Рейтинг
+50.73

Ədəbiyyat

71 üzv, 315 topik

Hiylə | Anton Çexov

Qədimdə İngiltərədə ölüm cəzasına məhkum olunan cinayətkarların özlərini təcrübə məqsədi ilə anatomlara və fizioloqlara satmaq hüququ vardı. Bu yolla əldə edilən pulu bəziləri içkiyə xərcləyir, bəziləri ailəsinə verərmiş.

Qorxunc bir cinayətə görə ölümə məhkum edilən cinayətkarlardan biri bir həkimə xəbər göndərir, uzun və bezdirici bazarlıqdan sonra özünü iki peniyə satmağı bacarır. Amma həkimdən pulu alar-almaz qəhqəhə çəkib gülür.

– Niyə gülürsünüz?
– Həkim təəccüblə soruşur.
Cinayətkar deyir:
– Siz məni asılacaq bir məhbus olaraq almısınız. Amma mən sizi aldatmışam! Məni yandıraraq edam edəcəklər. Ha, ha, ha!