Inflyasiyanın səbəbləri və müasir dövrdə xüsusiyyətləri

Qiymətlərin  qalxması və pul artıqlığının əmələ gəl-məsi inflya­siyanın zahiri təzahürləridir. Onun başlıca səbəbi milli iqtisadiyyatda forma­laşmış proporsiyaların, başqa sözlə, ümumi tarazlığın pozul­ma­sıdır.
Dünya iqtisadi ədəbiyyatında tarazlığın pozulmasına və inflya­siyaya gətirib çıxaran aşağıdakı amillərin olduğu göstərilir.
1) Kağız pulun emissiyası, xarici ticarət, qeyri-məh-suldar, hər şeydən əvvəl, hərbi xərclər və dövlətin yerinə yetirdiyi vəzifələrlə əla­qə­dar olan xərclər üzərində dövlət inhisarının olması;
2) Əmək haqqının artırılması və onun səviyyəsinin saxlanması (azal­maması) üzərində müəyyən müddət həm-karlar ittifaqının inhi­sarının olması;
3) Ən iri firmaların qiymətlərin müəyyən edilməsi və öz xərcləri üzərində inhisarının olması.
Bunlar bir-biri ilə qarşılıqlı əlaqədədirlər və hər biri tələb və təklifin artması və ya azalmasına, onların arasında-kı tarazlığın pozul­ma­sına təsir edə bilər. Inflyasiyanın sə-bəblərinin müəyyən edilməsi onunla mübarizə tədbirlərini işləyib hazırlamaq üçün lazımdır.
XX əsrin ortalarında sənayecə inkişaf etmiş ölkələrdə inflya­siyaya iki amil təsir etmişdir:
  1. Maliyyə və pul-kredit sisteminin yeni­dən qurulması;
  2.  Iqtisadiyyatın oliqopolçu strukturunun forma­laş­ması.
Bu dövrdə sahibkarların qiymətləri qaldırmaq yolu ilə daha çox mənfəət əldə etmək uğrunda apardıqları müba-rizə azad rəqabəti məhdudlaşdırmış, habelə pul tədavülünün və qiymətlərin əmələ gəl­məsinin nisbi sabitliyi qızıl külçə standartlarını təmin etmişdir. Qızıl külçə standartı o demək idi ki, yalnız böyük məbləğdə, məsələn, In­giltərədə ən azı 1700 funt sterlinq, Fransada 215000 frank və s. bank­notlar külçə qızıla dəyişdirilə bilər. Həm də banknotları yalnız qızıla dəyişdirilməsi mümkün olan xarici valyutaya (devizaya1) mübadilə et­mək olardı. Göründüyü kimi, bu pul sistemində bütün valyutalar bir val­yutadan asılı vəziyyətə salınır. Əsas götürülən valyuta iflasa uğ­radıqda, onunla bağlı olan bütün ölkələrin valyutaları da nüfuzdan düşürdü.
Iqtisadiyyatın inkişafının müasir mərhələsinə keçil-məsi pulun hərəkətindəki istiqamətin kəskin surətdə dəyiş-məsinə səbəb oldu. Pul tədavülündə qızıl, kağız pullar tərəfindən sıxışdırılıb çıxarıldı, kredit-pul mexanizmi isə pul kütləsinin artması üçün əlverişli şərait yaratdı. Bunlar da öz növbəsində dövlət xərclərinin artması və dövlət büdcəsinin daim kəsirli olmasına səbəb oldu.
O dövrdə iqtisadiyyatın əksər sahələri üçün oliqopo-liya struk­turu formalaşmışdı. Sahibkarlar belə bir şəraitdə özlərinin bazar, xü­su­silə də qiymət siyasətlərini qarşılıqlı surətdə əlaqələndirmək imkanı əldə etmişdilər. Bu isə yeni, XX əsr üçün xarakterik olan, əmtəələrin qiymət­lərinin art-ması meylinin inkişaf etməsinə səbəb olurdu. Lakin əsrin ilk dövrlərində, daha dəqiq desək, təqribən 30-35 il ərzində vax­taşırı baş verən ifrat istehsal böhranları dövründə qiy-mətlərin artması daimi xa­rakter daşımır, daim pozulurdu.
Inflyasiya ikinci dünya müharibəsi illərində bazar iqtisa­diy­ya­tının inkişaf etmiş olduğu ölkələrin demək olar ki, hamısında müşahidə edilmişdir. Bunun iqtisadi əsasını ikinci dünya müharibəsinin gedişində məhsuldar qüvvələrin dağıdılması təşkil etmişdir. Çünki istehsaldakı dəyişikliklər maliyyə dairəsinə və pul tədavülünə təsir göstərməyə bil­məzdi. Bu isə özünü büdcə kəsirinin və dövlət borcunun artmasında, pul emissiyasının çoxalmasında göstərirdi.
Müharibədən sonrakı illərdə qiymətlərin artması meyli yenə də özünü göstərmişdir. Hətta iqtisadi böhranlar dövründə də bütün öl­kələrdə qiymətlər artmaqda davam et-mişdir. Lakin qiymətlərin artma sürəti heç də eyni olma-mışdır. Belə ki, 50-60-cı illərdə mötədil inflya­siya müşahidə olunduğu halda, 70-80-ci illərdə "çaparaq" inflyasiya özü­nü göstərmişdir.
Keçən əsrin 70-ci illərindən inflyasiyanın artmasına təsir gös­tə­rən başlıca amillər idxal və ixrac olunan əmtəə-lərin qiymətlərinin qalx­ma­sı, dol­ların devalvasiyası, dünya bazarında xammalların qiymətlə­ri­nin baha­laş­ması və s. olmuşdur.
