Рейтинг
+27.11

Ərzaqlar

29 üzv, 315 topik

Süd məhsullarının hansı zərərləri var?

Hər gün istifadə etdiyimiz süd məhsulları təkcə ləzzətli deyil, həm də çox faydalı qida mənbələridir. Lakin sağlamlığımıza təsirləri hər zaman müsbət olmur. Bu məqalədə süd məhsullarının potensial zərərləri və bunların insan sağlamlığına təsiri barədə ətraflı məlumat veriləcək.


Davamı →

Badam südünün sağlamlığa faydaları

Badam südü suda isladılmış badamların üyüdülməsi və süzülməsi ilə hazırlanmış süd alternatividir. Bəzən ona şəkər və ya bal kimi dadlandırıcılar da əlavə edilir. Bazarda satılan badam südünün tərkibində ümumiyyətlə daha az badam və daha çox su var. Bunlardan bəziləri vitamin və minerallarla da zənginləşdirilmişdir. 100 millilitr gücləndirilmiş badam südü ümumiyyətlə 4 qram protein və 120 milliqram kalsium mövcuddur.


Davamı →

Kələm turşusunun bilmədiyiniz 6 faydası

Kələm turşusu adi mətbəx məhsulu ilə hazırlanan qida kimi görünə bilər, amma əslində onun sağlamlığınıza təsiri çox əhəmiyyətlidir. Bir çox insan bu sadə turşunun gizli faydalarından xəbərsizdir. Bu məqalədə kələm turşusunun sağlamlığınıza necə kömək edə biləcəyini ətraflı şəkildə araşdıracağıq. 


Davamı →

Göbələyin bilinməyən faydaları

İnsanların bir çoxu meşəyə gedən zaman göbələk toplamaqdan ləzzət alırlar. Ancaq göbələyi tanımaq mühüm məsələdir.
Göbələyin təxminən 38 min növü vardır. Onların bəzisi zəhərli və bəzisi zəhərsizdir. Göbələyin müxtəlif formalı və müxtəlif rəngli çeşidləri var.
Göbələk çox ləzzətli tərəvəzdir. Yunanlar qədim zamanlarda belə düşünürdülər ki, göbələk döyüş meydanına gedən döyüşçülərə xüsusi güc verir. Ona görə də ondan ancaq bayram günlərində istifadə edərdilər. Çinlilər isə ondan dəyərli bir ərzaq kimi istifadə edərdilər.
Bu gün göbələkdən müxtəlif yeməklərdə istifadə edirlər. Göbələk yeməklərə xüsusi dad verir. Göbələkdən adətən suplarda, salatlarda və qızartma yeməklərində istifadə edilir. Yeməklərə ləzzət qatan, vitamin anbarı hesab olunan göbələyin sağlamlığa olan faydaları saymaqla bitmir.

Davamı →

Kəpəkli çörəyin faydaları nələrdir?

Tam buğda çörəyi son illərdə sağlam pəhrizin bir hissəsi kimi populyarlıq qazanmışdır. Bu çörəyin əsas xüsusiyyəti təmizlənmiş ağ un əvəzinə unun ən xarici təbəqəsi olan tam buğda unu və kəpəkdən istifadə edilməsidir. Kəpəkli çörək daha lifli, daha qidalı və glisemik indeksi daha aşağı olan bir çörək növüdür. Bundan əlavə kəpək çörəyi az yağlı və kalorili olması ilə pəhriz saxlayanların üstünlük verdiyi qidadır. Kəpəkli çörəyin istehlakı ürək xəstəlikləri, diabet və piylənmə kimi bir çox sağlamlıq problemi ilə mübarizə aparmağa kömək edə bilər. Bununla belə, unutmaq olmaz ki, kəpək çörəyinin hər hansı qida elementi tək başına möcüzəvi həllər təklif etmir. Sağlam pəhrizin bir hissəsi kimi kəpək çörəyinin istehlakı faydalı ola bilər.

Kəpəkli çörəyin faydaları nələrdir?


Davamı →

Qidaların psixologiyamıza qəribə təsiri

Sağlam qidalanma hər gün daha çox dəbə düşür. Mağazadan məhsul seçərkən tərkibini diqqətlə oxuyur, bədənimizə hansı faydası olduğunu və hansıların daha çox zərər verəcəyini anlamağa çalışırıq. Ancaq elm sübut edir ki, bəzən məhsulların faydaları və zərərləri ilə bağlı sualları birmənalı şəkildə cavablandırmaq asan deyil, çünki onlar bir çox müxtəlif maddələrdən ibarətdir.

1. Düyü 
Üyüdülmüş düyü qlükoza malekularının qana sürətlə daxil olmasını təmin edən sürətli karbohidratlar ehtiva edir. Odur ki, qanda şəkərin miqdarı qəfil yüksələ bilər, bu isə beyin və sinir sağlamlığına ziyandır.

2. Qızardılmış qardağıdalı 


Davamı →

Nutella® ♥ Azərbaycan!

