İqtisadi artım

Iqtisadi artım bir-biri ilə qarşılıqlı əlaqədə olan aşağıdakı iki göstərici ilə müəyyən edilir. Müəyyən dövr ərzində: 1) Real ümummilli və ya xalis milli məhsulun artması. 2) Hər nəfərə düşən real ümummilli və ya xalis milli məhsulun artması. Bunlardan hər hansı birindən isti­fa­də olunması nəzərdən keçirilən sosial-iqtisadi hadisənin xarak­terindən asılıdır. Belə ki, ölkənin hərbi-siyasi potensialı problemi diq-qət mərkə­zində olduqda birinci, ayrı-ayrı ölkələrdə və regi-onlarda əhalinin həyat səviyyəsi müqayisə olunduqda isə ikinci göstəricidən istifadə etmək da­ha məqsədəuyğundur. Bunun doğruluğunu onunla əsaslan­dırmaq olar ki, məsələn, Hindistanın ümummilli məhsulu Isveçrənin ümummilli məhsulundan 70% çox olduğu halda, əhalinin həyat səviyyəsinə görə Hindistan Isveçrədən 60 dəfədən çox geri qalır.
Iqtisadi artım bir qayda olaraq faizlə ifadə olunan illik artım sürəti ilə ölçülür.
Makroiqtisadi səviyyədə iqtisadi artımın ən mühüm göstəriciləri aşağıdakılardır:
  1. ÜMM-in və ya Milli gəlirin artması;
  2. Hər nəfərə düşən ÜMM və milli gəlirin artması;
  3. Bütövlükdə sahələr üzrə və hər nəfərə düşən  sənaye məhsulları istehsalının artım sürəti.
Iqtisadi statistikada dinamikanı öyrənmək üçün artım əmsalı, artım sürəti və əlavə artım sürəti göstəricilərindən istifadə olunur. Ar­tım əmsalı aşağıdakı düsturla hesablanır:
x = y1: y0
Burada: y1 və y0 – müvafiq olaraq hesabat və əsas dövrlərdəki göstəriciləri ifadə edir.
Artım sürəti artım əmsalının 100%-ə vurulması, əlavə artım sürəti isə artım sürətindən 100% çıxılması yolu ilə alınır.
Iqtisadi artıma aşağıdakı amillər təsir edir: 1) Təbii ehtiyatların kəmiyyəti və keyfiyyəti; 2) Əmək ehtiyat­larının kəmiyyəti və keyfiyyəti; 3) Əsas kapitalın dəyəri; 4) Elmi-texniki tərəqqi; 5) Sahibkarlıq qabiliy­yəti və idarəetmə bacarığı. Bunları birlikdə təklif amilləri adlandırmaq olar. Istehsalın mümkün olan fiziki artımına məhz bu amillər imkan verir. Keyfiyyətinə görə daha yaxşı hesab olunan eh­tiyatların çox ol­ma­sı isə texnoloji potensial da daxil olmaq­la real məhsul istehsalının artı­rılmasına şərait yaradır.
Lakin artma imkanları ilə real artımı eyniləşdirmək olmaz. Ək­sinə, onları bir-birindən fərqləndirmək lazım­dır. Bunun üçün iqti­sadi artıma təsir göstərən daha iki amili – tələb və bölgü amillərini bil­mək olduqca vacibdir. Belə ki, ölkə iqtisadiyyatının artmaqda olan is­teh­sal imkanları mövcud ehtiyatlardan istifadə olunması ilə əla­qə­dar­dır. Başqa sözlə, istehsal imkanlarını reallaşdırmaq üçün ümumi xərclər artırılmalıdır. Bölgü amilləri isə özünü onda göstərir ki, istehsal im­kan­larından məqsədyönlü istifadə edilməsi üçün ehtiyatları iqtisadi dövriy­yəyə cəlb etməklə kifayətlən-mək olmaz, həm də onlar səmərəli bölün­məlidir.