Müasir dövrdə də inflyasiya prosesi davam edir və onun özünə məxsus bir sıra xüsusiyyətləri  vardır.
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, keçmiş dövrlərdə in­flyasiya bir və ya bir neçə ölkənin iqtisadiyya-tını əhatə edirdisə, hazırda ümumdünya xarakteri almışdır.
Ikincisi, inflyasiya müxtəlif ölkələrdə qeyri-bərabər gedir və onun sürəti daxili amillərlə müəyyən edilir. Sənaye tsiklinin ayrı-ayrı fa­zalarından, habelə iqtisadiyyatın tən-zimlənməsinə dövlətin müdaxilə et­məsi dərəcəsindən asılı olaraq bu amillərin təsiri güclənə və ya zəifləyə bilər.
Üçüncüsü, müasir inflyasiya daimi xarakter almışdır. Əvvəlki illərdə ayrı-ayrı ölkələrdə inflyasiya sonralar pul tədavülünün nisbi sa­bitlik dövrləri ilə əvəz edilmişdir. Hazır-da isə qiymətlər sənaye tsiklinin bü­tün fazalarında artır.
Dördüncüsü, inflyasiyanın xarakteri dəyişmişdir. Belə ki, 80-ci illərin ortalarınadək "çaparaq" inflyasiya üs-tünlüyə malik olmuşdur. O, Latın Amerikası ölkələrində xü-susilə geniş miqyas almışdı. 1989 və 1990-cı illərdə inflya-siyanın səviyyəsi ən yüksək həddə – 2000%-ə çat­mış­dı. Ayrı-ayrı ölkələrdə (Nikaraqua, Peru, Argentina, Braziliya) onun səviyyəsi hətta 5000-8000% olmuşdur.
Bununla birlikdə 80-ci illərin ortalarından inkişaf etmiş kapi­ta­list ölkələrində inflyasiyanın «yavaşıdığı» və onun sürətinin aşağı düşdü­yü müşahidə olunur. Bu, aşağıdakılarla əlaqədardır.
  1. Dünya iqtisadiyyatının qeyri-bərabər inkişafının xüsusiy­yət­ləri. 1980-1992-cı illərdəki dünya iqtisadi böhra-nından sonra uzun sü­rən durğunluq, iqtisadiyyatın ləng bərpa olunması, kütləvi işsizlik və s. əmtəə və xidmətlərə olan tələbin azalmasına səbəb olmuşdur ki, bu da qiymət-lərin artmasının qarşısını müəyyən dərəcədə almışdır;
  2. Əmək məhsuldarlığının dinamikasındakı dəyişik-lik. Daxili və xarici bazarlarda rəqabət mübarizəsinin kəs-kinləşdiyi şəraitdə əmək məhsuldarlığının yüksəlməsi və is-tehsal xərclərinin azalması inhisarlar qarşısında qiymətlərin artırılmasına hədd müəyyən olunması tələbini qoymuş və bununla da inflyasiyanı məhdudlaşdırmışdır;
  3. Maliyyə sahəsində yeni hadisələrin baş verməsi nəticəsində 70-ci illərin ortalarına nisbətən 80-ci illərdə bir sıra ölkələrdə büdcə kə­si­ri nisbətən azalmışdır ki, bu da dövlət maliyyəsi böhranının müəy­yən dərəcədə «bitərəfləşdi-rilməsi»nə səbəb olmuşdur. Belə ki, 70-ci il­lərdə iqtisadi əməkdaşlıq və inkişaf təşkilatı (IƏIT) ölkələrində büdcə kəsiri orta hesabla ÜMM-in 1,8%-i qədər olmuşdursa, bu, 1993-cü ildə 1,2% təşkil etmişdir;
  4. 1980-ci illərdə kredit ekspansiyasında (genişlən-məsində) bir sıra ləngimələrin olması. Sənayecə inkişaf etmiş ölkələrdə mərkəzi bank­­ların uçot dərəcələrinin kəskin surətdə yüksəlməsi faiz dərəcələ­ri­nin artmasına səbəb olmuşdur ki, bu da borc kapitalına olan tələbin azal­masına, inflyasiya prosesində kredit ekspansiyasının rolunun bir qə­dər zəifləməsinə gətirib çıxarmışdır;
  5. Dünya bazarında enerji xammallarının qiymətlə-rinin aşağı düşməsi. 1986-cı ildə enerji xammallarının qiy-mətləri indeksi (1980-ci il – 100%) 65%-ə, o cümlədən neft üzrə 55%-ə enmişdir. Bu isə inkişaf etmiş kapitalist ölkə-lərində istehsal xərclərinin azalmasına səbəb ol­muşdur.
Lakin bütün bunlar o demək deyildir ki, artıq inflya-siya «məğ­lub» edilmiş, onun üzərində qələbə çalınmışdır. Əlbəttə, yox! Ha­zır­da istehlak əmtəələrinin qiymətləri  60-cı illərə nisbətən daha sürətlə artır. Bundan başqa, inflya-siyanın sürəti vaxtaşırı olaraq dəyişir. Mə­sələn, ABŞ-da ÜMM-in orta illik deflyatoru 1951-1960-cı illərdə 2,6%, 1961-1965-ci illərdə 1,4%, 1966-1970-ci illərdə 4,1%, 1971-1975-ci il­lərdə 6,6%, 1976-1980-ci illərdə 7,3%, 1981-1985-ci illərdə 5,2%, 1986-1990-cı illərdə 3,4% olmuşdur.
 

0 şərh