Bloq haqda
ekstremal vəziyyətlər-koma,stress,şok,ağrı,bayılma,kollaps
administratorlar (1)
moderatorlar (0)
moderator yoxdurOxucular (13)
fidan Elsamir loğman Dr Həkim luminat Zeyneb_Ehmedova yravil Qiyasli AykaJackson Aristotel Aysel218 Abdulyar SÜSən_MehrəliyevaAğrı
Amerikalı həkimlər düşünürlər ki, xroniki xəstəliyi spesifik olaraq və fiziki hərəkətlərin köməyi ilə müalicə etmək lazımdır. Rusiya həkimləri isə hesab edirlər ki, xroniki xəstəlik sərbəst patologiyadır və insana nəinki fiziki, həmçinin ruhi sarsıntılar gətirir. Demək olar ki, bütün xəstələrdə müxtəlif dərəcədə depressiya inkişaf edir. Onlar qorxu ilə ağrının artdığını, baş verə biləcək fəsadları gözləyirlər və bəzən də sağalmaq ümidlərini itirirlər. Alimlər təsdiq edirlər ki, belə insanları hətta qamətindən, mimikasından, hərəkətlərindən təyin etmək mümükündür. Bəziləri isə ağrıkəsicilərlə birlikdə depressiya əleyhinə də dərmanlar qəbul etməli olurlar. Ən böyük səhvi isə əsas xəstəliyini bilməyərək, ağrıkəsici qəbul edib həkimə müraciət etməyənlər edir.
- ?
- 21 aprel 2012, 19:58
- nilufer
- şərh əlavə et
Bayılma və kollaps
Bayılma — beyin toxumasında qidalanmanın qəflətən pozulması (hipoksiya) nəticəsində huşun itməsi ilə xarakterizə olunan patoloji vəziyyətdir.
Beyin damarlarında qısamüddətli spazmaya və ya ürək yığılmalarının kəskin surətdə zəifləməsinə səbəb olan ən müxtəlif amillər bayılma törədə bilər: mənfi emosiyalar, ağrı, qanqlioblokatorların və bəzi digər farmakoloji preparatların həddən artıq qəbulu, sinokarotid zona, vestibülyar aparat və s. reseptor zonaların kəskin surətdə qıcıqlanması, həddən artıq fiziki gərginlik, ürəyin blokadası, ekstrasistoliyadan sonrakı kompensator pauza və s.
Ardı
- ?
- 05 mart 2012, 23:46
- loğman
- şərh əlavə et
İshal və qusma zamanı ilk tibbi yardım
Ancaq ishal və xüsusən də qusma sizdə kifayət qədər tez-tez baş verdikdə, həkim-qastroenteroloqa getməyi təxirə salmayın. Qastroenteroloq sizi müayinə etdikdən sonra lazım olduğu halda digər mütəxəssislərin də müayinəsinə göndərə bilər. Tez-tez baş verən qusma sinir sistemində olan bəzi xəstəliklərin əlaməti ola bilər!
Ardı
- ?
- 14 dekabr 2011, 19:54
- Zeyneb_Ehmedova
- 2
Stres haqqında bilmədiklərimiz
Ardı
- ?
- 21 sentyabr 2011, 00:09
- Dr Həkim
- şərh əlavə et
Fəqərəarası disk yırtıqları
Disk yırtığı nədir — Bu, deformasiyaya uğramış diskin fəqərə arasındakı yerdəyişməsidir. Ən çox 20-50 yaşarası insanlarda rast gəlinir və əmək qabiliyyətinin müəyyən vaxt ərzində, çox vaxt isə tamamilə itirilməsinə və əlilliyə gətirib çıxaran səbəblərdəndir.
Necə yaranır — Fəqərəarası disk yırtıqları osteoxondrozun ən çox rast gəlinən və ən böyük ağırlaşmalarındandır. Xəstəlik zamanı əmələ gələn yırtıq arxaya və kənara yayılaraq sinir kötüyünün sıxılmasına səbəb olur, iltihabi proses yaranır və ödem meydana çıxır. Bu isə ağrı və hissiyyat pozğunluqlarının məhz bir sutkadan sonra meydana çıxmasını izah edən səbəbdir. Sıxılmış sinir kötüyü beynə ağrı impulsları göndərərək, xəstələrə ağrının sanki ayaqdan gəldiyini göstərir. Yırtığın sıxılmadığı sinirlər isə ümumiyyətlə, funksiyasını itirir və nəticədə də ayaqda kəskin hissiyyatsızlıq və zəifliyə gətirib çıxarır.
Ardı
Stressə qalib gəlmək
Ardı
- ?
- 07 iyul 2011, 13:51
- nilufer
- şərh əlavə et
Koma
Koma (yunanca koma — dərin yuxu) — mərkəzi sinir sistemində kəskin ləngimə nəticəsində huşun itməsi, reflektor fəaliyyətin pozulması, həmçinin tənəffüs, qan dövranı və maddələr mübadiləsində dərin pozulmalarla xarakterizə edilən ağır patoloji haldır. Komanın müxtəlif növlərinin öz etiologiyası və patogenezi vardır. Lakin onların hamısının inkişafında beyin qabığının, qabıqaltı nüvələrin və beyin kötüyünün funksiyalarının pozulması, xüsusən torabənzər törəmənin beyin qabığına fəallaşdırıcı təsirinin zəifləməsi başlıca rol oynayır ki, bunun da nəticəsində xəstə huşunu itirir. Komatoz vəziyyətlərə endokrin vəzilərin, qaraciyərin, böyrəklərin patologiyası, eləcə də bəzi zəhərlənmələr zamanı maddələr mübadiləsinin ağır pozulması səbəb olur.
Ardı
- ?
- 18 iyun 2011, 11:29
- loğman
- şərh əlavə et