Iqtisadi artıma təsir edən tələb və təklif amilləri bir-biri ilə qar­şılıqlı surətdə əlaqədardır. Məsələn, işsizlik, kapi-tal yığımının sürə­tinin, habelə elmi-tədqiqat işlərinə sərf olu-nan xərclərin artırıl­masının ləngi­məsinin, yeniliklərin ləng tətbiq olunmsı və kapital qoyuluşunun azal­ması isə əksinə, işsizliyin baş verməsinin əsas səbəbi ola bilər. Bun­dan başqa nəzərə almaq lazımdır ki, istehsal potensialının artması aşa­ğıdakı iki şərt olduqda mümkündür: 1) Bütün xərclər tam məşğulluğu təmin etmək üçün kifayət qədər artdıqda; 2) Məhsul isteh­salının imkan daxi­lində daha çox artmasını təmin etmək üçün iqtisadi dövriyyəyə cəlb edilmiş əlavə ehtiyatlardan səmələri istifadə olunduqda. Məsələn, tutaq ki, ölkədə il ərzində işçi qüvvəsi 2 min. nəfər artmışdır. De-məli, bu ar­tım istehsal güclərini, yaxud da iqtisadi potensialı artıra bilər. Iqtisadi potensialın artması isə öz ifadəsini məhsulun artmasında tapmalıdır. Odur ki, buna nail olmaq üçün 2 min. nəfəri işlə təmin et­mək, yəni, yeni iş yerləri açmaq lazımdır.
Tələb və bölgü amilləri çox böyük əhəmiyyətə malik olsalar da iqtisadi artımla bağlı problemlər həll olunarkən əsas diqqət təklif amil­lərinə yönəldilir. Çünki real ümum-milli məhsulun və milli gəlirin artırıl­ması iki üsulla mümkündür: 1) Istehsala daha çox ehtiyatlar cəlb edil­məsi; 2) Ehtiyatlardan daha məhsuldar və səmərəli istifadə olunmsı.
Real ümummilli məhsul əmək məsrəflərini (adam-saatla) əmək məhsuldarlığına (bir işçinin bir saatda istehsal etdiyi məhsul) vurmaq yolu ilə müəyyən edilir. Yəni, Real ÜMM = işlənmiş adam saatların miq­darı vurulsun əmək məhsuldarlığı
Əmək məhsuldarlığına texniki tərəqqi, işçilərin ixti-sası, böl­günün səmərəliliyi, müxtəlif növ ehtiyatların bir-birilə əlaqələndirilməsi və idarə olunması kimi amillər təsir edir. Başqa sözlə, əmək məh­sul­dar­lı­ğı işçilər sağlam, yüksək peşə hazırlığına malik olduqda, istehsal ma­şın və avadan-lıqlarla, təbii ehtiyatlarla daha yaxşı təmin edildikdə, ida­rə-etmə düzgün təşkil olunduqda, iş qüvvəsi az səmərə verən sahələr­dən çox səmərə verən sahələrə «axıb» getdikdə yüksəlir.

Iqtisadi artımın tipləri və modelləri


Geniş təkrar istehsalın öz əksini tapdığı iqtisadi artım problemi diskussiya və müzakirələrdə əsas yerlərdən birini tutur. Iqtisadi artım bilavasitə öz ifadəsini ÜMM-in kəmiyyətcə artması və keyfiyyətcə tək­milləşdirilməsində, ha-belə onun istehsalına təsir göstərən amillərdə tapır. Bununla əlaqədar olaraq iqtisadi artımın ekstensiv və intensiv tipləri bir-birindən fərqləndirilir.
Ekstensiv1 inkişaf yolu iqtisadi artımın kəmiyyət amilləri, yəni istehsalata əlavə iş qüvvəsinin cəlb edilməsi, xammal və material sər­finin, kapital qoyuluşunun artırılma-sı, əkin sahələrinin genişləndi­rilmə­si və s. hesabına  istehsa-lın həcminin artırılması deməkdir. Mə­sə­lən, deyək ki, məh-sul istehsalını iki dəfə artırmaq lazımdır. Bunun üçün möv-cud olan və fəaliyyət göstərən müəssisələrlə yanaşı, quraşdı­rıl­mış avadanlıqların gücünə, kəmiyyət və keyfiyyətinə görə təqribən eyni miqdarda müəssisə tikmək lazımdır. Əgər ekstensiv inkişaf xalis şəkildə həyata keçirilirsə (bu isə mümkün deyildir), onda istehsalın səmərəliliyi dəyişməz qalır. Belə ki, bizim misalda məhsul buraxılışı iki dəfə art­dıq­da işçilərin sayı və investisiya əmtəələri də iki dəfə artmış olur və nəticə­də bir işçiyə düşən məhsul buraxılışı əvvəlki səviyyədə qalır.
