Yaz Təcrübə Proqramı - 2013

Baku Languages and Business School  «Yaz Təcrübə Proqramı — 2013» təcrübə proqramını təqdim edir.

Azərbaycanda biznes strukturları və təşkilatlar üçün təcrübə proqramı ənənəsini formalaşdıran “Baku Languages and Business School” 4-cü təcrübə proqramı olan «Yaz Təcrübə Proqramı — 2013» üçün ərizə qəbulu elan edir.

Proqramın üstünlükləri:
• Sahələrin müxtəlifliyi
• İxtisasından asılı olmayaraq hər kəsə bu sahələrdən birində özünü sınama şansı verilməsi
• Müstəqilliyin və səlahiyyətlərin verilməsi
• Real iş mühitində təcrübə
• BLBS-dən yaxşı rəy (reference)
• Şəxsi inkişaf
• Kollektiv işləmə bacarığı
• Şəbəkələşmə
• Özünə inam
• Proqramı bitirdiyinə dair sertifikat

BLBS Karyera mərkəzində aşağıdakı şöbələrdən birində 3 aylıq təcrübə proqramına qoşula bilərsiniz:

• Business School 
• Language School 
• Marketing & PR 
• IT & Design 

Müraciətlər onlayn ərizə formasında qəbul edilir. Müraciət etmək üçün aşağıdakı keçiddən daxil olub ərizə formasını doldurmalısınız:

bit.ly/YWVD5p

Son müraciət tarixi: 27.01.2013

Ərizələri qəbul edilmiş şəxslər imtahan və 2 mərhələli müsahibələrə dəvət olunacaqlar. Bu haqda məlumat ərizəsi qəbul edilən hər bir şəxsə fərdi şəkildə bildiriləcək.

Təcrübə proqramı Fevral ayının ikinci yarısından başlayır və 3 ayı əhatə edir. Proqramda iştirak ödənişsizdir.

Ünvan: Koroğlu Rəhimov 3A (Azərbaycan Dillər Universiteti 2-ci korpusu yanında) 

Əlavə məlumat üçün:
(+994 12) 464 7552
(+994 50) 209 7752
e-mail: [email protected]

BLBS yaz təcrübə proqramı 

 

4 şərh

pascal
Buna deyərəm, «Daim inkişafda ol»an sayt. 
Cavid
ironiya kimi qeyd etmisiz yoxsa həqiqətən bunun inkişafa təkan verəcəyinə ianırsınız? Qeyd olunan yaz təcrübə proqramına qoşulmaq çox faydalıdır.
pascal
Nə ironiya? Ciddi sözümdür. Gəncləri elmə, biliyə, inkişafa səsləyən, təkcə danışıqla yox, əməllə də bunu isbatlayan başqa belə sayt tanımıram. Bununçün administrasiyanın fəaliyyətin ancaq alqışlamaq lazımdır.
Cavid
təçəkkür edirəm, çox doğru qeyd etmisiniz.