Korvinus Universitetinin rəsmisi Doris Kestheyi: Azərbaycandan olan tələbələrimiz əsasən çox çalışqandırlar

1. Hörmətli Doris xanım, özünüzü oxuculara təqdim edin, zəhmət olmasa.

Mənim adım Doris Kestheyidir. Mən, Budapeştin Korvinus Universitetinin Biznes Administrasiyası fakültəsinin Beynəlxalq Təhsi Proqramları Ofisinin sədriyəm. Mən, ingilis dilində tədris olunan proqramları idarə edən ofisin gündəlik işinə cavabdeh olan şəxsəm.

2.Budapeştin Korvinus Universitetini 3-4 cümlə ilə necə təsvir edə bilərsiniz?

Budapeştin Korvinus Universiteti biznes administrasiyası, iqtisadiyyat, sosial elmlər və kənd təsərrüfatı elmləri sahəsində Macarıstanın ən qabaqcıl universitetlərindəndir. Altı fakültəsində 16000-dən çox təhsil alan tələbəsi və 500-dən çox tam ştatlı və 200-dən çox yarım ştatlı müəllimləri olan universitetimiz Mərkəzi və Şərqi Avropanın ən tanınmış ali təhsil müəssisələrindən biridir. Universitetin 2 kampusu var: Peşt (Közgaz) kampusunda Biznes administrasiyası, İqtisadiyyat, Sosial elmlər fakültələri, Buda Kampusunda isə Qida elmləri, Bağçılıq elmləri və Landşaft memarlığı fakültələri yerləşir. Universitetdə görülən işlərə həmçinin akademik və beynəlxalq tədqiqat layihələri də daxildir. Altı fakültəsi olan universitetimiz əcnəbilərə iqtisadiyyat, biznes, bağçılıq elmləri, landşaft memarlığı, qida elmləri və sosial elmlər üzrə bakalavr, magistratura və doktorantura təhsil proqramlarını təklif edir. Bütün tələbələrinin təxminən 12%-i əcnəbilər olan Korvinus Universiteti müxtəlif mədəniyyətlərdən gələnlər üçün ideal görüş nöqtəsidir. Beynəlxalq səviyyədə qəbul edilən  ali məktəbimiz bir çox beynəlxalq akkreditasiyalara sahibdir, ona görə də həm təhsil, həm də tədqiqat sahələrində yüksək qiymətləndirilir. Bununla yanaşı, Korvinus Universiteti çox sayda Macarıstan və digər ölkələrin biznes və siyası liderlərini yetişdirən ali məktəblərdən hesab olunur.

3.Digər Macarıstan və Avropa universitetləri ilə müqayisədə sizin universitetin üstün cəhətləri hansılardır?

• 90-cı illərin əvvələrindən ingilis dilli proqramların əsası qoyulub, elə o vaxtdan da Korvinusun diplomu bütün dünyadakı əmək bazarında qəbul edilir və qiymətləndirilir. Buna görə də Korvinus təkcə Macarıstanda deyil, Mərkəzi və Şərqi Avropada qabaqcıl biznes və iqtisadiyyat universitetidir;

• Məzunlarımız dünyada 85-dən çox fərqli ölkədə yaşayır və işləyirlər;

• Korvinusda təhsil alan tələbələr həqiqi beynəlxalq mühitdə təhsil alırlar, daimi tələbələrimizlə yanaşı hər il 50-yə yaxın fərqli ölkədən gələn 1000-ə yaxın əcnəbi tələbə Korvinusda bir semester ərzində ingilisdilli proqramlardakı digər tələbələrlə eyni dərslərdə iştirak edirlər;

• Təhsil proqramlarının müəllimləri öz sahələrində ölkə daxilində və beynəlxalq biznes dünyasında böyük təcrübəyə malik yüksək dərəcəli, tanınmış mütəxəssislərdir;

• Bir çox fərqli ölkələrədən olan müəllimlərlə beynəlxalq fokusa malik olmağımız;

• Müasir resurs və imkanlarımız;

• 40-dan çox fərqli ölkədə 300-dən çox ali təhsil müəssisələrində ölkədən kənar bir və ya iki semestrlik təhsil imkanları (mübadilə proqramları);

• Təhsil aldıqları zamanı yarana biləcək hər hansı problemləri həll etmək üçün tələbələrə yardım edən professional idarəçilik komandamız;

• Məzunlar təhsillərini davam etdirmək üçün magistratura və ya doktorantura dərəcəsini seçə və ya qiymətli işçilər kimi əmək bazarına girə bilərlər.

4. Sizin universitet əcnəbi tələbələrə hansı proqramları təklif edir və tədris dili hansıdır?

Korvinus Universiteti macar dilində bir sıra bakalavr, magistratura və doktorantura pillələrində proqramlar təklif edir. Bundan başqa Korvinusda təhsil almaq istəyən əcnəbi tələbələr üçün bir çox sayda ingilis dilli proqramlar da təklif olunur və bütün dərslərdə işçi dilimiz ingilis dilidir.