Təcrübədə ekstensiv inkişaf yoluna xalis şəkildə rast gəlinmir və o, bir qayda olaraq istehsalın intensiv tipi ilə çulğalaşır. Bu da onun səmərəliliyinin yüksəldilməsini təmin edir, elmi-texniki tərəqqinin nai­liy­yətlərindən və ehtiyatlar-dan qənaətlə istifadə olunmasına, əməyin və istehsalın təşkilinin təkmilləşdirilməsinə, işçilərin ixtisasının yüksəl­-dil­mə­si və məhsulların keyfiyyətinin yaxşılaşıdırılmasına əsaslanır.
Intensiv inkişaf yolu ekstensiv inkişaf yolundan prinsipcə fərq­lənir. Belə ki, intensiv inkişaf yolunda canlı və maddiləşmiş əmək məs­rəf­­lərinə qənaət olunur və o, birinci növbədə əmək məhsuldarlığının yük­­səldilməsi hesabına təmin edilir. Ekstensiv və intensiv iqtisadi amil­lərdən paralel şəkildə istifadə olunsa da, konkret şəraitdən asılı olaraq bunlardan hər hansı birinə üstünlük verilə bilər.
Məlum olduğu kimi, iqtisadi artımın əsas amilləri əmək, tor­paq və kapitaldır. Bunların hər biri də öz növbə-sində müxtəlif amillərin toplusundan ibarətdir. Məsələn, ka-pital dedikdə, binalar, tikililər, ma­şınlar, avadanlıqlar, xam-mallar, yanacıq və s. nəzərdə tutulur. Ümum­­milli məhsula və onun quruluşunun dəyişməsinə təsirinin daim artdığı elmi-texniki tərəqqini də kapitala aid etmək olar. Cəmiyyə-tin ümumi tələbinin artması da iqtisadi amillərə aid edilə bilər. Çünki o, istər kəmiyyət, istərsə də quruluş və keyfiyyət baxımından iqtisadi artı­mın «hərəkətverici qüvvəsi»dir. Ümumi tələb istisna olmaqla bun­ların hamısı təklif amilləridir.1
Cəmiyyətin sosial-iqtisadi inkişafından asılı olaraq ehtiyat­lar­dan hər biri dəyişir, onlar iqtisadi artıma təsir göstərməkdə müxtəlif və­zi­fələri yerinə yetirir və bu zaman həm natural, həm də dəyər gös­təri­ci­lərindən istifadə edilir.
Iqtisadi artımın tədqiqi labüd olaraq onun bir sıra model­lə­rinin işlənib hazırlanmasına gətirib çıxarmışdır. Belə modellərin ilk ün­sürlərini Fransua Kenenin 1758-ci ildə nəşr olunmuş «Iqtisadi cəd­vəl­lə­ri»ndə görmək olar. O, ilk dəfə iqtisad elmində milli təsərrüfatı özünə­məx­sus xüsusi balansa malik olan bir sistem kimi təsvir etmişdir. Kene belə hesab edirdi ki, izafi məhsul yalnız kənd təsərrüfatında yaradılır və məhsuldar sahə kənd təsərrüfatıdır. Izafi məhsul dedikdə o, kənd təsər­rü­fatının ümumi məhsulu ilə burada istehlak olu-nan məhsul­lar arasın­dakı fərqi nəzərdə tuturdu. Beləliklə, onun fikrincə kənd tə­sər­rüfatında istehsal olunan məhsul iqtisadiyyatın digər sahələri tərə­findən satın alı­nır. Kenenin «Iqtisadi cədvəlləri» əməli əhəmiyyətə ma­lik olmasa da, bu sahədə ilk təşəbbüs hesab edilə bilər.
