Macarıstanın Duna Kollecinin rəhbəri: Anam və həyat yoldaşım Azərbaycanlıdırlar, ona görə azərbaycanlı tələbələri qəbul etmək mənim üçün şərəfdir

Matin_Hashem

Zəhmət olmasa özünüzü bizim oxuculara təqdim edin.

Mən Mətin Haşem, Budapeştdə yerləşən Duna Beynəlxalq Kollecinin (Duna International College) təsisçisi və direktoruyam. Mən kompüter elmləri üzrə mühəndislik oxumuşam, bununla bərabər Macarıstanda Beynəlxalq Biznes Məktəbində (International Business School) menecment üzrə magistraturada təhsil almışam. Mən əvvəl müəllim olmuşam və Macarıstana magistr təhsilimi başlamaq üçün gəlmişdim. Daha sonra bu yerin təhsil və karyera üçün gözəl olduğunu dərk etdim. Mən çox xoşbəxtəm və fəxr edirəm ki, Budapeşt şəhərində Duna Kollecini (Duna College) təsis etmək və başlamaq mənə nəsib oldu. Budapeşt mənim üçün sevimli bir şəhərdir, çünki həyatımdakı ən yaxşı dostları, həmkarları və unudulmaz anları məhz bu şəhərdə tapdım.  

Duna Kollecini oxucularımıza qısa formada təsvir edə bilərsinizmi?

Duna Beynəlxalq Kolleci tələbələri universitet imtahanlarına və universitet dərslərinə tamamilə hazırlayan bir kollecdir. Kurslar universitet professorları tərəfindən tədris olunur, ingilis dili dərsləri isə ana dili ingilis dili olan müəllimlər tərəfindən keçilir. Bundan əlavə, tələbələrimizdən aldığımız rəylərə görə kollecin səmimi bir mühiti vardır.

Sizin kollecin üstünlükləri hansılardır?

Bizim bütün dərslərimiz tanınmış Macarıstan universitetlərdən olan professorlar tərəfindən keçilir. Həmçinin bizim ingilis dili dərslərimiz Böyük Britaniya və İrlandiya müəllimləri tərəfindən tədris olunur və onlar üçün ingilis dili doğma dildir. Qruplar tədris və təhsili daha keyfiyyətli etmək üçün azsaylı tələbələrdən ibarətdir. Bütün digər oxşar institutlarla müqayisədə bizdə ən yüksək qəbul dərəcəsi mövcuddur. 2011 və 2012-ci ildə Duna Kolleci şagirdləri Budapeşt Texnologiya Universitetinin qəbul imtahanlarında ən yaxşı nəticə əldə etdilər. Bizim diplom NCFE (Böyük Britaniya) tərəfindən təsdiq olunur və biz A-səviyyəli diplomu beynəlxalq səviyyədə təsdiqlənmiş dərəcə kimi təklif edirik. Bizim diplomu əldə edən tələbələrimizin Macarıstanın bəzi universitetlərinə qəbul imtahanlarından azad olunma imkanları var. Bundan əlavə, biz həmişə öyrəncilərimizə ali tədqiqatları üçün səmərəli ola bilən daha çox akademik biliklər vermək istəyirik. Eləcə də, deyə bilərik ki, şagirdlərə ən aşağı illik təhsil haqqı tətbiq edən və daha çox qayğı göstərən də bizik. Bundan başqa, kollecimiz Avropanın ürəyi olan Budapeştdə yerləşir.

Xarici tələbələr üçün Duna Kolleci hansı proqramları təklif edir və tədris dilləri hansılardır?

Duna Kollecində tədris dili ingilis dilidir və aşağıdakı proqramlar təklif edilir:

  • Biznes və iqtisadiyyat;
  • Tibbi hazırlıq kursları;
  • Mühəndislik hazırlıq kursları;
  • Magistraturaya və doktoranturaya hazırlıq kursları.

 Bizə kampusunuz haqqında məlumat verə bilərsinizmi?

Macar dilindən tərcümədə Duna sözü Dunay deməkdir. Xoşbəxtlikdən bizim kampus Macarıstanın Parlament binasına möhtəşəm görüntüsü ilə Budapeştin mərkəzində, Dunay çayının yanında yerləşir.

Tələbələrinizin təhsil və yataqxana haqları, eləcə də digər yaşayış xərcləri hansılardır?

Duna Kollecində bir illik kursda təhsil haqqı 5100 avro, intensiv bir semestrlik kursda isə 4400 avro təşkil edir. Yataqxana xərci 1 ay üçün 200 avro, bir illik sığorta haqqı isə 250 avrodur.

Yaxın gələcəkdə yeni proqramlar həyata keçirmək planlarınız varmı?

Biz yeni incəsənət proqramı başlamağı planlaşdırırıq. Duna College həmçinin TRC adlı beynəlxalq kolleclər birliyinin üzvü  olub və Böyük Britaniya, ABŞ və Kanadada yerləşən bir çox universitetlər ilə saziş imzalamışıq.

dailynewshungary.com/interview-with-matin-hashem-founder-and-director-of-duna-international-college-in-budapest/

Sizdə gələcək tələbələr üçün hər hansı təqaüd və ya güzəştlər varmı?

Hazırda təəssüf ki, yoxdur.

Yeni tələbələri cəlb etmək üçün Duna Kollecin cari və yeni hədəf ölkələri hansılardır?

Şərqdən qərbə bütün ölkələri hədəfləyirik. Hal-hazırda bizim 5 qitələrdən tələbələrimiz var: İran, Almaniya, İspaniya, Amerika, Braziliya, Bolqarıstan, Çin, Türkiyə, İordaniya və Uqanda. Amma potensialı çox olan tələbələri cəlb etmək üçün Azərbaycan, Qazaxıstan, Gürcüstan da daxil olmaqla, MDB ölkələrini qeyd etmək istərdim.

Azərbaycanda hər hansı bir nümayəndəniz və ya agentliyiniz varmı?

Bəli, varımızdır. Olmalıdır da! Anam və həyat yoldaşım Azərbaycanlıdırlar və mən Azərbaycan dilinə, onun mədəniyyətinə çox heyranam. Ona görə azərbaycanlı tələbələri qəbul etmək mənim üçün bir şərəfdir. Azərbaycanda təmsilçimiz “Study in Hungary” adlanır. Onların saytına (www.study-hungary.com) baş çəkə bilərsiniz.

http://dailynewshungary.com/interview-with-matin-hashem-founder-and-director-of-duna-international-college-in-budapest/


1959249_1446593622243898_1743239168_n1501699_1542321552671104_1384391067227394277_npicture0510001546_1446593608910566_1527586103_n1688392_1446593765577217_503183738_n

0 şərh