Pivə haqqında

Statistikaya görə, pivə dünyada ən populyar alkoqollu içki  sayılır. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bütün  istehlak olunan maye növlərinin ümumi reytinqində pivə su və  çaydan sonra üçüncü yer tutur.

Pivəyə olan bu diqqət heç də təsadüfi deyil. Bu, nəinki ətirli və dadlı, həm də faydalı içkidir.  Pivənin həddən artıq çoxsaylı  mümkün olan növləri mövcuddur və hər bir pivə qurmanı öz ürəyincə olanı tapa və seçə bilər.

Pivənin ən vacib tərkib hissəsi maya otudur. Məhz o, pivəni ətirli və dadlı edir. Alimlər uzun müddət maya otunun xassələrini öyrənmiş və qərara gəlmişlər ki, o onkoloji xəstəliklərlə mübarizədə kömək edir. Maya otunun tərkibində  qırmızı şəraba və yaşıl çaya nisbətən daha  çox antioksidantlar mövcuddur.

Pivənin faydalı xassələri bununla  da  bitmir. Pivədə silisium tapmaq olar. Bu maddənin dəyəri ondan ibarətdir ki, o, sümük  toxumalarında kalsiumun və mineralların çox yaxşı ayrılmasına səbəb olur.

Pivəyə olan sevginin hədləri yoxdur. Bu köpüklü  içkinin pərəstişkarları bütün dünyada pivə festivalları təşkil edirlər və orada iştirak edirlər.  Festivallarda pivə hazırlayan şirkətlər öz çeşidlərini nümayiş etdirir, dequstasiyalar, müsabiqələr keçirirlər və tədbirlərin əyləncə hissəsini təşkil edirlər.

Ən populyar pivə festivalı Almaniyada keçirilən  «Oktoberfest» festivalı sayılır. O, hər il  Münhendə keçirilir və 6 milyondan çox adam yığır.

Pivə hazırlama sənəti yalnız XVIII əsrin sonlarında kişi peşəsi olmuşdur. Bundan əvvəl pivənin  hazırlanması ilə peşəkar qadın aşpazlar məşğul olmuşlar. Belə  bir meyil pivə hazırlandığı  bütün ölkələrdə, o cümlədən  Avropa ölkələrində müşahidə edilmişdir. Yeri gəlmişkən,  qədimdə pivənin himayədarları da qadınlar  olmuşdur.  Məsələn, qədim şumerlərdə pivə ilahəsi Ninkasi, misirlilərdə isə Menket sayılırdı.

Pivə sonunda o qədər populyar oldu ki, fobiyanın meydana gəlməsi səbəbinə çevrildi. Çenosilli kafobiya,  məsələn, boş pivə stəkanı qarşısında qorxudur və bu  fobiyanı tamamilə anlamaq olar, çünki ətirli  içkinin qurtarmağını istəmirsən.

Rivə nəinki ən populyar içki növlərindən  biridir, həm də ən qədim içki növlərindən sayılır. Bəzi  məlumatlara görə, ilk pivə hələ neolit dövründə, b.e.ə. 9500 il əvvəl hazırlanmışdır. Bəzi  mənbələrdə isə qeyd olunur  ki, Qədim Babilistanda lazımi keyfiyyətdə pivə hazırlamağı bacarmayanları qaynar qablarda batırırdılar.

Hazırda pivə hazırlama işi bazarın çiçəklənən və inkişaf etməkdə olan seqmentidir. Pivənin 400-ə  yaxın növü var. Onların hər birinin dadına baxmaq  çox çətin vəzifədir. Ən  çox fərdi pivə markası Belçikadadır. Ən yaxşı pivə  hazırlayan digər favorit ölkələr Almaniya, Çexiya və İngiltərə hesab edilir.
pivə
Keyfiyyətli pivə heç də əlyetərli alkoqollu içki deyil.  Əlbəttə, hər hansı bir supermarketdə cibə uyğun pivə tapmaq olar. Lakin onları əsl  keyfiyyətli pivə hesab etmək olmaz. Bu, köpüklü içkinin qiymətləri çox tərəddüd edir.  Belə ki, dünyada ən bahalı pivənin dəyəri 1000 dollara çatır.