Bu məsələnin araşdırılması sahəsində K.Marksın da müəyyən xidmətləri olmuşdur. O, «Kapitalı»ın II cildində ictimai istehsalın iki bö­yük bölmədən – istehsal vasitələri istehsalı və istehlak şeyləri istehsalı–ibarət olduğunu göstər-miş və onların arasındakı tarazlıq şərtlərini aş­kara çıxarmış-dır. Lakin iqtisadi sistem ümumi səviyyədə nəzərdən ke­çi­rildiyi üçün onun çıxardığı nəticələr çox da böyük əməli əhəmiyyətə ma­lik olmamışdır. Çünki iqtisadiyyat yüzlərlə, minlərlə sahə və istehsa­lat­lardan ibarətdir.
Iqtisadi artımın əsl mahiyyətini əks etdirən «Xərc – məhsul bu­raxılışı» modeli rus riyaziyatçısı və iqtisadçısı, 1925-ci ildən ABŞ-da ya­şayan və bu ölkənin vətəndaşlığını qəbul edən Vasili Leontyev tərə­findən işlənib hazırlanmış-dır.  V. Leontyev milli təsərrüfatı maddi və dəyər göstə­ricilə­ri­nin köməyilə şahmat cədvəli formasında təsvir etmişdir. V. Leontyevin sahələrarası balansı aşağıdakı dörd kvadratdan ibarətdir: 1) Məhsulun istehsalına çəkilən mad-di xərc göstəriciləri; 2) Bi­la­vasitə istehlak, yığım və ixrac üçün istifadə olunan son məhsul göstəriciləri; 3) Xalis məhsul göstəriciləri (əmək haqqı, mənfəət, vergi­lər); 4) Xalis məhsulun yenidən bölüşdürülməsi.
Sahələrarası balansın sütunlarında dəyər ifadəsində ümumi məh­­sulun formalaşmasına çəkilən xərclər, üfuqi sətirlərdə isə bu məh­sulun bölüşdürülməsi göstərilir. Bu məlumatlardan istifadə etməklə, xərc­lərin xüsusi çəkisini asanlıqla müəyyən etmək olar. Bu məqsədlə sütun­dan və ya sətirdən götürülmüş (seçilmiş) göstərici ümumi məhsulun kə­miy­yə­ti­nə bölünür.
Müasir dövrdə iqtisadi artımın modelləşdirilməsində aşağıdakı üç istiqaməti göstərmək olar: 1) Iqtisadi artımın Keyns modeli; 2) Neo­klas­sik modellər; 3) Tarixi-sosioloji modellər.
Keyns modelinin mahiyyəti ondan ibarətdir ki, bunun tərəf­darları makroiqtisadi tarazlığın təmin olunma-sında tələbin həlledici rol oynadığını əsas götürürlər. Tələbin həlledici ünsürünün isə çoxaldıcının (multiplikatorun) vasi-təsilə mənfəətin artmasını təmin edən investisi­yalardan ibarət olduğunu deyirlər. Keynsçilər istehsal amillərinin və onların bir-birini qarşılıqlı əvəz etmələrinin səmərəliliyi haqqında neo­klassik baxışlara tərəfdar çıxmırlar.
Iqtisadi artım modellərindən biri də Domar modelidir. Ilkin keyns modellərindən fərqli olaraq, bu model investisi-yaları yalnız gəlir­lərin deyil, həm də yeni güclərin yaradıl-ması amili hesab edir. Domarın fikrincə tələb və təklifin dinamik tarazlığı yeni gücləri və gəlirləri əmələ gətirən kapital qoyuluşunun dinamikası ilə müəyyən edilir. Deməli, əsas vəzifə, investisiyaların həcmi və dinamikasının müəy-yən edilmə­sindən ibarətdir. Domar aşağıdakı üç bərabərlik-dən ibarət olan siste­min həll olunmasını təklif edir: 1) Təklif bərabərliyi; 2) Tələb bərabər­li­yi; 3) Tələb və təklifin birlikdə bərabərliyi.
