Рейтинг
+30.93

Ekonomiks

31 üzv, 157 topik

32. Fillips əyrisi

Qısamüddətli dövrdə inflyasiya və işsizlik arasındakı asılılığı tez-tez Fillips əyrisi adlandırırlar. Tədqiqatlarımızın əvvəlində bu əyri və Amerika iqti­sadiyyatının təhlilində bu əyridən istifadə olunması haqqında danışacağıq.
Fillips əyrisinin tarixi-ORIGINS OF THE PHILLIPS CURVE
1958-ci ildə iqtisadçı A.U.Fillips «Economica» adlı ingilis cürnalında «1861-ci ildən — 1957-ci ilədək dövrdə Böyük Britaniyada nominal əmək haqqının dəyişmə sürəti ilə işsizlik arasındakı asılılıq» adlı məqaləsini dərc etdirdi. Tədqiqatçı bu məqalədə işsizlik səviyyəsi və inflyasiyanın sürəti arasında əks asılılığın mövcudluğunu sübut etdi. A.Fillips göstərdi ki, işsizliyin səviyyəsinin aşağı olduğu dövrlərdə iqtisadiyyat üçün yüksək inflyasiya və onun əksi xarakterik haldır. (A.Fillips inflyasiyanın sürətini qiymətlərin artımı ilə deyil, nominal əmək haqqının artımı ilə hesablayırdı, lakin bizim məqsədimiz üçün bu fərq prinsipial əhəmiyyət kəsb etmir.
Davamı →

31. Fiskal siyasət necə məcmu tələbi dəyişir

Dövlət xərclərində dəyişikliklər-CHANGES IN GOVERNMENT PURCHASES
Hökumət əmtəə və xidmətlərin dövlət tərəfindən alışını dəyişdikdə birbaşa məcmu tələbin qrafikinə təsir göstərir. Məsələn, fərz edək ki, ABŞ-ın Müdafiə Nazirliyi  dövlət sifarişlərinin iri icraçılarından biri olan Boeing kompaniyasında yeni qırıcı təyyarələrin  20 mlrd. dollar həcmində sifarişini yerləşdirir.  Əlavə dövlət sifarişi kompaniyanın məhsuluna tələbi artırır. Bu isə onu əlavə işçilər götürməyə və istehsalı genişləndirməyə sövq edir. Boinq Amerika iqtisadiyyatının subyekti olduğu üçün istehsal olunan məhsula tələbin artması əmtəə və xidmətlərə məcmu tələbin artmasında özünü əks etdirir və məcmu tələb əyrisinin qrafiki sağa yerini dəyişir.
Sağa, nə qədər? Ağla ilk gələn fikir məcmu tələb əyrisinin qrafikinin həmin 20 mlrd. dollara qədər sağa yerini dəyişməsi olur. Məlum olur ki, ilk fikir heç də həmişə düzgün olmur.  Məcmu tələbin yerdəyişməsinin kəmiy­yətini dövlət xərclərinin dəyişikliklərindən fərqləndirən  iki makroiqtisadi amil mövcuddur.


Ardı →

31.Məcmu tələb əyrisinin qrafikinin aşağı enməsi

Tarazlıq faiz dərəcəsinin müəyyənləşdirilməsi prosesinin əmtəə və xidmətlərə olan məcmu tələbə təsirini nəzərdən keçirək.  Əvvəlcə bu modeli məcmu tələb əyrisinin qrafikinin aşağı enməsinin izahı üçün istifadə edək. Fərz edək ki, iqtisadiyyatda qiymətlərin ümumi səviyyəsi yüksəlir. Pul təklifi və ona olan tələbi tarazlaşdıran faiz dərəcəsi necə dəyişəcək və bu dəyişikliklər tələbin yönəldiyi əmtəə və xidmətlərin kəmiyyətinə necə təsir göstərəcək?
Pula tələbin determinantlarından biri qiymətlərin səviyyəsidir. Qiymətlər yüksəldikdə əmtəə və xidmətlərin hər bir alqı-satqı aktında  daha çox pul tələb olunur, nəticədə ayrı-ayrı şəxslər sərəncamlarında xeyli pul vəsaitləri məbləğinin olmasının zəruriliyi haqda qərar qəbul edirlər.
Davamı →

