Təbii çörək mayası

Bu gün hamımızın yediyi çörəklərin mayası süni üsulla hazırlanılmış, kimyəvi bir maddədir. Bu maya deyil.* Belə mayadan hazırlanılmış çörəklə təbii mayadan hazırlanılmış çörəyin arasında çox fərq vardır. Süni maya ilə biz öz ömrümüzü qısaldırıq, belə ki süni maya mineral və vitamin sorulmasını ləngidir, bağırsaq mikroflorasını pozur, immun sistemimizi zəiflədir və allergiyaya meyilliyi artırır, amma təbii maya tam bunun əksinə təsir edir və Allahın bizə verdiyi ömrü sağlam yaşamağımıza yardımçı olur.

Keçmişdə həmişə çörəyi təbii xəmirlə qıcqırdıb bişirirdilərsə indi artıq çox insanlar bu mayanın necə hazırlanılmasını bilmirlər. Mən bir neçə üsul yazıram, bu üsulların hansı sizə səmərəlidirsə istifadə edə bilərsiniz.

1. Noxud yarım stekan, un 1 kq, su 7 stekan – deməli noxudu 1 gün öncə yaş saxlayın, sonra qabıqlarını soyub əzin, sonra su və xəmiri əlavə edib yaxşıca qarışdırın, xəmirin 3 dəfə böyüyəcəyini nəzərə alıb bir qaba qoyun, sonra adi otaqda 6-7 saat gözlədin, sonra mayanız hazırdır. Hazır mayanızdan bir qismini kəsib soyuducada saxlayın, həmişə xəmir qıcqırdanda qıcqırmış xəmirdən də götürüb saxlayıb maya kimi istifadə edə bilərsiniz. Yaxşı olar mayanı dəyirman unundan, kəpəkli undan hazırlayasınız, onda maya daha keyfiyyətli olur.

2. 40 qram mayasarmaşığı qozalarını 2 litr suda dəmləyin, süzün, suyuna 1 kq un qarışdırın, xəmir hazırlayın, 6-7 saat gözləyin, mayanız hazırdır.

3. 50 qram cökə çiçəyini 2 litr suda dəmləyin, süzün, 1 kq unla qarışdırıb xəmir hazırlayın, 6-7 saat gözləyin mayanız hazırdır. Çalışın, həm uşaqlarınız, həm özünüz təbii mayadan və kəpəkli undan hazırlanılmış xəmirdən bişmiş çörək yeyəsiniz. Bunu, yeyəndən 10 gün sonra öz vücudunuzda hiss edəcəksiniz.

fizulihuseynov.com

0 şərh