Domar modelinin inkişaf etmiş forması Xarrod modelidir. Do­mar modelində olduğu kimi, bu modeldə də tarazlaşdırılmış artma nor­ması gəlirlərlə kapital qoyuluşları arasındakı nisbət funksiyasını ifadə edir. Odur ki, bu modeli Xarrod – Domar modeli də adlan­dırır­lar. La­kin Domar modeli çoxaldıcıdan istifadə olunmasına əsaslandığı halda, Xarrod modelinin əsasında akselerator nəzəriyyəsi durur.
Bu nə­zəriyyə kapital qoyuluşu nəticəsində gəlirlərin artma-sının taraz­laş­dırma nor­masını müəyyən edir. Xarrod modeli akselerator nəzəriyyəsi əsasında sahibkarların investisiya haqqında qərarlarının öyrənilməsinə imkan verir. Xarrod öz baxışlarında aşağıdakı iki mühakiməyə əsas­lanır: 1) Yığım milli gəlirdə sabit kəmiyyətdir, gəlirlər hansı sürətlə ar­tırsa, o da həmin sürətlə artır, yığıma olan son və orta meyllilik bir-bi­rinə bəra­bərdir; 2) Həyata keçirilən kapital qoyuluşu gəlirlərin, yaxud da iki dövr arasında tələbin artması deməkdir. Keyns bərabərliyinə uyğun ola­raq tarazlıq üçün yığım və investisiya məbləğləri bir-birinə bərabər olmalıdır. Buna əsasən belə bir nəticə çıxarmaq olar ki, artma norması kapital əmsalına vurulduqda milli gəlirdə yığımın xüsusi çəkisi tapılır.
Xarrod bir-birindən fərqlənən artma norması üçün aşağıdakı müddəaları irəli sürür: 1) gəlirlər yüksək sürətlə artdıqda azad sahibkarlıq sistemi səmərəli fəaliyyət göstərir. 2)Investisiyalar istehlakçı tələbatından irəlidə getməlidir. 3)Bu model üzrə tarazlıq qeyri-sabitdir. 4) Dövlət bu problemə maliyyə siyasəti vasitəsilə müdaxilə etməlidir.
Tələbin tarazlığı şəraitində neoklassik modellər kapi-tal əmsa­lı­na dəyişikliklər etmişdir. Belə ki, neoklassik mo-dellər bir deyil, iki is­tehsal amilini və onların bir-birini əvəz etməsinin mümkünlüyünü nə­zə­rə aldığına görə kapital/ istehsal nisbəti də çevik olur. Neoklassik modellər azad (xalis) rəqabət şəraitində faydalıdır.
Neoklassik modellərdə istehsal funksiyası əsas yer tutur. XX əsrin 20-ci illərinin axırlarında ABŞ vətəndaşları, iqtisadçı P. Duqlas və riyaziyyatçı X. Kobb 1899-1922-ci il-lərdə Amerikanın emaledici səna­yesin­də əsas kapitalın, iş-lənmiş saatların miqdarının və istehsalın həc­minin artmsını nəzərdən keçirərək üç müvəqqəti sıra düzəltmişlər
Kobb-Duqlas funksiyasının başlıca cəhətləri aşağıdakılardır: 1) Mənfəətin və xərclərin xüsusi çəkisinin dəyiş-mədiyi, yığımın olmadığı və istehsalın (əmək və kapital) elastikliyinin vahidə bərabər olduğu fərz edilir; 2) Istehsal amillərinin bir-birini əvəz etmələri sıfırla vahid ara­sın­da tərəddüd edir və adətən vahiddən kiçikdir; Qarşılıqlı əvəzet­mələrin hüdudu texniki inkişaf səviyyəsi ilə müəyyən edilir; 3) Əməyin kapital ilə əvəz olunması imkanları nəzəri cəhət-dən sonsuzdur; 4) Isteh­sal amil­ləri keyfiyyətinin dəyişməsi nəzərə alınmır, yəni, texniki tərəq­qidən sərfnəzər edilir. Buradan da belə bir nəticə çıxarmaq olar ki, fun­ksiya yalnız ekstensiv iqtisadi artım üçün münasibdir.
 

0 şərh