31.Monetar siyasətin məcmu tələbə təsiri

HOW MONETARY POLICY INFLUENCES AGGREGATE DEMAND
Məcmu tələb əyrisinin təhlili bizdə qiymətlərin hər bir səviyyəsinə əmtəə və xidmətlərə təqdim edilən tələb haqda təsəvvür yaranmasına imkan yaradır. Əvvəlki fəsildən bildiyimiz kimi məcmu tələbin əyrisi aşağıdakı səbəblərə görə azalma meylinə malikdir:
  • Dövlətlilik amili: — qiymətlərin səviyyəsinin enməsi təsərrüfatların  pul ehtiyatlarının real dəyərinin artmasına gətirib çıxarır, bu da öz növbəsində istehlak xərclərini stimullaşdırır.
  • Faiz dərəcəsi amili: — iqtisadi subyektlərin artıq pul  resursları əma­nətlərin yığımına yönəldiyi üçün qiymətlərin səviyyəsinin azalması zamanı faiz dərəcəsi aşağı düşür. Faiz dərəcəsinin azalması  nəticəsində investisiya xərcləri artır.
  • Mübadilə kursu amili: — qiymətlərin səviyyəsinin aşağı düşməsi faiz dərəcəsinin azalması ilə nəticələnərsə, bu zaman investorlar öz kapitallarının bir hissəsini xaricə köçürürlər, bu da milli valyutanın mövqeyinin zəifləməsinə səbəb olur. Milli valyutanın qiymətdən düşməsi yerli malların idxal mallarına nisbətən ucuzlaşmasını əvvəlcədən müəyyənləşdirir, beləliklə ixraca meyl yaranır.

Davamı →

27 Səhvlər və anlaşılmazlıqlar

CONFUSION AND INCONVENIENCE
Təsəvvür edin ki, biz ictimai rəyin araşdırılmasını aparmışıq və bu zaman belə bir sual vermişik: «Əgər bu il 1 metrin uzunluğu 100 sm-ə bərabərdisə, onda, sizin fikrinizcə, gələn il o nə qədər ola bilər?». Görünür, bu sualı ciddi qəbul edənlər cavab verərlər ki, 1 metrin uzunluğu əvvəlki kimi 100 sm təşkil edəcək. Ona görə ki, onun dəyişilməsi həyatın mənasız çətinləşdirilməsinə gətirəcək.


Ardı →

27.Nisbi qiymətlərin dəyişkənliyi və resursların səmərəsiz yerləşdirilməsi

RELATIVE-PRICE VARIABILITY AND THE MISALLOCATION OF RESOURCES
Zənn edək ki, restoranın sahibi yanvarda yeni qiymətlərlə menyu çap edir və onları ilin sonuna kimi dəyişilməz saxlayır. Inflyasiya olmadığı zaman restorandakı nisbi qiymətlər, yəni başqa malların qiymətləri vasitəsilə ifadə edilmiş yeməklərin qiyməti bütün il ərzində dəyişilmir. Inflyasiyanın sürəti ildə 12% təşkil edərsə, restoranın nisbi qiymətləri avtomatik olaraq hər ay 1% aşa­ğı düşəcək. Restoran qiymətləri yeni menyunun çıxışından sonra ilk aylarda nis­bətən yüksək, ilin sonunda isə nisbətən aşağı olacaqdır. Nə qədər ki infl­ya­siyanın templəri yüksək olacaq, o qədər də nisbi qiymətlərin dəyişikliklərinin diapazonu geniş olacaqdır. Beləliklə, restoranda qiymətlər ildə yalnız 1 dəfə dəyişəcəksə, inflyasiya, nisbi qiymətlərin menyunun vaxtaşırı təzələnməsi nəticəsində olduğundan daha böyük miqyasda dəyişilməsinə gətirib çıxarar.