«Ginnes» pivəsi bütün dünyada məşhurdur.  Bu tünd rəngli İrlandiya pivəsi çoxdan ad çıxarmışdır. Onu qədəhə süzmək əsl sənətdir.

Ən  çox pivə Çexiyada içilir. Bu, birinci il deyil ki, təsdiq olunur və heç kimə çexlərə çatmaq və onları ötmək nəsib olmayıb. Bu göstəricilər kişi əhalisinin hər nəfərinə düşən istehlak olunan  pivənin miqdarını nəzərə alaraq hesablanmışdır. Bu rəqəm ildə, demək  olar ki, 152 litr təşkil edir.

Qeyd etmək lazımdır ki, daha bir pivə  rekordu məhz Çexiyada qeydə alınmışdır. Belə ki, 1 litr pivənin içilməsində ən yüksək  sürət 4,11 saniyədir.

Köpüklü pivənin populyarlığı və faydalı xassələri diqqətdən kənarda qala  bilməzdi. Pivəni bu gün həm yaşlılar, həm də cavanlar ciddi öyrənirlər. Hətta pivə hazırlama işinin bütün incəliklərini dərk edən  və pupulyar alkoqollu içkinin tərkibini qiymətləndirən bütöv bir elm  mövcuddur. Bu  elm zitologiya adlanır.

İnsan sağlamlığı üçün vacib olan pivənin daha bir faydalı xassəsi ondan ibarətdir ki, pivə böyrəklərdə daşların əmələ gəlməsinin qarşısını alır.

Bu göstəricilər Amerikanın epidemiologiya  jurnalında dərc olunmuşdur.  Alimlər müəyyən etmişlər ki, bir  şüşə  pivə gün ərzində böyrəklərdə daşların yaranma  riskini 40 faiz azaldır.

Münhen pivə institutunun (bəli belə bir institut var)  alimləri maraqlı fakt aşkar etmişlər. İndi elmi cəhətdən sübut edilmişdir  ki, 1 litr filtrlənmiş pivə 1 litr südə  nisbətən 10 dəfə faydalıdır. Bu, əsasən yalnız pivənin tərkibinə daxil olan nadir maddələr və zəngin tərkiblə əlaqədardır.

Şüşədən  pivə içmək  böyük səhvdir. Pivə somelyesi ( fransızca  somelye – şərabın qorunması və əlavə olunması üçün  məsul olan restoran işçisidir) deyəcək ki, əgər siz köpüklü içkinin əsl dadına baxmaq və onun zəngin ətrini dərk etmək istəyirsinizsə, bunu heç bir halda etmək olmaz. Yeri gəlmişkən, hər bir pivə növü  üçün müxtəlif stəkanlar uyğun gəlir və onların sayı çoxdur.



Muəllif: BDU-nun dosenti F.M.Qarayev
Mənbə: İqtisadiyyat qəzeti
 

10 şərh

Guilty
Heç bu qədər güldüyüm yadıma gəlmir.)))Bir də bunu oxuyun : 

Pivə  — bu gün ən geniş yayılmış spirtli içkidir. Dünyada pivə festivalları keçirilir, insanlar əllərində pivə tutaraq futbol oyunlarına baxaraq pivəni reklam edirlər. Bir çoxları yəgin ki, pivənin altında bu yazını görüblər: həddindən artıq istifadə edilməsi, sizin sağlamlığınız üçün zərərlidir. Beləliklə, pivənin zərərləri hansılardır?
 
Sən demə, pivənin zərəri yalnız reklamda əks olunduğu kimi deyil. Bu zərərlər həm də insanın ürəyi, mədəsi, böyrəkləri, qara ciyərində böyük problemlər yaratmaqla öz əksini tapır və bu zərər əsasən kişilərə aiddir.
 