Ənənəvi səhər yeməyi gün ərzində ən vacib qida qəbuludur. Bu yeməyin daha da dadlı olması üçün ona bir inqrediyent daha əlavə olunmalıdır – qozlu – şokoladlı Nutella® pastası. Bu brend məxsusi olaraq Azərbaycan üçün etiketlərinin üzərində ölkəmizin füsunkar guşələrindən çəkilmiş gözəl mənzərələrin əks olunduğu üç pasta bankasından ibarət məhdud kolleksiyanı yaratmışdır. Nutella® füsunkar təbiətimiz, insanlarımız və unikal un məmulatlarından o qədər ilhama gəlmişdir ki, ölkəmizin gözəlliklərinə həsr olunmuş bütöv bir layihə ərsəyə gətirmişdir!
Davamı →

Bu yeməklər yuxuya təsir edir

Qırmızı ət
Əgər axşam yeməyiniz saat səkkizdən sonraya qaldısa, bu zaman qırmızı ət yemək yanlış seçimdir. Sərt quruluşu və zülalın yüksək olması səbəbi ilə uzun müddət tox tutan qırmızı ət siz yatarkən bağırsaq sisteminizdə olacaq, bu vəziyyət yuxu sisteminizin balansının pozulmasına səbəb ola bilər.

Spirtli içkilər


Davamı →

Unutqanlığı aradan qaldıracaq üsul

Dərmansiz müalicə
Yatmazdan əvvəl içəcəyiniz 1 stəkan kök şirəsinin möcüzəvi faydalarını sizə təqdim edirik.
Xərçəng və ürək damar xəstələrində geniş yayılmış unutqanlıq probleminin həlli və xəstəliyin gəncləşməsi tibb elmini ən çox narahat edən məsələlərdən biridir. Əvvəllər bu problemə əsasən 65 yaşdan yuxarı insanlarda rastlanılsa da, indi artıq 20–30 yaş arası gənclər də unutqanlıqdan olduqca çox şikayətlənirlər.
Bəs unutqanləğın səbəbi nədir və ya nədən baş verir? Bu xəstəliyin səbəbləri müxtəlifdir. Yuxusuzluq, stress, həyacan, siqaret, narahatçılıq, gərginlik, qorxu, fasiləsiz kompüterə baxmaq və s.
Alzheimer (yəni unutqanlıq) kimi səhhət problemi olan insanlar günlük işlərini görməktə də çox çətinlik çəkirlər. Bu çür insanlar zaman keçdikcə hətta ən sadə cümlələri, sözləri xatırlamaqda çətinlik çəkirlər. Və bu yaşlarınadək hər gün məşğul olduqları işlərdən uzaqlaşırlar, yəni qaçmağa çalışırlar.

Davamı →

Quru tutun və çuğundurun faydaları

Tut meyvəsinin onlarca növü vardır. Tut yığılan kimi və ya budağından yeyilməlidir. Çünki içində olan bəzi maddələr yığıldıqdan sonra itməyə başlayır. Vaxt keçdikcə dəyişən dadından qurudulduqdan sonra əsər qalmaz və daha çox ləzzətli olar.
Qurusu başda olmaqla yaş meyvəsi, bəhməzi, mürəbbəsi də yüksək enerji mənbəyidir. Quru tutu uşaqlar, böyüklər, hamilə və yaşlı insanlar qida rasionunda rahatlıqla istifadə edə bilərlər.

Kökəlməyən uşaqlar və böyüklər gündəlik qidalanmalarına quru tutu əlavə etsələr, gözlə görülən bir artım əldə edəcək və əyləncəli qidalanma ritualı gündəlik qidalarına əlavə olunacaq.
Şəkər xəstələrinə və həddindən artıq çəki problemi olan insanlara çoxlu yeyilməsi məsləhət görülmür. Şəkər xəstələri və arıqlamaq istəyənlər bir səfərdə ən çoxu 20 ədəd quru tut yeyə bilərlər.
Bir yaz meyvəsi olan tut antioksidan tərkibi sayəsində badamıq, ağız, boğaz iltihabı və diş iltihablarına qarşı xeyrilidir. Tutu qurudub faydalarından qış aylarında da istifadə etmək olar. Mədə və bağırsaqların işləməsində çox xeyirlidir.

Tutun özəlliklərindən biri də odur ki, ana südünün artmasına kömək edir. 2,5 stəkan qaynayan suyun içərisinə 7 x.q qurudulmuş ağ tutu əlavə edib, 10 dəqiqə az xodda qaynadırıq. Bu qarışımdan stəkan su əldə edilir. Süd verən ana bu əldə edilen suyu bir dəfədə ya da uşağın yeni doğulmuş olmasına görə yarı-yarı içdiyi zaman südündə olan artımı özü də hiss edəcəkdir. Ancaq hər gün yenisini qaynadaraq içilməsinə diqqət edilməlidir.


Davamı →