiyası ilə nəşr etdirməyi qadağan etdiyindən, Anna ulu ana nənəsi Praskofya Fedoseyevna Axmatovanın qızlıq familiyası ilə şeirlərini çap etdirməyə başlayıb. Qeyd edək ki, ulu nənəsi Praskofya Axmatovanın ana tərəfi qədim tatar knyazları Çaqadayevlərin və məşhur dvoryan nəsli Axmatovların nəslindən idi.

İlk şeirləri 1911-ci ildə «Novaya jizn», «Apollon» və «Russkaya mısl» jurnallarında dərc edilib və böyük maraqla qarşılanıb. 
Davamı →

Çövkan oyunu haqqında | Qabusnamə

Ey oğul, bil, əgər çövkan oynamaqdan həzz alsan, çox oynamağı özünə adət etmə, çox adamlar çövkan oynamaqdan zərər görüblər.

Hekayət. Belə deyirlər ki, Əmr Leysin bir gözü kor imiş. Xorasan əmiri olduqdan sonra bir dəfə çövkan oynamaq üçün meydana gedir. Onun Əzhər Xər adlı bir sərkərdəsi var imiş, gəlib onunatının cilovundan tutur və deyir: “Qoymaram səni top vurub çövkan oynayasan”.
Davamı →

Eşqbazlıq və onun qaydaları haqqında | Qabusnamə

Aşiq olmaq barədə bil, ey oğul, kimin təbiəti zərif olmasa, o aşiq ola bilməz. Eşq təbiətin zərifliyindən doğur, zəriflikdən doğan hər şey isə, şübhəsiz, zərif olar. Odur ki, deyiblər:Təbiət lətif olduqda, məlum şeydir ki, o, zərif təbiətə qoşulmağa meyl göstərəcəkdir.

Bu eşqdir, incəlik, lətiflik istər,
Hər yerdə özü tək zəriflik istər.

Görürsənmi, cavanlar qocalara nisbətən daha tez aşiq olurlar. Çünki cavanların təbiəti qocalarınkına görə daha incədir. Kobud təbiətli bədniyyət adam aşiq ola bilməz. Bu elə bir xəstəlikdir ki, ona yalnız incə ruhlu adamlar tutular. İstər kobud təbiətli ol, istərsə incə təbiətli, çalış aşiq olma. Aşiqlik çox başıbəlalı bir işdir, xüsusilə, yoxsulluqda. Aşiq olan yoxsul canına qəsd etmiş olar. Bil ki, yoxsulluq olan yerdə aşiqlik can vermək kimibir şeydir, xüsusilə, qocalıq vaxtı, çünki qoca pul xərcləməsə, məqsədə nail ola bilməz.
Davamı →