Bakalavr pilləsində təklif olununan ingilis dili proqramlar aşağıdakılardır:

Biznes Administrasiyası Fakültəsi:

Biznes və İdarəçilik (EPAS/EFMD tərəfindən beynəlxalq akkreditasiya alınıb)

Beynəlxalq Biznes

İqdisadiyyat Fakültəsi:

Tədbiqi İqtisadiyyat

Sosial Elmlər Fakültəsi:

Kommunikasiya və Media Elmləri

Beynəlxalq əlaqələr

Sosiologiya

Çoxsaylı magistratura və doktorantura pillələri üçün təklif edilən İngilis dilli proqramlarla maraqlananlar bu saytdan baxa bilərlər: az.study-hungary.com/universitetler/corvinus-university

5. Yuxarıda qeyd etdiyiniz proqramlara müraciət etmək istəyən tələbələr üçün Hazırlıq Proqramları varmı?

Bəli, iki hazırlıq proqramımız var. Bir proqram Biznes Administrasiyası və İqtisadiyyat fakültələri üçün tələbələrin hazırlığında ixtisaslaşıb, digəri isə Sosial Elmlər fakültəsinin ingilis dilli bakalavr proqramı üçün müraciət edənləri hazırlayır. Hər ikisində ingilis dili və riyaziyyat tədris olunur, bununla belə bu proqramların fokusları fərqlidir və ərizəçinin hansı proqrama müraciət etmək istəyindən asılıdır.

6. Bizə Universitetin kampusu haqqında məlumat verə bilərsinizmi?

Korvinusun iki kampusu var. Biri, şəhərin Buda hissəsindədir (keçmiş Bağçılıq Universitetinin fakültələridir), digəri isə Peşt hissəsində (şəhərin mərkəzindən cəmi bir neçə dəqiqəlik məsafədə) yerləşir (Biznes Administrasiyası, İqtisadiyyat  və Sosial Elmlər Fakültələri buradadır). Peşt Kampusunun bir-birinə yaxın 3 binası var və orada Universitetin bütün obyektləri yerləşir (mühazirə zalları, seminar otaqları, IT mərkəz, kompüter otaqları, kitabxana və s.).

7. Tələbələrinizin təhsil haqqları, yataqxana qiyməti və digər yaşayış xərcləri necədir?

Dərəcə proqramlarının qiymətləri tədris edilən təhsil proqramından asılı olaraq hər semestri 2000 avrodan 3000 avroyadəkdir (bakalavrda proqramlar 6 və ya 7 semestri davam edir). Yerləşmə (qalmaq) xərcləri yerindən və şəraitindən asılı olaraq bir nəfər üçün hər ay 300 avrodan 450 avroyadəkdir. Kifayət qədər aşağı qiymətə yataqxana otaqları əcnəbi tələbələr üçün təşkil edilsə də, onların sayı məhduddur və tələbələr çox vaxt öz yoldaşları ilə universitetin yaxınlığında mənzillər kirayə götürürlər. Yaşayış xərcləri insanın ehtiyacları və tələblərinə əsasən təxminən hər ay 300 avro təşkil edir.

8. Potensial tələbələr üçün hər hansı təqaüd və ya endirimləriniz varmı?

Bəzi ölkələrdən olan tələbələr Korvinusdakı təhsil illəri zamanı “Stipendium Hungaricum” Təqaüdünə müraciət edə bilərlər. Əlavə olaraq, illik təhsil haqlarının ödənilməsində Korvinus Universiteti “Korvinus Kompensasiya Proqramını” təklif edir. Bu proqram çərçivəsində müəyyən akademik dərəcə ortalamasına nail olan tələbələrin ödəniş haqlarının bir hissəsinə endirim edilir. Edilən endirim nail olunan akademik ortalamadan asılıdır.

9. Yeni tələbələri cəlb etmək üçün Korvinus Universitetinin və onun hazırlıq məktəbinin hal-hazırki və yeni məqsəd qoyduğu ölkələr hansılardır?

Hal-hazırda əsasən tələbələrimiz Mərkəzi və Şərqi Avropa, Şərqi və Orta Asiya regionlarındandır, bununla belə Avropa İttifaqından, həmçinin, Amerika qitəsi ölkələrindən də proqramlarımızda təhsil alan kifayət qədər saytda əcnəbi tələbələr də var. İngilisdilli proqramlarımızın məqsədi tələbə heyətimizi bacardıqca daha beynəlxalq və çoxsəpkili etməkdir.

10. Sizin Azərbaycandan da tələbələriniz var. Bizim gənclik haqqında təəsüratınız necədir?

Digər ölkələrdən gəlmiş tələbələrimiz kimi Azərbaycandan olan tələbələr də əsasən çox çalışqandırlar. Onlar təhsillərinə ciddi yanaşsalar, uğurlu beynəlxalq karyeraya sahib ola bilərlər.

11. Azərbaycanda nümayəndəliyiniz və ya qəbul vasitəçiniz varmı?

Bəli, Azərbaycandakı bizim tərəfdaşımız “Study in Hungary” xidmətidir (www.study-hungary.com).

Mənbə: dailynewshungary.com/doris-keszthelyi-english-programs-of-corvinus-university-of-budapest-aim-to-make-their-student-body-as-international-as-possible/

 

 

 

0 şərh