Bir İqtisadçı Muzdlunun Etirafları

 "Öz avtomobilini istehsal edə bilməyən ölkəyə borc verib avtomagistrallar inşa etdiririk. Sonra maşınlarımızı onlara satırıq. Daha sonra banklarını pulla satın alırıq. Həmin banklardan xalqa ucuz kreditlər verib daha çox maşın almasını təmin edirik. Beləliklə verdiyimiz o krediti maşınımızı sataraq geri alırıq, həm də faizlə. O ölkəyə Dünya Bankı və ya yaxın qurumlardan kredit təmin edirik. Nizamlanan kredit «Heç Vaxt» o ölkənin xəzinəsinə deyil, həmin ölkədə «layihə» aparan bizim şirkətlərimizin kassasına daxil olur.
Enerji stansiyaları, sənaye sahələri, limanlar, nəhəng hava limanları tikilir. Əslində insanların işinə yaramayan bir yığın beton. Bizim şirkətlərimiz qazanarkən, həmin ölkədəki bəziləri də bundan pay alır. Cəmiyyət bu mexanizmdən heç nə qazana bilməz. Üstəlik ölkə böyük bir borcun altına girmiş olur. Bu o qədər böyük bir borcdur ki ödənməsi qeyri-mümkündür. Plan bu şəkildə işləyir.
Sonda iqtisadi məsləhətçi kimi onlara gedib deyirik ki; «Bizə böyük miqdarda borcunuz var və ödəyə bilmirsiniz. Gəlin neftinizi bizə satın, qazınızı bizə verin, hərbi bazalara yer göstərin, əsgərlərinizi qoşunlarımıza dəstək olmaları üçün döyüşdüyümüz bölgələrə göndərin, BMT-də bizim üçün səs verin! Elektrik su kanalizasiya sistemlərinizi özəlləşdirin! Onları Amerika şirkətlərinə və ya digər transmilli şirkətlərə satın». Sosial xidmətləri, texniki sistemləri, təhsil müəssisələrini, səhiyyə müəssisələrini hətta ədliyyə sistemlərini ələ keçiririk. Bu, ikili, üçlü, dördlü zərbələr seriyasıdır".
John Perkins

3 şərh

azadmamedov90
Əsl bizim günümüz.
Guilty
Təkcə bizim deyil bir çox üçüncü dünya ölkələrinin günü.
azadmamedov90
Günahkar, elə biz-yəni insanlar-kasıb təbəqə. ) Dünyanın hər yeri beləadir.