Dövlət büdcəsinin mahiyyəti və quruluşu. Büdcə kəsiri və dövlət borcu

Dövlət büdcəsi maliyyə sisteminin mühüm tərkib hissəsidir. O, pul vəsaiti fondlarının əmələ gəlməsi, bölgüsü və yenidən bölgüsü ilə əlaqədar meydana çıxan iqtisadi münasibətlərin xüsusi sistemi, dövlətin illik maliyyə proqramıdır. Onun başlıca məqsədi maliyyə vəsaitinin kö­mə­yilə iqtisadiyyatı inkişaf etdirmək və cəmiyyət miqyasında sosial və­zifələri həll etməkdən ibarətdir. Budcə maliyyə-kredit mexanizmi vasi­tə­silə iqtisadiyyatın ayrı-ayrı sahələri  və bölmələri üzrə ümumi da­xili məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsünü tənzimləyir.
Büdcə, gəlir (mədaxil) və xərc (məxaric) hissələrindən ibarətdir. Bazar münasibətlərinin inkişaf etdiyi ölkələrdə iqtisadi və sosial xarak­terli ümummilli vəzifələrin yerinə yetirilməsi üçün dövlətə lazım olan pul vəsaitinin, başqa sözlə, büdcə gəlirlərinin əsas hissəsi – 75-85%-i vergilər, 5-8%-i qeyri-vergi daxilolmaları (dövlət mülkiyyəti və dövlət tica-rətindən daxilolmalar), 10-12%-i isə sosial sığorta, pensiya, məş­ğul­luq fondlarına ödəmələr vasitəsilə formalaşır.
Sosial-iqtisadi xərclər iki yerə bölünür: 1) Sosial xərclər və  2) Iq­ti­sadi ehtiyaclara yönəldilən xərclər.
Sosial xərclər bütün sosial-iqtisadi xərclərin 60-80%-ni, bütün büdcə xərclərinin isə 40-50%-ni təşkil edir. Sosial xərclərə pensiyaların ödənilməsi, yerli büdcələrə subsidiya-ların verilməsi ilə əlaqədar olan xərclər daxildir.
Sosial xərclərin başlıca tərkib ünsürlərindən biri pen-siya təmi­natıdır və o, ildən-ilə artır Sosial-iqtisadi xərclərin ikinci, yəni iqtisadi ehtiyac-lar üzrə xərclər qrupuna energetika, mənzil tikintisi, təbii ehtiyatların mənim­sənilməsi və ətraf mühitin mühafizəsi, dövlət müəssisələrinə dotasiyalar, hasilat və emaledici səna-yeyə, kənd təsərrüfatına subsidiyaların veril­məsi ilə əlaqədar xərclər daxildir.
Dövlət büdcəsinin xərc maddələrindən biri də müstəqim və dolayı hərbi xərclərdir. Inkişaf etmiş ölkələrdə hərbi və xarici siyasətin maddi təminatı ilə əlaqədar xərclər (məsələn, diplomatik xidmət sahə­sinin saxlanması xərcləri) bütün büdcə xərclərinin təqribən 10-20%-ni təşkil edir.
Dövlət büdcəsinin ideal surətdə  icra edilməsi gəlirlərin xərc­lərdən çox olması deməkdir. Xərclər gəlirlərdən çox olduqda isə büdcə kəsiri əmələ gəlir. Büdcə kəsiri dövlət borcları hesabına aradan qal­dırılır. Lakin bu, büdcə kəsiri-nin aradan qaldırılmasının yeganə yolu de­yil­dir. Inkişaf etmiş ölkələrin çoxunda qızıl pul tədavülündən kağız pul tədavülünə keçildiyi dövrdən büdcə kəsirinin əlavə pul emissiyası vasitəsilə aradan qaldırılması sahəsində müsbət təcrübə toplanmışdır.
Dövlət borcu emissiyaya nisbətən az təhlükəlidir. Lakin o da ölkə iqtisadiyyatına mənfi təsir göstərir.Hökumət orqanlarının borcları  yığılır və nəticədə dövlət bor­cunu əmələ gətirir. Ayrı-ayrı ölkələrdə dövlət borcu müxtəlif sürətlə artır. Dövlət borcunun ÜDM-dən 2,5 dəfə çox olması iqtisadiyyatın, xüsusilə də pul tədavülünün sabitliyi üçün olduqca təhlükəlidir.
Dövlət borcunun aşağıdakı növləri vardır: 1) Daxili borc; 2) Xari­ci borc; 3) Qısa müddətli (bir ilədək) borc; 4) Orta müddətli (bir ildən beş ilədək) borc; 5) Uzun müddətli (5 ildən yuxarı) borc. Bunların içərisində ən ağırı qısa müddətli borcdur
Xarici borc xüsusi diqqət tələb edir. Çünki bu borc üzrə tədi­yə­lər ölkənin xarici iqtisadi fəaliyyətindən daxil olan gəlirlərin təqribən 20-30%-ni təşkil edirsə, deməli, xaricdən yeni borcun alınması çətin­lə­şir. Daha doğrusu, ya borc vermək istəmir, yaxud da girov tələb etmək­lə onu yüksək faizlə verirlər.
Dövlət gəlirləri və xərclərinin əsas hissəsi dövlət büd-cəsindən keçir. Ölkənin inzibati-ərazi quruluşundan asılı olaraq düdcə mərkəzi, habelə respublikaların (ştatların), vilayətlərin, əyalətlərin büdcələrinə və yerli büdcələrə bölü-nür. Yerli büdcə dedikdə adətən mərkəzi büdcədən başqa, yerdə qalan büdcələr nəzərdə tutulur.
Büdcə, büdcədənkənar fondlarla əlaqədardır. Büdcə-dənkənar fondlar dedikdə mərkəzi, yaxud da yerli hakimiy-yət orqanlarının sərən­ca­mında olan və dövlətin büdcəsinə daxil olmayan pul vəsaiti nə­zərdə tutulur. Buna pensiya fondunu misal göstərmək olar. Büdcədən­kənar fondlar döv-lətin iqtisadiyyata müdaxilə etməsi imkanlarını geniş­ləndi­rir. Bu fondlarda olan vəsaitdən büdcə kəsirini azaltmaq üçün isti­fadə oluna bilər və olunur.
 

0 şərh