Ürək üçün
 
Pivənin ən məhvedici təsiri məhz ürək üçündür. Pivə qəbul edən zaman ürəyin həcmi böyüyür, zəifləyir və bu qan dövranını zəiflədir. Pivənin vurduğu zərərlə yaranmış ürək böyüməsi təzyiqin artmasına səbəb olur və əsas nəticə olaraq insanda ürək çatışmamazlığı yaranır. 
 
Mədə üçün
 
Pivənin insanın mədəsinə vurduğu ziyan, ən təhlükəli qidalar olan “fast-fud”lardan da xeyli çoxdur. Məsələ ondadır ki, pivə qıcqırma nəticəsində əldə edilir. Pivə içdikcə mədənin silekli qişası sürtülür və nazikləşir, xeyli miqdarda mədə şirəsi hasil olur və bu da daha böyük ağırlaşmalara gətirir. Bundan başqa, vaxt keçdikcə mədə şirəsi ifraz edən vəzlər zədələnir və həzm tam həyata keçirilmir. Qida tam həzm olunmur, nəticədə pivə qəbul edənlərin 90%-ində xroniki qastrit xəstəliyi yaranır.
 
Böyrəklər üçün
 
Pivənin böyrəklər üçün zərəri bundan ibarətdir ki, pivə orqanizmin normal turşu-qələvi balansını pozur. Bu balansı qorumaq üçün böyrəklər iki və üç dəfə daha intensiv işləməli olur. Bu, insanın tez-tez ifraz etməsi ilə nəticələnir. Bu xəstəlik poliuriya xəstəliyi adlanır.
 
Qara ciyər üçün
 
İndiyə qədər bəziləri hesab edirdilər ki, qara ciyərdə porblemlər yalnız tünd spirtli içkilər qəbul edən insanlarda meydana gəlir. Lakin, bu heç də belə deyil. Həkimlər belə qərara gəliblər ki, pivə istifadəsi qara ciyərdə böyük problemlərə, serroz və hepatit kimi xəstəliklərə səbəb olur. Bundan başqa pivənin təsirindən mədəaltı vəzinə də zərər dəyir, qida parçalanması prosesi pozulur.
 
Kişilər üçün
 
Pivənin kişilər üçün zərəri həddən çoxdur. Məsələ ondadır ki, pivənin tərkibində fitoestrogen adlı harmon mövcuddur. Bu hormon qadınlara məxsusdur. Pivədən istifadə edilməsi kişilərə aid olan testosteron hormonunun hasilatını xeyli zəiflədir, nəticədə orqanizmdə hormonların balansı pozulur. Bu özünü əsasən insanın xarici görünüşün dəyişməsində ilk olaraq göstərir: üzdə tüklər seyrəlir, səsin tembri dəyişir, qarın nayihəsində piy qatları artır. (Deyerler.org)
 
azadmamedov90
Salam, bıs bu hacı pivəsi deyirlər, qıcqırma yolu ilə deyil başqa bir üsul ilə hazırlanır, evdə də düzəltmək olur, o da pis nəticə verir, yoxsa xeyri var?
Deyirlər arpa yediklərinə görə adəm ilə həvva cənnətdən qovulub.
_Lily_
Bes alma deyildi o?
Türkəl
Quranda buğdadır, İncildə alma.
azadmamedov90
Salam, Türkəl əslində quranda elə bir şey yazılmayıb. ama incildə yazılıb,incil elə bil nağıl kitabıdır. İnsan əli ilə və fikirləri ilə yazıldığı hiss olunur.
Türkəl
Hamsı nağıl kitabıdır.
Türkəl
Mən oxuduğum Quranda yazılmışdı. Yəqin tərcümədən tərcüməyə fərq var.
_Lily_
Ele oldugunu bilmirdim .Turklerin de bir sozu var idi: bugda yeyib cennetden cixib
Türkəl
O məsəl bizim dildə də var.
Bigbang
Pivənin faydasından çox zərəri var.