Ardı →

27. İnflyasiyanın dəyəri

Alıcılıq qabiliyyətinin aşağı düşməsi? – Inflyasiyanı düz başa düşməmək nəticəsində yaranan yanlış fikir
A FALL IN PURCHASING POWER? THE INFLATION FALLACY
Inflyasiyanın nəyi pisdir, sualına insanların əksəriyyəti onlar tərəfindən qazanılan pulların «alıcılıq qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarır» – cavabını verər. Doğrudan da, qiymətlərin sürətlə artdığı bir şəraitdə sizin hər dollara əldə edə biləcəyiniz malların miqdarı daim azalır. Inflyasiyanın, doğrudan da həyat səviyyəsinin aşağı düşməsinə səbəb olduğu təsəvvürü yarana bilər.


Ardı →

27 Fişer effekti

Pulların neytrallıq prinsipinə uyğun olaraq onların miqdarının çoxalması inflyasiyanın templərinin artmasına gətirib çıxarır, lakin iqtisadiyyatın real dəyişənlərinin vəziyyətinə təsir etmir. Pulun miqdarının faiz dərəcəsinə təsirini qiymətləndirmə zamanı bu prinsipin tətbiqinin mühüm nəticəsini əldə etmək olar. Makroiqtisadiyyat üzrə mütəxəssislər üçün faiz dərəcəsi – vacib parametrlərdən biridir, ona görə ki, əmanət və investisiyalar vasitəsilə iqtisadiyyatın indiki və gələcək vəziyyətini bir-birinə bağlayır.
Davamı →

27.Pulun tədavül sürəti və pulun kəmiyyət nəzəriyyəsinin tənliyi

VELOCITY AND THE QUANTITY EQUATION
Pulun kəmiyyət nəzəriyyəsinin daha bir istifadə yolu mövcuddur. Onun köməyi ilə biz hər banknotun yeni istehsal edilmiş əmtəə və xidmətlərin ödənilməsi üçün orta hesabla ildə neçə dəfə istifadə olunduğunu öyrənməyə təşəbbüs göstərə bilərik. Bu sualın cavabını pulun tədavül sürəti adlanan iqtisadi dəyişən verir. Fizikada sürət anlayışı obyektin hərəkətinin tezliyini qiymətləndirməyə imkan verir. Iqtisadiyyatda pulun tədavül sürəti bank­not­ların bir adamın pul kisəsindən başqasının portmonesinə keçməsinin tezliyini əks etdirir.


Ardı →

27.Klassik dixotomiya və pulların neytrallığı

THE CLASSICAL DICHOTOMY AND MONETARY NEUTRALITY
Biz pul təklifinin dəyişməsinin əmtəə və xidmətlərin qiymətinin orta səviyyəsinə necə təsir göstərdiyi ilə tanış olduq. Bəs pul-kredit sistemindəki dəyişikliklər istehsalat, məşğulluq, real əməkhaqqı və faiz dərəcəsi kimi başqa makroiqtisadi dəyişənlərə necə təsir göstərir? Bu sual iqtisadçıları çoxdan maraqlandırır. XIX əsrdə bu problemin tədqiqatı ilə görkəmli filosof Devid Yum məşğul olurdu. Bizim kitabda verəcəyimiz cavab, əsasən, onun tədqiqatlarının nəticələrinə əsaslanır. D.Yum və onun müasirləri bütün iqtisadi dəyişənləri iki qrupa bölmək təklifini irəli sürmüşlər. Birinci qrupu nominal dəyişənlər, yəni pul vahidləri ilə ölçülən kəmiyyətlər, ikinci qrupu isə real dəyişənlər – fiziki vahidlərlə ölçülən kə­miyyətlər təşkil edir.


Ardı →