Budapeştdə fəaliyyət göstərən ali məktəbimiz alman dilli bölgələrin xaricində yerləşən və tamamilə alman dilində fəaliyyət göstərən yeganə universitetdir

 Schützhold (1)

Zəhmət olmasa, özünüzü oxucularımıza təqdim edin.

Mən Peter Schützhold, Budapeştdə yerləşən Andraşi Universitetində (Andrássy University Budapest – AUB) marketinq və kommunikasiya departamentin rəhbəriyəm.

Qısaca Andraşi Universitetini necə təsvir edə bilərsiniz?

AUB 2001-ci ildə təsis edilib. Bu ali məktəb alman dilli bölgələrin xaricində yerləşən və tamamilə alman dilində fəaliyyət göstərən yeganə universitetdir. AUB Almaniya, Avstriya, İsveçrə, Cənubi Tirol tərəfindən dəstəklənən beynəlxalq miqyaslı bir universitetdir. Universitet Dunay regionunda alman dilli akademik körpü xarakteri daşıyan birgə akademik təhsil müəssisəsidir. Ali məktəbimizin tələbələrinin, müəllimlərinin və məzunlarının sıx şəbəkəsi vardır və universitetimiz məzunlarına iş bazarında tələb olunan yüksək keyfiyyətləri aşılamağı qarşısına məqsəd qoyub.

Digər Macarıstan və Avropa universitetləri ilə müqayisədə sizin universitetin rəqabət üstünlükləri hansılardır?

Daxili intizam, beynəlmiləllik və tələbələrin yüksək təlimi ilə birlikdə, müstəqilliyi aşılayan və dəstəkləyən bir təhsil konsepsiyamız var. AUB-da təhsil limitsiz özünü sərbəst inkişaf etdirmə imkanları ilə yanaşı, Avropanın füsunkar elm perspektivlərini də təklif edir. Bundan başqa Macarıstanda və bütün Alman dilli bölgələrdə, eləcə də bütün dünyada əla iş imkanları yaradır!

Xarici tələbələr üçün Andrássy Budapest Universiteti hansı proqramları təklif edir və tədris dilləri hansılardır?

AUB  magistratura və doktorantura proqramlarını təklif edir və onların tədrisi alman dilindədir. Magistr kursları aşağıdakılardır:

– Mədəni Diplomatiya (Mərkəzi Avropa Tədqiqatları – Diplomatiya);

– Mərkəzi Avropa tarixi;

– Dunay Regionun Tədqiqatları;

– Avropa və beynəlxalq idarəetmə;

– Beynəlxalq iqtisadiyyat və biznes;

– Beynəlxalq əlaqələr;

– Avropa hüququ (LL.M.).

Doktorantura proqramımız isə bunlardır:

– Siyasi elmlər;

– Tarix;

– Müqayisəli hüquq və idarəetmə;

– İqtisadiyyat.

Ətraflı məlumat: www.study-hungary.com

 Bizə universitet şəhərciyi haqqında məlumat verə bilərsinizmi?

Universitetimiz birbaşa Milli Muzeyin arxasında, Budapeştin mərkəzi olan Festetiç sarayında (Festetics Palota) yerləşir. Kampusda müasir sinif otaqları, iki əla təchiz olunmuş kitabxana və neoklassik bal zallarımız var. Bunların hamısı çox xüsusi bir atmosfer yaradır.

 Təhsil haqları, yataqxana xərcləri və AUB tələbələrinin digər yaşayış xərcləri hansılardır?

Təhsil haqqları magistratura proqramları üzrə bir semestr üçün 930 avro, doktorantura proqramları üçün isə 550 avro təşkil edir. Tələbələrin əksəriyyəti kirayə edilmiş mənzillərdə yaşayır, qiymətlər isə mənzillərin yerindən və vəziyyətindən asılıdır. Tələbələrin ümumi aylıq yaşayış xərcləri mənzil, ərzaq və digər xərclərlə birlikdə təqribən 320-650 avro təşkil edir.

 Yaxın gələcəkdə yeni proqramlar həyata keçirmək planlarınız varmı?

Biz yeni Mədəni Diplomatiya magistratura proqramını başlayırıq. Proqram bir çoxları üçün olduqca cəlbedicidir və siyasət, tarix, mədəni tədqiqatlar üzrə təhsil və zəruri təcrübə təklif edir. Bundan başqa, 2015-ci ildə Menecment və Liderlik üzrə magistratura proqramını başlamaq istəyirik.

 Sizdə gələcək tələbələr üçün hər hansı təqaüd və ya güzəştlər varmı?

Əlbəttə ki, var. Bir tərəfdən, bir çox Macarıstandan olan tələbələr üçün dövlət təqaüdü və ya sosial dövlət dəstəyi, digər tərəfdən isə bizim tərəfdaşlarıımiz olan DAAD, Baden-Württemberg Stiftung, BMWFW, Freistaat Bayern, Swiss Contribution, Visegrad Fund-dan əcnəbi tələbələr üçün təqaüdlərimiz mövcuddur. Qeyd edək ki, bütün tələbələrimizin yarısından çoxu təqaüd alır. Onlar əsasən, təhsil haqları ilə yanaşı, bir çox digər xərcləri də qarşılayırlar.

 Yeni tələbələri cəlb etmək üçün Andraşi Universitetinin cari və yeni hədəf ölkələri hansılardır?

AUB-də hazırda 25-dən çox millətdən olan tələbələr birgə təhsil alır. Bizim cari hədəf ölkələr Macarıstan, Almaniya, Avstriya, İsveçrə və Cənubi Tirol kimi, bizim tərəfdaş ölkələrdir. Bundan başqa, Cənub-Şərqi Avropa və Vişeqrad ölkələri (Polşa, Slovakiya, Macarıstan, Çexiya) də bizim üçün maraqlıdır. Bizim həmçinin Qafqazdan və Mərkəzi Asiyadan tələbələrimiz var, onlar gələcəkdə də bizim universitetdə təhsil almağa dəvətlidirlər.

http://dailynewshungary.com/interview-with-peter-schutzhold-head-of-marketing-and-communications-of-andrassy-university-budapest-aub/ 

 

1148760_1446928235543770_1843231053_n 1476394_1446928135543780_293431504_n1231656_1446928035543790_247833169_n1795778_1446927918877135_460505492_n10004059_1446928078877119_1748539560_n1800194_1446927895543804_206006_n1975017_1446928075543786_631805832_n1549226_1446927922210468_1808793227_n47434_1446927885543805_774357500_n1510965_1603295213240404_3062366395877187158_n

 

0 şərh